00:23 / 12-06-2025
TV rəhbəri həbs olunub
21:06 / 11-06-2025
Acun Ilıcalı istefa verib
18:01 / 11-06-2025
Latviyalı nazir istefa verib
Vəzifəli şəxslər saxlanılıb - Yenilənib
Tarix: 07-06-2022 17:26 | Bölmə: Slayd
Vəzifəli şəxslər saxlanılıb

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Şirvan rayonunda əməliyyat keçirir.

Reyting.az
xəbər verir ki, əməliyyat tədbirləri nəticəsində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şirvan Ərazi Şöbəsində axtarışlar aparılır. İdarələrin bir neçə vəzifəli əməkdaşının saxlanıldığı bildirilir.

Baş İdarənin həyata keçirdiyi əməliyyatın nəticələri ilə bağlı ictimaiyyətə geniş məlumatın verilməsi gözlənilir.(AzPolitika.info)

***

Baş prokuror yanında Korrupsiyaya qarşı Baş Mübarizə İdarəsi Şirvan şəhərində əməliyyat keçirib.

Reyting.az
xəbər verir ki, qanun pozuntuları ilə bağlı daxil olmuş məlumat əsasında keçirilən əməliyyat nəticəsində Milli Arxiv İdarəsinin Şirvan filialının rəisi Hamlet Hüseynov və digər idarə əməkdaşları saxlanılıb.

Məlumata görə, Şirvan Bələdiyyə və Əmlak idarələri əməkdaşları arasında da saxlanılanlar var.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-ya bildirilib ki, qeyd olunan məsələ ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.




Bölməyə aid digər xəbərlər