16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Rusiyalı diplomat: “BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ məsələsinə qayıda bilər”
Tarix: 31-10-2020 11:47 | Bölmə: Siyasət
Rusiyalı diplomat: “BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ məsələsinə qayıda bilər”

Münaqişə bölgəsində vəziyyət yaxşılaşmasa, BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyəti yenidən müzakirə edə bilər.

Reyting.az
xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya oktyabr ayında BMT Təhlükəsizlik Şurasına sədrlik etdikdən sonra keçirdiyi mətbuat konfransında deyib.

Rusiyalı diplomatın sözlərinə görə, vəziyyət daha da pisləşərsə Təhlükəsizlik Şurasının problemə qayıdacağı və məsələni yenidən müzakirə edəcəyi istisna olunmur. O, hansı qərarın veriləcəyini bilmədiyini deyib.

Qeyd edək ki, bundan əvvəl BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ konfliktinin kəskinləşməsini iki dəfə qapalı fomada müzakirə edib. Müzakirələrdə Azərbaycan və Ermənistanın BMT-dəki daimi nümayəndələri iştirak etməyib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}