14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Fazil Mustafa: “Bölgə ilə bağlı dəyişiklik olmayacaq”
Tarix: 07-06-2021 17:22 | Bölmə: Slayd
Fazil Mustafa: “Bölgə ilə bağlı dəyişiklik olmayacaq”

“Regiona təsir üçün regionda olmalı, həm də region dövlətlərinin iradəsini müəyyən mənada özünə tabe etdirməlisən. Bu bölgədə ABŞ-ın iradəsinin müəyyən dərəcədə təsir edəcəyi dövlət Gürcüstandır. Ancaq ABŞ Osetiya və ya Abxaziya məsələsini həll edə bilmirsə, deməli, Gürcüstanı yeni bir məcarəyə soxa bilər. Yəni Gürcüstanı hansısa şəkildə qorumaq imkanına malik deyil. Əgər Ermənistanın da iqtisadiyyatı Rusiyanın əlindədirsə, inanmayın ki, orada siyasi hakimiyyət kiməsə verilsin. Bu halda nəsə dəyişəcəkmi?”.

Bunu Reyting.az-a deputat Fazil Mustafa bir neçə gündən sonra Brüsseldə keçiriləcək NATO ölkələri liderlərinin zirvə toplantısı, habelə Avropa Birliyinin toplantısı və iyunun 15-də baş tutacaq ABŞ-Avropa Birliyinin birgə toplantısında Cənubi Qafqazla bağlı hansısa qərarın qəbul edilib-edilməyəcəyi haqqında danışarkən deyib.

Milli Məclis üzvü əlavə edib ki, İrəvanda hakimiyyətin dəyişib-dəyişməməsindən asılı olmayaraq ABŞ gəlib Ermənistanın dəmir yollarından istifadə edə bilməyəcək: “Uzaqbaşı Ermənistana yardımı artıra bilərlər. Bu da müftə puldur, Ermənistan onu mənimsəyir, elə Rusiya da bundan faydlanıb orada daha da möhkəmlənəcək”.

F. Mustafa qeyd edib ki, Azərbaycan bu bölgədə müstəqilliyini ən çox ortaya qoyan ölkədir: “Belə bir vəziyyətdə həmin təşkilatların bu bölgə ilə bölüşdürmə siyasəti həyata keçirməsi mümkünsüzdür. Bunu o zaman edərdilər ki, ABŞ təhlükəsizliyə təminat verə bilərdi. Qeyd etdiyim kimi, bölgədə Rusiyanın imkanlarına qarşı çıxacaq hansısa davranış ortaya qoyulmadı. Bu, Qafqazdan daha çox Ukraynaya aiddir. Ukrayna məsələsi qərbin acizliyini göstərdi. Bu baxımdan bölgə ilə bağlı dəyişiklik olmayacaq. Amma sadəcə, dövətlər müəyyən dərəcədə münasibətlərin inkişafı baxımından yeni ideyalar ortaya qoyula bilərlər. Məsələn, Azərbaycanla iqtisadi əməkdaşlıq və strateji münasibətlərin qurulması. Lakin Azərbaycan ağıllı iş görürük ki, birmənalı şəkildə qərb mövqeyi nümayiş etdirmir, amma qərbdən də imtina etmir. Yəni balansı qoruyub saxlaya bilir. Balansı saxlamasa, bizim üçün ağır nəticələr ortaya çıxar. Bu mənada bizim indiki xarici siyasətimiz çox ağıllı və sistemli siyasət sayıla bilər”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}