00:39 / 25-06-2025
NATO: Ukraynada 250 min rus hərbçisi həlak olub
00:29 / 25-06-2025
Orban: Dörd ölkə Zelenskini NATO sammitində görmək istəmir
00:17 / 25-06-2025
İranın nüvə proqramını məhv edə bilməyiblər
00:03 / 25-06-2025
16 yaşlı qızı qaçıran axund işdən çıxarılıb
19:40 / 24-06-2025
“Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı olub - Fotolar
19:25 / 24-06-2025
Milyarderin övladını "ChatGPT" tərbiyə edir
19:17 / 24-06-2025
Vardanyan yenidən hakim qarşısına çıxarılıb - Fotolar
19:09 / 24-06-2025
İqtisadi Şuranın iclası keçirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib
18:01 / 24-06-2025
Qadın sərnişinlərə əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
17:50 / 24-06-2025
Abşeronda küçə iti nənə və nəvəyə hücum edib
17:45 / 24-06-2025
Tramp: "Ümid edirəm ki, Rusiya ilə sövdələşə biləcəyik"
17:25 / 24-06-2025
Azərbaycanla Çin arasında viza ləğvi nə vaxtdan qüvvəyə minir? - Açıqlama
17:04 / 24-06-2025
Jurnalistlərin həbs müddəti uzadılıb
17:03 / 24-06-2025
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
16:59 / 24-06-2025
Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"
16:26 / 24-06-2025
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
16:19 / 24-06-2025
Qəzzada daha 84 fələstinli həyatını itirib
16:09 / 24-06-2025
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
16:02 / 24-06-2025
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
15:50 / 24-06-2025
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
14:50 / 24-06-2025
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
14:42 / 24-06-2025
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
14:24 / 24-06-2025
QHT-lərə nəzarət artırılır
14:12 / 24-06-2025
Prezident şirkət sədrini qəbul edib
14:08 / 24-06-2025
“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir
14:06 / 24-06-2025
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
13:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

19:12 / 23-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

İrandakı vəziyyət Azərbaycana necə təsir edə bilər?
Tarix: 07-07-2018 16:07 | Bölmə: Slayd

