Türk Şurasına üzv ölkələrin dövlət başçıları görüşə hazırlaşır
Tarix: 27-09-2021 13:08 | Bölmə: Siyasət
Türk Şurasına üzv ölkələrin dövlət başçıları görüşə hazırlaşır

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv ölkələrin dövlət başçılarının növbəti sammitinin yeri və vaxtı məlum olub.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İstanbulda Türk Şurası XİN başçılarının iclası çərçivəsində türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib ki, dövlət başçılarının növbəti görüşü 12 noyabrda olacaq.

Nazirin sözlərinə görə, Türk Şurası liderlərinin görüşü İstanbul şəhərində keçiriləcək.

C. Bayramov xatırladıb ki, Türk Şurasına sədrlik Azərbaycandan Türkiyəyə keçəcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Türk Şurasına üzv ölkələrin xarici işlər nazirlərinin görüşü Azərbaycanda keçiriləcək.

M. Çavuşoğlu qeyd edib ki, Azərbaycandakı görüş Türk Şurası ölkələri liderlərinin sammitindən əvvəl olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}