19:14 / 18-10-2025
İlham Əliyev ABŞ Mərkəzi Komandanlığının komandanını qəbul edib - Fotolar
18:04 / 18-10-2025
Rusiyalı bloqer evində ölü tapılıb
16:37 / 18-10-2025
Vatikan zəfəri - Foto
16:15 / 18-10-2025
ANAMA sədrinə I müavin təyin olunub
16:01 / 18-10-2025
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
11:54 / 18-10-2025
İlham Əliyev “Kazinform”a müsahibə verib
11:14 / 18-10-2025
Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfirliyinin inzibati ofisi açılıb
10:26 / 18-10-2025
Mehriban Əliyeva: "Azərbaycanın dövlət müstəqilliyi, suverenliyi..." - Foto
09:13 / 18-10-2025
Premyer Liqa: Bu gün daha iki görüş baş tutacaq
00:03 / 18-10-2025
Bu gün Azərbaycanın Müstəqilliyinin Bərpası Günüdür
23:44 / 17-10-2025
Mehriban Əliyeva Vatikanın dövlət katibi ilə görüşüb - Foto
23:09 / 17-10-2025
Zelenski ilə Tramp Ağ evdə görüşüblər - Yenilənib
21:40 / 17-10-2025
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib
19:51 / 17-10-2025
Füzlinin intensiv inkişafı... - Şəfa Əliyev yazır
19:50 / 17-10-2025
Mehriban Əliyeva Roma Papası ilə görüşüb - Fotolar
19:38 / 17-10-2025
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
19:17 / 17-10-2025
Macarıstan Putini həbs etməyəcək
19:11 / 17-10-2025
NATO Avropada dron təxribatlarına qarşı tədbirləri gücləndirib
18:53 / 17-10-2025
Kreml Donald Trampı çaşdırır
18:38 / 17-10-2025
Prezident yeni səfirlik təsis edib - Sərəncam
18:08 / 17-10-2025
Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb
18:02 / 17-10-2025
DİN-də kollegiya iclası keçirilib
17:55 / 17-10-2025
HƏMAS-İsrail sülhü davamlı olacaqmı?
17:16 / 17-10-2025
Azərbaycanın əsas neft ixrac etdiyi ilk 5 ölkə - Siyahı
16:57 / 17-10-2025
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
16:46 / 17-10-2025
AMEA Ramiz Mehdiyevlə bağlı məhkəmə qərarını gözləyir
16:20 / 17-10-2025
Departament rəisi vəzifədən azad edilib
16:14 / 17-10-2025
Azərbaycan millisi FIFA reytinqində bir pillə irəliləyib
16:00 / 17-10-2025
Bakıda TDT-nin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin 2-ci iclası keçiriləcək
15:30 / 17-10-2025
Ramiz Mehdiyev 7 saat dindirilib?
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

17:37 / 15-10-2025

14:10 / 16-10-2025

22:14 / 14-10-2025

13:21 / 15-10-2025

16:01 / 18-10-2025

13:05 / 16-10-2025

11:33 / 16-10-2025

23:49 / 15-10-2025

11:59 / 15-10-2025

16:15 / 18-10-2025

Çin Afrika qitəsini ABŞ-dan alır - General sensasiyalı açıqlama verib
Tarix: 08-05-2021 16:04 | Bölmə: Slayd