ABŞ İranı sıxır, Tramp Putini neytrallaşdırmağa çalışır, Tahran isə yeni müdafiə xətti qurmağa cəhd göstərir
ABŞ prezidenti Donald Tramp Yaxın Şərq və Şimali Koreya ilə bağlı radikal siyasətini ustalıqla İranın üzərində cəmləşdirir.
Reyting.az-ın məlumatına görə, iyulun 16-da Rusiya prezidenti Putinlə Helsinkidə görüşəcək Trampın bundan sonra İrana qarşı siyasəti daha da sərtləşə bilər.
Bir çox ekspertlərin iddiasına görə, Tramp Rusiyaya xüsusən Suriya məsələsində ciddi güzəşt edəcək. Amma bunun qarşılığında Putindən İranla bağlı ən azı neytral mövqedə durmasını istəyəcək.
Ekspertlərin fikirincə, belə olarsa, o zaman Tehran meydanda ciddi sıxıntıya məruz qalar və bu da Trampın İran siyasəstinin uğurla həyata keçirilməsinə vəsilə olar.
Sözsüz ki, rəsmi Tehran da bunu qulaqardı etmək fikrində deyil.
Tehran, Kreml və Pekin də daxil olmaqla 6 Avropa ölkəsinin liderlərinə müraciətində birgə görüş xahişini edib. Görünür, Tehran dünya siyasətinə yön verən 6 ölkə ilə anlaşaraq ABŞ-ın qarşısında duruş gətirməyi hesablayır.
Tramp isə durmadan İrana qarşı yeni-yeni təzyiq vasitələrini işə salır. O, dünya ölkələrinə səslənərək, İrandan neft almamağı tələb edir. Maraqlıdır ki, onun bu tələbinə yalnız iki dövlət rədd cavabı verib: Türkiyə və Hindistan.
Yəqin elə buna görədir ki, ABŞ İran neftinə sanksiya tətbiq etməyə hazırlaşır və Tehranın tərəfdaşlarını növbəti sanksiyalarla hədələyir. Buna cavab olaraq İran Hörmüz bağazını bağlaya biləcəyini bəyan edir.
Qeyd etdiyimiz kimi, Birləşmiş Ştatların İranla nüvə sazişindən çıxmasından sonra Tehran bu məsələdə ABŞ-ın mövqeyini bölüşməyən və anti-İran sanksiyalarına qarşı çıxan Avropa ölkələrinin dəstəyini qazanmağa çalışır.
Buna görə də ABŞ-la onun müttəfiqləri arasında dərinləşən fikir ayrılıqları fonunda İran prezidenti Həsən Ruhani Avropa turnesinə çıxıb.
Xatırladaq ki, Ruhaninin Avropa turnesi iki günlük İsveçrə səfəri ilə başladı. Həmin ərəfədə ABŞ Dövlət Departamenti bəyan etdi ki, Vaşinqton sanksiya tətbiq edərək İranın neft gəlirlərini sıfıra endirməyi düşünür. Ağ Ev isə xəbərdarlıq etdi ki, İranla əməkdaşlığı saxlayan ölkələr də sanksiyaya məruz qala bilər.
Ruhani bu ultimatumu cavabsız qoymadı. İsveçrə prezidenti Alen Berse ilə birgə keçirdiyi mətbuat konfransında bildirdi ki, elan edilən neft embarqosu qeyri-real ideyadır. Çünki onu hətta ABŞ-ın öz müttəfiqləri belə, dəstəkləmir:
“Fikrimcə, bəzi ABŞ rəsmilərinin İranın neft ixracını sıfıra endirməklə bağlı arzuları boş söhbətdən başqa bir şey deyil”.
Ruhani bildirdi ki, ABŞ-ın İrandan neft ixracını məhdudlaşdırmaq cəhdləri bütün Yaxın Şərqdə neft sənayesinə və Avropa Birliyinin enerji qaynaqlarına təhdid yaradır. İran lideri onu da əlavə etdi ki, ölkəsinin maraqları razılaşmanı imzalayan ölkələr tərəfindən qorunduqca, Tehran 2015-ci il nüvə sazişində qalacaq.
İsveçrə prezidenti isə qeyd etdi ki, ABŞ-ın sazişdən çıxması İranın nüvə böhranının tənzimlənməsinə dair əldə olunan razılaşmanın gələcəyini təhdid edir.
İran və İsveçrə quruda sərnişin və yükdaşıma sahəsində əməkdaşlığa dair saziş də imzaladı.

Həsən Ruhani iyulun 1-də başlayan Avstriya səfərində də dəstək gördü. Vyanada təmtəraqlı mərasimlə qarşılanan Ruhani prezident Aleksandr Van der Bellenlə görüşdü. İranla nüvəsazişini ciddi diplomatik nailiyyət adlandıran Avstriya lideri Tehrana qarşı sanksiyaları beynəlxalq hüququn pozulması kimi qiymətləndirdi.
Van der Bellen bildirdi ki, Avstriya və Avropa Birliyi İranla iqtisadi münasibətləri inkişaf etdirməyin tərəfdarıdır.
Bu arada, iyulun 1-dən Avropa Birliyi Şurasına sədrlik Avstriyaya keçib. Avropa Birliyinə üzv olduğu 1995-ci ildən bu yana Avstriya üçüncü dəfədir ki, AB Şurasına sədrlik edir. Avstriya 1998 və 2006-cı illərdə də Şuranın sədri olub.
Yuxarıda da qeyd etdiyimiz kimi, İran bəyan edib ki, ABŞ Tehrana qarşı sanksiyaları bərpa etsə və neft ixracına qadağa qoysa, Hörmüz boğazından neft daşınmasını bloklayacaq. Dünya neftinin 20 faizi isə bu boğaz vasitəsilə daşınır.
OPEK+ üzvləri qiymətləri stabilləşdirmək üçün hasilatın artırılmasına qərar veriblər. Bununla belə, “Brent” markalı neftin qiyməti bahalaşmaqda davam edir. İyulun 5-də bir barrelin qiyməti 78 dollar olub. Halbuki OPEK+ üzvlərinin məlum qərarından əvvəl – iyunun 19-da qiymət 74 dollar idi.
Neftlə yanaşı, bir neçə həftədir benzinin də qiymətində artım olub. Bu artım ABŞ prezidentinin sərt etirazı ilə qarşılanıb.
Tramp “Twitter” hesabında qeyd edib ki, OPEK ölkələri benzinin qiymətinin azaldılması üçün kifayət qədər səy göstərmirlər.

