Təhsil sahəsi daha bir problemlə üzləşir
Tarix: 04-08-2022 23:43 | Bölmə: Slayd
Təhsil sahəsi daha bir problemlə üzləşir
Etibar Əliyev

“Regional təhsil idarələrinin rəhbərliyinə heç olmasa, uzun müddət təhsil sistemində işləyən, məktəbi bilən şəxs təyin olunmalıdır. Mənim bu barədə bir neçə yazım dərc olunub. Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri və bir neçə regionlara təyin olunan müdirlər barədə yazmışdım. Bir millət vəkili kimi bu məsələdən çox narahatam”.

Reyting.az
xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Etibar Əliyev deyib.

Regional idarələrə pedaqoqların rəhbərlik etməsinin vacibliyinə diqqət çəkən E. Əliyevin iddia edir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri atası yaşında kişiləri təhqir edir: “Çünki təhsil adamı deyil, mühasibdir. Təhsil həm də mədəniyyəti özündə ehtiva edir”.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədovun sosial şəbəkə hesabında yazıb ki, təhsil sahəsinə aidiyyəti olmayanlar bu sahədə yüksək vəzifələrə sahiblənirlər: “Təhsil sisteminə bu və ya digər şəkildə bağlı olmayan, təhsilləri və iş yerləri təhsil sahəsi ilə əlaqəli olmayan politoloq və hərbçilər hansı mənəvi haqla minlərlə şagirdin təhsil aldığı məktəbə direktor seçilə bilər?”

E. Əliyev bununla bağlı suala cavabında deyib ki, bu kimi şikayətlər olsa da, diqqətə alınmır: “Kamran Əsədovun dediklərində həqiqət var. Bunu da qeyd edim ki, məktəbi, ünsiyyəti bilməyən, məktəbi idarə etməkdə naşı olan şəxslərin təyinatından mən də narahatam. Bunun hansı şəraitdə baş verdiyini deyə bilmərəm, amma bütün hallarda çox böyük səhv addımdır. Əslində məktəbi bilən şəxsin davranışı başqa, mühasibin, aqronomun davranışı isə başqadır. Məktəbi bilən şəxsləri məzmun, davamiyyət, keyfiyyət düşündürür”.(Redaktor.az)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}