Ermənilər Gürcüstanda iğtişaş törədib: 5 bina yandırılıb, ölən var
Tarix: 08-08-2020 23:59 | Bölmə: Siyasət
Ermənilər Gürcüstanda iğtişaş törədib: 5 bina yandırılıb, ölən var

Gürcüstanda ermənilərin yığcam yaşadığı Samtsxe Cavaxeti bölgəsinin Axalkalaki şəhərində iğtişaşlar törədilib.

Reyting.az xəbər verir ki, buna səbəb Kulikam kəndindən olan gəncin odlu silahla qətlə yetirilməsi olub.

Qətl hadisəsindən sonra gənclər arasında qarşıdurma baş verib. Bir qrup aqressiv gənc Axalkalakidə yerləşən 4 evi və 1 mehmanxana binasını yandırıblar. Yandırılan binaların sahibinin gəncin qətli ilə bağlı olduğu bildirilir.

İğtişaşlar zamanı 1 nəfərin öldüyü, 1 nəfərin isə yaralandığı barədə məlumatlar yayılıb. Axalkalakiyə əlavə polis qüvvələri cəlb olunub. 

Samtsxe Cavaxetinin qubernatoru Besik Amiranaşvili Axalkalakidə olub. O, iğtişaşların kriminal insidentlə bağlı olduğunu deyib. 

Axalkalaikdə hazırda vəziyyətin gərgin, lakin nəzarət altında olduğu bildirilir.(Report) 




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}