“Qiymətləri dərhal endirin”, – deyə ABŞ lideri çağırış edib. Tram, eyni zamanda Səudiyyə kralı ilə telefonda danışaraq, onları əzəli düşməni İrana qarşı iqtisadi həmləyə çağırıb. Daha dəqiqi, o, Səudiyyə Kralından OPEC-in gündəlik 1 milyon barel neft hasilatı haqda qərarına məhəl qoymadan hasilatı 2 milyona çatdırmağı istəyib. Diqqətçəkən odur ki, kral ABŞ prezidetninin bu xahişinə dərhal müsbət reaksiya verib.
Bunu da Tramın özü bəyan edib: “Krala dedim ki, neftin qiyməti çox yükəskdir, hasilatı buna görə 2 milyona qaldırın. Ona da razılşadı”.
Hadisələrin belə cərəyan etdiyi bir məqamda İran həm ölkə daxilində, həm də xaricində ABŞ-a qarşı dirənməyin yollarını arayır. İran pulunun kəskin devalvasiyası ölkədə iqtisadi durumu daha da çətinlşdirməklə yanaşı, həm də milyonlarla insanın “qanını qaynadır”. Bir yandan da, Trampın basqıları İranın neft bazarını da iflic edib. Təkcə may ayı ərzində İranın neft ixracı 300 min barel aşağı düşüb. Üstəlik, Çin İrandan 1 milyon barel neft alsa da, bunu azaldıb 600 min etdi. Cənubi Koreya İrandan sutkalıq 500 min barel neft alırdı, indi 250 min barel alır. Bir sözlə, İrandan neft alan ölkələr alış payını azaldıb. Sözsüz ki, hər müştəri bir az azaldanda İranın neft satışı da azalır. Bu da İranın gəlirinin azalması deməkdir.
Yada salın, ilin əvvəlində İranda nə baş verib? Rialın qiyməti 30 mindən 87 minə qalxıb, bir azdan 100 mini keçəcək. Bu, kəskin devalvasiyadır. Üstəlik, ölkə daxilində mal qıtlığı hiss edilir. Ölkədən kapital axını dəhşətli dərəcədə güclənib. İnsanlar əlində olan pulları Türkiyə, Gürcüstan və Azərbaycanda daşınmaz əmlaka yatırırlar ki, pulları batmasın. Kapitalın İrandan necə çıxarılması sualına isə sadə cavab var: kapital sərhəd tanımır. Rüşvətini verib, pullarını çıxarırlar.
Bu və ya digər məqamlar yuxarıda qeyd etdiyimiz kimi, rəsmi Tehranın ən çox narahat olduğu məsələdir. Yəni Tehran ABŞ-ı İsrailin dostu və s. məsələlərdə ittiham edərək, xalqı indiyə qədər dirənişə səfərbər edə bilirdisə, indi aclıq sınağı ilə bu səfərbərliyi necə edəcəyi sual doğurur. Təsadüfi deyil ki, çalxalanan İranın hər an “partlaya” biləcəyi qorxusu rəsmi Tehranı hazırda ən çox qayğılandıran məsələdir.
Bunu prezident Ruhani də son çıxışlarının hər birində dolayısı ilə etiraf edir, bundan daha çox narahat olduqlarını gizlətmirdi.
Bəs İran qarışarsa, bu, Azərbaycana necə təsir edə bilər?

