11:29 / 07-12-2021
Azərbaycan nefti bahalaşır
ABŞ-ın hərbi təyyarələri Rusiyanın hava sahəsini yarmağa cəhd edib
Tarix: 20-10-2021 17:04 | Bölmə: Siyasət
ABŞ-ın hərbi təyyarələri Rusiyanın hava sahəsini yarmağa cəhd edib

Aralarında ciddi rəqabətin getdiyi və müharibə təhlükəsi yaranan iki dünya gücü səmada qarşılaşıb.

Reyting.az
xəbər verir ki, söhbət Rusiya və ABŞ arasında bu həftə səmada baş verən ikinci qarşıdurmadan gedir. Rusiya dövlət sərhədinin təhdid altında olduğunu elan edərək ovçu qırıcılarını səmaya qaldırıb.

Əslində 2021-ci ilin başlaması ilə barıt çəlləyinə çevrilən Qara dənizdə ABŞ və Rusiya daha bir dəfə üz-üzə gəlib. Gərginliyin səngimədiyi bir vaxtda rus qırıcıları sərhədə yaxınlaşan ABŞ-ın bormardmançı təyyarələrinə qarşı səmaya qaldırılıb və Rusiya təhdidə boyun əyməyəcəyini nümayiş etdirib.

Qeyd edək ki, oxşar hadisə bazar günü Yapon dənizində də baş verib.



Beynəlxalq medianın sonuncu xəbərinə görə, Rusiya Qara dəniz filosunun hava müdafiə qüvvələrinə məxsus iki “Su-30” qırıcısı Qara dəniz üzərindəki ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “B-1B” supersəsli strateji bombardmançı təyyarəni əngəlləmək üçün havaya qalxıb. Rusiya dövlət sərhədinə iki “KC-135” tanker təyyarəsinə ilə yaxınlaşan “B-1B” rus sərhədlərindən çıxarıldıqdan sonra ovçu qırıcılar hava bazasına enib. Rusiya tərəfi rus qırıcıların uçuşunun hava sahəsi ilə bağlı beynəlxalq şərtlərə əməl edilməklə həyata keçirildiyini bildirib.

Məlumat üçün qeyd edək ki, bazar günü Uzaq Şərqdə bir ABŞ hərbi gəmisi ilə yaşanan gəginlikdən sonra Yapon dənizində ABŞ və Rusiya hərbi təyyarələri havada üz-üzə gəlmişdi.



Buna paralel olaraq ABŞ və Rusiya dünyanın yeni nəsil nüvə silahları uğrunda savaş apararkən Çinin hipersəsli silahlanma yarışından birinciliyi ələ keçirməsi super güclər arasında gərginliyin artırması kimi görünür.

Pekinin dünya miqyasında nüvə qabiliyyətli yeni bir raket testini həyata keçirməsi xəbərləri ABŞ, Rusiya və Şimali Koreya da daxil olmaqla hipersəsli sistemləri inkişaf etdirən ölkələr üçün təhdid hesab olunur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər
{sape_links}{sape_article}