18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
15:04 / 17-10-2025
Ermənistan vətəndaşlarının məhkəməsi davam edir
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

13:21 / 15-10-2025

20:10 / 13-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

23:49 / 15-10-2025

11:59 / 15-10-2025

16:37 / 14-10-2025

Avropa Məhkəməsi Eldar Həsənovla bağlı Bakıya sorğular göndərib
Tarix: 29-04-2021 23:59 | Bölmə: Slayd

Azərbaycanın sabiq baş prokuroru, keçmiş səfir Eldar Həsənovun vəkilləri Adəm Məmmədov, Cavad Cavadov, Cəlil Mirzəyev və Valeh Mehrəliyev aprelin 14-də prezident İlham Əliyevə müraciət etmişdilər.
Müraciətdə qeyd olunurdu ki, Eldar Həsənovun səhhəti ciddi formada ağırlaşıb, onun həyatı təhlükədədir, amma iki aya yaxındır müayinə və tibbi yardım üçün müxtəlif xəstəxanalardan ixtisaslaşmış həkimlərin istintaq təcridxanasına dəvət olunması barədə verilmiş vəsatətlər, müraciətlər konstitusiyaya, humanizm prinsiplərinə, beynəlxalq hüququn normalarına zidd olaraq nəticəsiz qalıb: “Həmçinin son altı ay ərzində dəfələrlə Eldar Həsənovun Bakı şəhərində ixtisaslaşmış xəstəxanalarda əməliyyat olunmasına dair verilmiş vəsatətlər, şikayətlər heç bir qanuni əsas gətirilmədən rədd edilib.
Son altı ildə yeddi ağır cərrahi əməliyyat keçirən, hazırda onurğa problemlərindən iflic ərəfəsində olan, dəhşətli ağrılar keçirən, davamlı ürək ağrıları ilə müşayiət olunan şəkərli diabetdən əziyyət çəkən Eldar Həsənov istintaq qrupunun bu cür qeyri-insani münasibətini səhhətinə, sağlamlığına, yaşamaq hüququna yönəlmiş qəsd kimi qiymətləndirir”.
Reyting.az-ın Novator.az-a istinadla verdiyi məlumata görə, aprelin 29-da vəkil Cavad Cavadov sosial şəbəkədə yaydığı açıqlamasında bildirib ki, onun və digər vəkillərin 14 aprel müraciəti də bir nəticə verməyib: “Çox təəssüflər olsun ki, həmin müraciətin əks-sədasını görə bilmədik. Eldar Həsənovun səhhəti isə getdikcə ağırlaşır, onun sağlıq durumunu sözlə izah etmək mümkün deyil.
Vəkil olaraq utanıram ki, Baş Prokurorluğun İstintaq İdarəsi adekvat tibbi yardım göstərilməsinə bu cür biganə münasibət göstərir. Həmçinin utanıram ki, sadə humanitar məsələni ölkə daxilində hüquqi müdafiə vasitələri ilə həll etmək mümkün olmur”.
Cavad Cavadov xatırladıb ki, Eldar Həsənov həbsinin ilk günündən onunla bağlı məsələnin ölkə daxilində, hüquqi müstəvidə həllini tapmasını istədiyini bəyan edib.
Lakin Cavad Cavadov mövcud durumda onun və digər vəkillərin Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək məcburiyyətində qaldığını vurğulayıb: “Müraciətdə Eldar Həsənovun özəl tibbi klinikalarda müayinədən keçməsi, müayinə üçün özünün seçdiyi həkimlərin dəvət olunması və həkimlərin hələ onun həbsindən qabaq planlaşdırdığı əməliyyatların reallaşdırılması üçün qərar qəbul olunmasını xahiş etmişik”.
Cavad Cavadovun sözlərinə görə, ötən həftədən müraciəti araşdırmağa başlayan Avropa Məhkəməsi Azərbaycan hökumətinə sorğular göndərib və sorğuların qısa müddətdə cavablandırılmasını tələb edib.
Cavad Cavadov qeyd edib ki, səkkiz aydan çoxdur həbsdə saxlanan Eldar Həsənov barəsində seçilmiş həbs qətimkan tədbirinin daha üç ay artırılmasına hazırlıq görülür.
Xatırladaq ki, 1955-ci il oktyabrın 10-da Kəlbəcər rayonunun Laçın kəndində doğulan Eldar Həsənov indiki Azərbaycan Texniki Universitetini elektronika mühəndisi ixtisası, SSRİ Daxili İşlər Nazirliyinin Akademiyasını hüquqşünas ixtisası ilə bitirib.
1977-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyi sistemində çalışıb, müfəttiş, baş müfəttiş, cinayət-axtarış şöbəsinin rəis müavini, rəisi postlarını tutub, Bakının Nizami rayonunun, Gəncə şəhərinin milis rəisi, İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, daxili işlər nazirinin birinci müavini olub.
1993-1995-ci illərdə baş prokurorun birinci müavini, 1995-2000-ci illərdə baş prokuror vəzifəsində xidmət edib. Ədliyyə general-leytenantıdır.
2001-ci il martın 28-dən Eldar Həsənov Azərbaycanın Rumıniyada fövqəladə və səlahiyyətli səfiri olub, 2009-cu il sentyabrın 14-dən ölkəni həmçinin Serbiyada, 2010-cu il iyulun 28-dən eyni zamanda Monteneqroda, həmin il avqustun 31-dən həmçinin Bosniya və Herseqovinada təmsil edib. 2013-cü il martın 28-də onun Rumıniyadakı təmsilçiliyinə xitam verilib.
