Türkiyəyə xəbərdarlıq: “Münasibətlərə müdaxilə etmə!”
Tarix: 01-08-2020 15:32 | Bölmə: Siyasət
Türkiyəyə xəbərdarlıq: “Münasibətlərə müdaxilə etmə!”

“Türkiyə ərəblərin münasibətlərinə müdaxiləyə son qoymalıdır”.

Reyting.az
xəbər verir ki, belə bir bəyanatla Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) Xarici işlər naziri Ənvər Qarqaş çıxış edib.

Qeyd edək ki, illərdir davam edən Liviya böhranı bölgədə bütün oyunçuları hərəkətə gətirib. Türkiyənin Liviyadakı legitim hökumətlə yaxın münasibətlər qurması onun Fransa və BƏƏ-nin təxribatçı “hücumlarına” məruz qalması ilə müşayiət olunur.

BƏƏ-nin Xarici işlər naziri Qarqaşın son bəyanatı da bu təxribatçı hərəkətlərdən hesab oluna bilər.

Nazir açıq şəkildə rəsmi Ankaraya mesaj verir ki, ərəblərin əlaqələrinə qarışmağı dayandırmaq lazımdır. Başqa sözlə, əgər Liviyada Misir, BƏƏ və Fransa birlikdə legitim hökuməti devrimək istəyən qiyamçı Haftara dəstək verirsə, Ankara susmalıdır.

BƏƏ-nin baş diplomatı Türkiyə Xarici işlər naziri Mövlud Çavuşoğlunun sanksiya hədəsinə də cavab verib: “Əlaqələr təhdidlərlə idarə edilə bilməz. Bu dönəmdə müstəmləkçi xəyallara yer yoxdur”.

Onu da qeyd edək ki, ötən həftə Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib ki, BMT-nin Liviyaya dair sanksiya qərarını pozanlar var: “Bizim Liviyaya qida yardımı göndərməyimiz problem olur. Rusiya, BƏƏ, Fransanın göndərdiyi təyyarələrə nəzarət olunurmu? BMT rəhbərliyi altında mexanizm qurulacaqsa, biz bu quruluşu dəstəkləməyə hər zaman hazırıq”.

Reyting.azскачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}