17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Türkiyənin bəyanatı Rusiya və KTMT-nin münaqişəyə qarışmasını əngəlləmək üçündür - Partiya sədri
Tarix: 13-07-2020 13:57 | Bölmə: Slayd
Türkiyənin bəyanatı Rusiya və KTMT-nin münaqişəyə qarışmasını əngəlləmək üçündür

“Azərbaycan ilə Ermənistanın dövlət sərhəddində - Tovuz istiqamətində ölkəmizə qarşı baş verən təxribatdan dərhal sonra Türkiyə Xarici İşlər Nazirliyi bəyanat verdi. Türkiyə Xarici İşlər Nazirliyi səviyyəsində elan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü sona qədər müdafiə edəcək. Bunun özü maraqlı gedişdir və mesajdır ki, proseslərdə üçüncü qüvvə iştirak etməməlidir”.

Bu fikirləri Reyting.az-a Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli Tovuzda Azərbaycan və Ermənistan ordusu arasında baş verən atışmadan sonra prosesə üçüncü qüvvələrin təsiri və müdaxiləsi haqqında danışarkən deyib.

Qeyd edək ki, Tovuzda baş verən hadisədən dərhal sonra Ermənistanın Xarici işlər naziri Zohrab Mnatsakanyan Kollektiv Ttəhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi, general Stanislav Zasla telefonla danışıb. Mnatsakanyan KTMT baş katibinə Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyətin gərginləşməsi barədə “ətraflı məlumat verib”. Bundan sonra məlum olub ki, KTMT təcili toplantı çağırıb.

Qulamhüseyn Əlibəyli isə deyir ki, Türkiyə hər dəfə siyasi baxımdan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: “Ola bilsin ki, birbaşa olmasa da, dolayısı yollarla hərbi yardım da edilir və ya edilə bilər. Amma atəşkəs rejimi vaxtaşırı pozulur və rəsmi Ankarada mövqeyini hər zaman ifadə edir. İndi ola bilsin, rəsmi Ankara düşünür ki, prosesə Rusiya və KTMT qoşula bilər. Bunun baş verməməsi, belə addımların qarşısını almaq üçün məlum bəyanatla çıxış edib. Hesab edirəm ki, bu, müsbət gedişdir və göstərir ki, Azərbaycan meydanda tək deyil”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}