14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Dağlıq Qarabağdakı separatçıların başçısı Moskvada vəzifəli şəxslərlə görüşüb
Tarix: 24-11-2020 20:20 | Bölmə: Siyasət
Dağlıq Qarabağdakı separatçıların başçısı Moskvada vəzifəli şəxslərlə görüşüb

Rusiyaya səfər edən Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Arayik Harutyunyan Moskvada yüksək vəzifəli rəsmilərlə görüşlər keçirib. Artıq onun Moskvadan Yerevana qayıtdığı və Ermənistanın paytaxtında Baş nazir Nikol Paşinyanı dəstəkləyən "Mənim addımım" fraksiyasının deputatları ilə görüşdüyü bildirilir.

Reyting.az
-ın xəbərinə görə, erməni KİV-ləri A. Harutyunyanın Moskva görüşündəki söhbətin mövzusu və konkret olaraq kimlərlə görüşməsi barədə məlumat vermir.

Qeyd edək ki, Dağlıq Qarabağdakı separatçıların cinayətkar başçısı daha əvvəl Azərbaycanın Xankəndi şəhərində Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradovla da bir sıra görüşlər keçirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}