Çin Afrikada çox geniş bir bölgəni təhdid edə biləcək dəniz bazası yaratmağa çalışır. Bu, ABŞ-ın Çinə qarşı qurduğu ittifaqı bu ölkənin donanması ilə üz-üzə qoya bilər.
Reyting.az xəbər verir ki, Afrika qitəsindəki ABŞ-ın hərbi əməliyyatlarına rəhbərlik edən general Stephan Tovnsend bəyan edib ki, Çin rəsmiləri “məxfi plan” çərçivəsində Movritaniyadan Namibyanın cənubuna qədər uzanan ölkələrlə təmas yaradır.
General qeyd edib ki, Çin hərbi gəmirlərini yenidən silahlandırmaq və təmir edilə biləcək yer axtarışındadır: “Belə bir limanın əldə olunması hərbi qarşıdurma zamanı yararlı olardı”.
S. Tovnsendin fikrincə, Çin Afrikanın qərb sahillərində sualtı qayıqlarına və Pekinin hərbi gücünü birbaşa Atlantik okeanına köçürə biləcək qırıcıdaşıyan gəmilərinə qərargah olacaq dəniz bazası qurmağa çalışır.
Pentaqonun Afrika qüvvələrinə (AFRİCOM) rəhbərlik edən general Tovnsend bəyan edib ki, Çin ordusunun qitənin Hind okeanı tərəfindəki Afrika buynuzundan 3500 kilometrdən uzaqlıqdakı Cibutidə belə bir baza qurmağa çox yaxındır: “İndi diqqətlərini Atlantik sahillərinə çevirir və orada belə bir baza qurmaq istəyirlər”.
Generalın bu sensasiyalı bəyanatı Vaşinqtonda Çini müşahidə edənlərin panikasına səbəb olub. Bəziləri Pentaqonun son illər xəbərdarlıq etdiyi bu həqiqətlərə inanmağın və təklifləri qiymətləndirməyin vacib olduğunu bildirirlər.
Demokratiyanın Müdafiə, Hərbi və Siyasi güc Mərkəzinin rəhbəri Bradley Bovman bildirib ki, Atlantik okeanında suyun altında və üzündə Çin donanmasını görmək an məsələsidir.
“Amerikalıların bunun gəldiyini bilmələri lazımdır və o zamana qədər hazırlaşmaq üçün nə edəcəyik”,- sualını verən Bovman general Tovnsendin xəbərdarlığının ABŞ-ın müdafiə xərclərini müzakirə edən qanunvericilərin nəzərə almalarının vacibliyinə diqqət çəkib.
Qeyd edək ki, AFRİCOM komandanının xəbərdarlığı ABŞ konqresmenlərinin diqqətini Pekinin Afrikada genişlənən fəaliyyətinı diqqət yönəltməyə çalışmalarından iki gün sonraya təsadüf edib.
General Tovnsend Senatın qarşısında ifadə verib. Bildirib ki, Pekin son illərdə bir sıra Afrika ölkələrinə 60 milyard dollarlıq infrastruktur və inkişaf kreditləri vəd edib. Eyni zamanda Cibutidəki Çin hərbi əməliyyatlarının məqsədi qitəyə və qitə sularına qədər gücünü təqdim edəcək platforma yaratmaqdır.

