17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Türk ordusunun sübh əməliyyatı: Əqrəb təpəsi Türkiyənin nəzarətinə keçdi - Fotolar
Tarix: 27-06-2020 11:23 | Bölmə: Slayd
Türk ordusunun sübh əməliyyatı: Əqrəb təpəsi Türkiyənin nəzarətinə keçdi

Türkiyə dövlətinə təhdidləri dayandırmaq üçün Şimali İraqın Haftanin bölgəsində başlanan “Pençe Qaplan” əməliyyatında kritik hadisə yaşanıb. Hazırda PKK-ya rəhbərlik edən Murad Qarailanın “Əqrəb təpəsini itirsək Faktanin tamamını alacaqlar”,- dediyi Əqrəb təpəsi bu gün səhər saatlarında Türk ordusunun nəzarətinə keçib.

Reyting.az
xəbər verir ki, dünən Əqrəb təpəsində şiddətli qarşıdurma yaşanıb. 5 terrorçu öldürülüb, dronlar isə gecə saatlarında daha 4 terrorçunu zərərsizləşdirib.

Saat 20:35-də Diyarbəkirdən qalxan “F-16”-lar 20 dəqiqə müddətində ərazini bombalayıb. Bundan sonra əraziyə daxil olan Türk əsgərləri daha 2 terrorçunun cəsədini müəyyən ediblər.

Türk ordusunun sübh əməliyyatı: Əqrəb təpəsi Türkiyənin nəzarətinə keçdi

Türk hərbçiləri Əqrəb təpəsinə nəzarətə başladıqdan sonra terrorçuların qaçarkən basdırdığı partlayıcı qurğuların təmizlənməsinə başlanılıb. Əqrəb təpəsinə tam nəzarət etməyə başlayan ordu həmin ərazidə sürətlə dinləmə və müşahidə məntəqələri qurur. Həmçinin təpənin şimal və şərq hissəsi istiqamətində 6 müşahidə postu qurulacaq. Bunların 3-də Türk əsgəri, 3-də isə Şimali İraq Kürd Muxtariyyətinə bağlı peşmərgələr yerləşdiriləcək.

Qeyd edilir ki, Əqrəb təpəsi vasitəsilə həm Türkiyə, həm də İraq torpaqları istiqamətində 35 kilometrlik sahəyə nəzarət mümkün olacaq.

Türk ordusunun sübh əməliyyatı: Əqrəb təpəsi Türkiyənin nəzarətinə keçdi

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}