17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Xəritə ortaya çıxdı: Azərbaycanla Türkiyə arasında əlaqə belə qurulacaq - Foto
Tarix: 13-01-2021 17:53 | Bölmə: Slayd
Xəritə ortaya çıxdı: Azərbaycanla Türkiyə arasında əlaqə belə qurulacaq - Foto

Moskvada imzalanan müqavilənin detalları bəlli olur.

Reyting.az
Türkiyə KİV-nə istinadla bildirir ki, “Kommersant” qəzeti bu gün Türkiyə və Azərbaycanı birbaşa bağlayacaq yeni xəritəni yayıb.

Dağlıq Qarabağ müharibəsi Azərbaycanın 44 gündə tarixi zəfəri ilə sona çatıb, noyabrın 10-da atəşkəs razılaşmasından sonra yanvarın 11-də Rusiyanın paytaxtı Moskvada yeni müqavilə imzalanıb.

Yanvarın 11-də Rusiya lideri Vladimir Putinin dəvəti ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan müharibə bitdikdən sonra ilk dəfə görüşüblər.

Görüşdəki açıqlamaya görə, üç ölkənin hökumət başçılarının rəhbərliyi ilə Dağlıq Qarabağda tikinti, iqtisadi əlaqələr və infrastruktur layihələrinin inkişafı üçün konkret addımlar atmaq üçün İşçi qrupu yaradılır.

İlham Əliyev "Bütün bunlar Vladimir Putinin bir vaxtlar dediyi kimi, Dağlıq Qarabağ probleminin keçmişdə olduğunu və gələcəyimizi düşünməyimizin lazım olduğunu göstərir", - deyib.

Əliyev, həmçinin Naxçıvan Muxtar Respublikasında Azərbaycanın İran və Türkiyə ilə sərhədinin ilk dəfə dəmir yolu bağlantısına sahib olacağını söyləyib.

Əliyevin qeyd etdiyi əlaqəni göstərən xəritə bu gün Rusiya mətbuatında yayımlanıb. “Kommersant” qəzeti, Azərbaycanla Ermənistan arasında inşa ediləcək yolları və dəmir yolu layihələrini göstərən xəritəni yayıb.

Xəritədə Azərbaycanla Türkiyə arasında qurulacaq əlaqə açıq şəkildə göstərilir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}