İqtisadçı-ekspert İlham Şaban deyir ki, əgər qonşunun vəziyyəti yaxşıdırsa, deməli, ətraf dövlətlər üçün də narahatlıq yoxdur. Qonşunun vəziyyətinin pis olması qeyri-stabilliyə aparan yoldur:
“Biz onu müşahidə edirik ki, iranlı turistlərin Azərbaycana səfərləri azalır. Çünki pul yoxdur və ya pula qənaət edirlər. Bu, birmənalıdır. Nə qədər ki, beynəlxalq sanksiyalar İranın üzərindədir, deməli, alış-veriş məsələləri yenidən çətinləşəcək. Məsələn, 2016-cı ildə Azərbaycanla İran arasında ticarət dövriyyəsi 125 milyon dollara qədər azalıb. Ancaq pik vaxtı bu rəqəm 560 milyon dollar idi. Deməli, sanksiyalar öz təsirini göstərir. 2017-ci ildə isə ticarət dövriyyəsi 260 milyon dollara qədər artdı. Yəni yumşalma mövcud idi, ABŞ-İran arasında münasibətlər tədricən düzəlirdi. İndi vəziyyət yenidən kəskinləşdi, sanksiyalar işə salındı. Bu amil də bizim ticarət dövriyyəmizin azalmasına gətirib çıxarıb”.
Digər ekspertlər İrana qarşı təzyiqlərin artacağı, orada iqtisadi vəziyyətin daha da psiləşəcəyi təqdirdə, İranla Azərbaycan arasında yükdaşımalar, nəqliyyat və sair sahələrdə də ciddi sıxıntıların olacağını deyirlər.
Sonda xatırladaq ki, İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “Altılıq ölkələri” – Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv olunur.
2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edərək, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu deyib.
Vaşinqton 12 tələb irəli sürərək onların icra olunacağı təqdirdə İranla yenidən dialoq qura biləcəyini bəyan edib.
Bu şərtlərə görə, İran özünün hərbi və nüvə proqramı üzrə apardığı fəaliyyətinin bütün detallarını Beynəlxalq Atom Enerjisi Agentliyinin ixtiyarına verməli, agentlik müfəttişlərinin istənilən vaxtda hərbi və nüvə təsisatlarına baxış keçirməsinə şərait yaratmalıdır.
İran uranın zənginləşdirilməsi üzrə fəaliyyətini dayandırmalı, heç vaxt pluton emalı ilə məşğul olmamalı, ağır su təsisatlarını qapatmalıdır.
İran nüvə başlıqları daşımağa qadir olan ballistik raketlərin istehsalını dayandırmalı, nüvə silahı istehsalı üzrə apardığı əvvəlki proqramların məzmununu açıqlamalı, terrorizmə, o cümlədən də “Həmas”, “Hizbullah” və “İslam cihadı” kimi terrorçu qruplaşmalara dəstəyinə son qoymalıdır.
İran bölgədə, xüsusən də Yəməndəki şiə yaraqlılarına dəstəyini dayandırmalı, öz hərbi hissələrini Suriyadan çıxarmalı, Əfqanistanda “Taliban”a və digər terrorçu qruplaşmalara dəstəyindən əl çəkməlidir.
İran “Əl-Qaidə” terror təşkilatının rəhbərlərinə və onun komandirlərinə ev sahibliyi etməkdən əl çəkməli, region ölkələrinə, o cümlədən də öz qonşularına qarşı təhdid siyasətinə son qoymalıdır.

İran həmçinin bu ölkədə həbsdə saxladığı bütün Amerika vətəndaşlarını azadlığa buraxmalı, kiberhücumlarını dayandırmalıdır.
Eyni zamanda, ABŞ-ın regiondakı əsas müttəfiqləri olan İsrail, Birləşmiş Ərəb Əmirliyi və Səudiyyə Ərəbistanının ünvanına bütün təhdidləri dayandırmalıdır.
Bu arada, iyulun 6-da İranın və nüvə sazişində iştiraklarını davam etdirən 5 ölkənin – Britaniya, Fransa, Rusiya, Almaniya və Çinin xarici işlər nazirləri Vyanada görüşəcək və nüvə sazişini qoruyub saxlamağın yollarını müzakirə edəcəklər.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
Dünən, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Dünən, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
23-06-2025, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
23-06-2025, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
23-06-2025, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
23-06-2025, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
23-06-2025, 14:23
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
23-06-2025, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
23-06-2025, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir