Məktəblər yenidən bağlana bilər - Təhlükəli vəziyyət yaranıb
Tarix: 22-09-2020 12:08 | Bölmə: Slayd
Məktəblər yenidən bağlana bilər - Təhlükəli vəziyyət yaranıb

“Məktəblərdə şagird və müəllimlər arasında koronavirusa yoluxma halları baş verib. Bu, gözlənilən idi. Çünki qabaqlayıcı tədbirlər yox həddindədir. Bu gedişlə 2 həftə sonra tədris prosesi dayandırılacaq”.

Bunu təhsil üzrə ekspert Kamran Əsədov deyib.

K. Əsədov Bakı şəhərində 30-dan çox məktəbin binası qarşısında monitorinq apardığını bildirib:

“Bəli, valideyinlər məktəbə buraxılmır. Amma bu həll yolu deyil.

1. Şagirdlər məktəbə eyni girişdən daxil olub, elə həmən girişdən də çıxmamalıdırlar.

Dərslər növbəli olduğuna görə bir qrup dərsdən çıxanda o biri daxil olur və qapının ağzında sıxlıq yaranır.

Məktəbin bir neçə çıxışı istifadə edilməlidir.

2. Məktəbin qarşısında valideynlərin sıxlığı yaranmaması üçün xüsusi işarələnmə olmalı və valideynlər ancaq xüsusi işarələnmiş yerlərdə dayanmalıdırlar.

3. Bilirəm, bu bir az çətin olacaq, amma yaşlı şəxslərin şagirdləri məktəbə gətirməsinə bir müddətlik məhdudiyyət qoyulmalıdır”.

Ekspert bildirib ki, mövcud vəziyyət davam edərsə, iki həftə sonra tədris prosesi yenidən dayandırılacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}