2020-ci il iyulun 3-dən Dövlət Təhlükəsizliyi Xidməti Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbirləri aparıb, bir neçə məmur cinayət məsuliyyətinə alınıb.
İyulun 16-da prezident İlham Əliyev xarici işlər naziri olan Elmar Məmmədyarovu vəzifədən azad edib, Ceyhun Bayramov xarici işlər naziri təyin olunub.
Avqustun 13-də açıqlama yayan Dövlət Təhlükəsizliyi Xidməti bildirib ki, Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə maliyyə yoxlamaları zəminində Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri Eldar Həsənov şübhəli şəxs qismində tutulub.
Avqustun 14-də Səbail Rayon Məhkəməsi Eldar Həsənov barəsində həbs qətimkan tədbiri seçib. Ona vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə ittihamları irəli sürülüb.
Avqustun 17-də prezident İlham Əliyev Eldar Həsənovu Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı səfiri vəzifəsindən azad edib.
Avqustun 24-də bəyan olunub ki, Eldar Həsənov barəsində cinayət işi Xarici İşlər Nazirliyi əməkdaşlarının Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsində istintaq edilən cinayət işindən ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.
Eldar Həsənov Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında saxlanır.
Xarici İşlər Nazirliyinin ittiham olunan əməkdaşları ev dustaqlığına buraxılsa da, Eldar Həsənovun həbsdən çıxmaq üçün müraciətləri nəticəsiz qalıb.
Eldar Həsənov hüquq elmləri doktoru, professordur. Gəncə Pedaqoji Universitetinin müəllimi, Azərbaycan Pedaqoji Universitetinin dosenti olub.
Mütəşəkkil cinayətkarlıq, xüsusilə terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair və digər mövzularda kitabların, dərslik və dərs vəsaitlərinin, elmi və publisistik əsərlərin müəllifidir.
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:37
Vatikan zəfəri - Foto
Bu gün, 16:15
ANAMA sədrinə I müavin təyin olunub
Bu gün, 11:54
İlham Əliyev “Kazinform”a müsahibə verib
Dünən, 18:38
Prezident yeni səfirlik təsis edib - Sərəncam
Dünən, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
Dünən, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
16-10-2025, 11:33
Ramiz Mehdiyevlə əlaqəli şəxslər həbs edilə bilər
16-10-2025, 11:16
Çin Britaniyanın məxfi kompüter sistemlərinə daxil olub
15-10-2025, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
15-10-2025, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
15-10-2025, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
14-10-2025, 22:14
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
14-10-2025, 13:01
ABŞ psevdo-vətəndaş müharibəsinə doğru gedir - Proqnoz
14-10-2025, 08:30
Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib) - Foto
13-10-2025, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
13-10-2025, 12:32
Rəhmon varisini təqdim edib
13-10-2025, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
13-10-2025, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
13-10-2025, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
10-10-2025, 14:36
Professor: Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur
10-10-2025, 13:54
İsrailin İranla müharibəyə marağı niyə itib?
10-10-2025, 11:37
Azərbaycan-Rusiya münasibətləri normallaşır
10-10-2025, 09:42
Xəbərdarlıq: kiberdələduzluq halları artır
9-10-2025, 17:26
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir
9-10-2025, 09:33
Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb
8-10-2025, 14:06
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
8-10-2025, 12:59
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
8-10-2025, 12:06
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
8-10-2025, 11:07
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
8-10-2025, 10:39
Rus ordusu Ukraynanın iki vilayətində irəliləyir - Foto
8-10-2025, 09:51
Donald Tramp-Si Cinpin görüşünün yeri və vaxtı açıqlanıb
7-10-2025, 14:16
Cəlaloğlu: TDT dünya türklərinin güc mərkəzinə çevrilməlidir
7-10-2025, 13:22
Tramp marşrutunun keçəcəyi ərazidə müharibə təhlükəsi qalır
7-10-2025, 12:20
Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasında yeni sənədlər təsdiqlənib - Yenilənib
7-10-2025, 11:02
Rusiya NATO ilə müharibəyə hazırlığın birinci mərhələsindədir
6-10-2025, 18:25
Hərbi ekspert: Yanvar-fevral aylarında döyüşlər şüddətlənəcək