16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ermənistanda siyasi vəziyyət yenidən gərginləşib - Video
Tarix: 28-01-2021 16:33 | Bölmə: Siyasət
Ermənistanda siyasi vəziyyət yenidən gərginləşib - Video

Ermənistanın paytaxtı Yerevan şəhərinin Respublika meydanında Baş naziri Nikol Paşinyanın və onun hökumətinin istefası tələbi ilə mitinq başlayıb.

Reyting.az
xəbər verir ki, bu barədə erməni media resursları məlumat yayıb.

Mitinqdə siyasətçilər, ictimai xadimlər, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirlər.

Aksiyanı “Vətənin Xilası” Hərəkatı təşkil edib.

Aksiyada hakimiyyətin xain hərəkətlərinə baxmayaraq erməni ordusunun məğlub olmadığı bildirilib.

Rejisssor Qrant Toxtoyan isə konkret hərəkətlərin tərəfdarı olduğunu, eyni zamanda üsyana qarşı çıxdığını bəyan edib.

Xatırladaq k, bu gün Ermənistanda ordunun yaradılması günüdür. Adətən bu gündə Ermənistan hərbi parad keçirirdi. Ancaq son məğlubiyyət, çoxlu sayda erməni hərbi qulluqçusunun məhv edilməsi, bu ordunun texnikasının əhəmiyyətli hissəsinin sıradan çıxarılması fonunda ölkədə hər hansı bir rəsmi tədbir keçirilmir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}