Pekin Afrikada ilk dəniz bazasını Cibutidə qurub və bazanın tutumunu artırır. General Tovnsend deyir ki, bazada 2 min hərbçi yerləşdirilib: “Əlbəttə, silahları və zirehli tenikaları, ləvazimatları var. Yaxınlarda hücum helikopterlərini də oraya gətirəcəklərini ehtimal edirik”.
İşin maraqlı tərəfi odur ki, Çinin Cibutidəki bazası ABŞ donanması liderliyindəki 3400 əsgərin olduğu Afrika buynuzundakı Lemonnierdən 10 kilometr uzaqlıqda yerləşir.
“Pekin şərqi, qərbi və cənubi Afrikadakı ticarət limanına investisiyasını geostrateji maraqlarının inkişafı baxımından hərbi qüvvələrinin iştirakı ilə həyata keçirəcək və yeni bazalar açmağa çalışacaq”,- General Tovnsend Konqresdəki çıxışında deyib.
Xatırladaq ki, Bayden hökuməti Çinin sürətlə böyüyən iqtisadiyyatını, nüfuz və hərbi gücünü ABŞ-ın uzunvədəli təhlükəsizlik siyasətinin əsas maneəsi sayır. Prezident Bayden səlahiyyətlərinin icrasına başlayan kimi ilk xarici siyasət həmləsini Çinə qarşı yönəltmək məqsədilə ABŞ-Yaponiya və Avstraliya-Hindistandan ibarət “Dördlük” konfiqurasiyasını yaratmaqla edib.
Dünyanın dörd bir yanındakı ABŞ hərbi komandanları Pekinin Afrika, Cənubi Amerika və Yaxın Şərq ölkələri üzərindən aqressiv şəkildə iqtisadi nüfuza sahib olduğunu və bu ərazilərdə baza yaratmaq niyyətinə düşdüyünə dair xəbərdarlıqlar edirlər.
Nəzərə alınmalıdır ki, Pekin mübahisəli Cənubi Çin dənizində bazalar qurmaq üçün illərini xərcləyib, Şirlanka və Pakistanda Çin tərəfindən maliyyələşdirilən uzaq limanlara sualtı qayıqlar və hərbi gəmilər göndərir. Bu fəaliyyətə adekvat olaraq ABŞ rəsmiləri Pekinin Afrikaya cəmləşməsinin altını cızırlar. Hətta açıq elan edirlər ki, Çin Afrikadakı bəlli ölkələrdə ABŞ-ı geri buraxaraq irəliləyə bilib. Pekin buna liman layihələri, iqtisadi təşəbbüslər, infrastruktur və onların razılaşdırılması müqavilələri ilə nail olub. Başqa sözlə, Çin Afrikaya böyük sərmayə yatırır ki, bu da yaxın gələcəkdə Afrika qitəsinə hakim olmaq imkanları yaradır.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:37
Vatikan zəfəri - Foto
Bu gün, 16:15
ANAMA sədrinə I müavin təyin olunub
Bu gün, 11:54
İlham Əliyev “Kazinform”a müsahibə verib
Dünən, 18:38
Prezident yeni səfirlik təsis edib - Sərəncam
Dünən, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
Dünən, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
16-10-2025, 11:33
Ramiz Mehdiyevlə əlaqəli şəxslər həbs edilə bilər
16-10-2025, 11:16
Çin Britaniyanın məxfi kompüter sistemlərinə daxil olub
15-10-2025, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
15-10-2025, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
15-10-2025, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
14-10-2025, 22:14
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
14-10-2025, 13:01
ABŞ psevdo-vətəndaş müharibəsinə doğru gedir - Proqnoz
14-10-2025, 08:30
Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib) - Foto
13-10-2025, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
13-10-2025, 12:32
Rəhmon varisini təqdim edib
13-10-2025, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
13-10-2025, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
13-10-2025, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
10-10-2025, 14:36
Professor: Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur
10-10-2025, 13:54
İsrailin İranla müharibəyə marağı niyə itib?
10-10-2025, 11:37
Azərbaycan-Rusiya münasibətləri normallaşır
10-10-2025, 09:42
Xəbərdarlıq: kiberdələduzluq halları artır
9-10-2025, 17:26
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir
9-10-2025, 09:33
Azərbaycanda ÜDM artıb, doğum səviyyəsi azalıb
8-10-2025, 14:06
Dünyada iş tapmaq böyük problemə çevriləcək - Xəbərdarlıq
8-10-2025, 12:59
Professor: Qəbələdə TDT-nın strategiyası müəyyən edildi
8-10-2025, 12:06
Nazirliyin tabeliyindəki institutlar birləşdirilib
8-10-2025, 11:07
“Gürcü arzusu”na rahatlıq verilməyəcək
8-10-2025, 10:39
Rus ordusu Ukraynanın iki vilayətində irəliləyir - Foto
8-10-2025, 09:51
Donald Tramp-Si Cinpin görüşünün yeri və vaxtı açıqlanıb
7-10-2025, 14:16
Cəlaloğlu: TDT dünya türklərinin güc mərkəzinə çevrilməlidir
7-10-2025, 13:22
Tramp marşrutunun keçəcəyi ərazidə müharibə təhlükəsi qalır
7-10-2025, 12:20
Qəbələdə TDT-nin Xarici İşlər Nazirləri Şurasında yeni sənədlər təsdiqlənib - Yenilənib
7-10-2025, 11:02
Rusiya NATO ilə müharibəyə hazırlığın birinci mərhələsindədir