Müdafiə Nazirliyi xüsusi təyinatlılarla bağlı məlumat yayıb
Tarix: 23-10-2020 22:00 | Bölmə: Siyasət
Müdafiə Nazirliyi xüsusi təyinatlılarla bağlı məlumat yayıb

Ermənistan tərəfinin guya Azərbaycan xüsusi təyinatlılarının böyük bir bölməsinin məhv edilməsi barədə yaydığı məlumat yalandır.

Reyting.az
xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, düşmənin yaydığı dezinformasiyalar döyüşlər zamanı aldığı zərbələrin təsirinə mütənasib olaraq dəyişir:

"Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib. Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı videosübutlar da təqdim olunacaq".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}