Çavuşoğlu: "Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç zaman tək deyil"
Tarix: 08-08-2022 12:20 | Bölmə: Siyasət
Çavuşoğlu: "Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç zaman tək deyil"

"Türkiyə Qarabağda haqlının yanında oldu. Müharibə başlayanda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini dəstəklədik”.

Reyting.az
xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici ölkələrdəki səfirlərinin 13-cü konfransının açılışında deyib.

O bildirib ki, hazırda regional əməkdaşlıq üçün səyləri davam etdirirlər:

"İndi Ermənistana xatırladırıq ki, təxribatlarını davam etdirməsin. Dost da, düşmən də bilsin ki, can Azərbaycan heç bir zaman tək deyil”.

XİN başçısı qeyd edib ki, can Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfərin yaratdığı uyğun şərtləri bölgədə sülh və sabitliyin daimi qalması üçün tətbiq edirlər: “Ermənistanla qarşılıqlı şəkildə təyin etdiyimiz xüsusi nümayəndələrin görüşləri davam edir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}