Kənd təsərrüfatı sahəsindəki korrupsiya araşdırılır
Tarix: 07-04-2021 09:19 | Bölmə: Slayd
Kənd təsərrüfatı sahəsindəki korrupsiya araşdırılır

“Yaxın günlərdə kənd təsərrüfatı ilə bağlı araşdırmamızı təqdim edəcəyik. Çox böyük rüşvət və korrupsiyanın içindədirlər. Azərbaycanın Baş prokuroru Kamran Əliyevə müraciət edirəm, araşdırma aparılsın”.

Reyting.az
xəbər verir ki, bunu Ümid Partiyasının sədri, sabiq deputat İqbal Ağazadə deyib.

İ. Ağazadə daha sonra əlavə edib: "Fermerlərdən soruşsunlar ki, nazirlik inəyin qiymətini nə qədər yazıb? Maraqlanın, görün o heyvanın bazarda qiyməti neçəyədir?

Gəncədə istehsal olunan “Belarus” traktoru iş adamlarına 82 500 manata verilir, yəni 49 min dollara. Həmin məbləğin 40 faizini dövlət, qalanını isə fermer ödəyir. Traktorun bazar qiyməti isə 29 min dollardır”.


İ. Ağazadə

Partiya sədri bildirib ki, gübrənin bir kisəsi bazarda 18-20 manat olduğu halda, bunlar 50 manatdan sənədləşdirirlər. “Bu sahə kimlərin inhisarındadır? Şirkətlərin adlarını deyəkmi?”,- İ. Ağazadə əlavə edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}