00:39 / 25-06-2025
NATO: Ukraynada 250 min rus hərbçisi həlak olub
00:29 / 25-06-2025
Orban: Dörd ölkə Zelenskini NATO sammitində görmək istəmir
00:17 / 25-06-2025
İranın nüvə proqramını məhv edə bilməyiblər
00:03 / 25-06-2025
16 yaşlı qızı qaçıran axund işdən çıxarılıb
19:40 / 24-06-2025
“Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı olub - Fotolar
19:25 / 24-06-2025
Milyarderin övladını "ChatGPT" tərbiyə edir
19:17 / 24-06-2025
Vardanyan yenidən hakim qarşısına çıxarılıb - Fotolar
19:09 / 24-06-2025
İqtisadi Şuranın iclası keçirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib
18:01 / 24-06-2025
Qadın sərnişinlərə əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
17:50 / 24-06-2025
Abşeronda küçə iti nənə və nəvəyə hücum edib
17:45 / 24-06-2025
Tramp: "Ümid edirəm ki, Rusiya ilə sövdələşə biləcəyik"
17:25 / 24-06-2025
Azərbaycanla Çin arasında viza ləğvi nə vaxtdan qüvvəyə minir? - Açıqlama
17:04 / 24-06-2025
Jurnalistlərin həbs müddəti uzadılıb
17:03 / 24-06-2025
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
16:59 / 24-06-2025
Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"
16:26 / 24-06-2025
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
16:19 / 24-06-2025
Qəzzada daha 84 fələstinli həyatını itirib
16:09 / 24-06-2025
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
16:02 / 24-06-2025
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
15:50 / 24-06-2025
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
14:50 / 24-06-2025
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
14:42 / 24-06-2025
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
14:24 / 24-06-2025
QHT-lərə nəzarət artırılır
14:12 / 24-06-2025
Prezident şirkət sədrini qəbul edib
14:08 / 24-06-2025
“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir
14:06 / 24-06-2025
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
13:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

19:12 / 23-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Əli Həsənov: “Dövlətçiliyimizə qarşı ideoloji təxribatla üz-üzəyik”
Tarix: 11-07-2018 14:32 | Bölmə: Slayd

“İyulun 3-ü axşam Gəncə Şəhər İcra hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsdlə bağlı BBC əməkdaşının sualına cavab verərkən, mən ilkin məlumatlardan çıxış edərək söyləmişdim ki, ”bu, icra başçısına qarşı törədilmiş kriminal hadisədir, silahlı basqın olub, başçı və mühafizəçisi xəsarət alıb, hadisəni törədən şəxs yaxalanıb, hüquq-mühafizə orqanları lazımi tədbirləri görürlər”.
Belə ağır cinayət hadisələri zamanı müvafiq orqanların rəyi olmadan daha təfsilatlı şərhlə çıxış etməyi düzgün hesab etmədim. Bir dövlət məmuru kimi mənim həmin açıqlamam, əlbəttə ki, dövlətin hadisəni nəzarətə götürdüyü haqqında cəmiyyəti məlumatlandırmaq istəyilə əlaqəli olmuşdu”.
Bu sözləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov Gəncədə törədilmiş dünənki iğtişaşa münasibət bildirərkən deyib.
Əli Həsənov deyib ki, iyulun 6-da Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı birgə məlumatda baş vermiş cinayətin terror xarakteri, cinayəti törədən Yunis Səfərovun xarici vətəndaş olduğu, Azərbaycan dövləti tərəfindən sanksiyalaşdırılmayan döyüş əməliyyatlarında iştirak etdiyi bildirildi: “Həm yerli, həm xarici mediada dərc olunmuş materiallarda, sui-qəsdçinin həyat yoldaşının bir neçə dəfə yayımlanmış videomüraciətlərində onun bu əməli şəxsi motivlərlə, qisas naminə və ya bəzilərinin iddia etdiyi kimi “sosial zülmə” qarşı etiraz olaraq deyil, məhz Suriyada uğrunda döyüşdüyü “ideallar” naminə - şəriət dövləti bərqərar etmək üçün törətdiyi bəlli oldu.
Yunis Səfərov maddi təminatı yüksək olan bir ailənin üzvüdür, xarici vətəndaşdır və təbii ki, Azərbaycanın hansısa bölgəsində sosial ədalət naminə “solçu inqilabı” haqqında düşünməyib də. Açıqlamalardan göründüyü kimi, o, bu əmələ uzun illər hazırlaşıb, öz niyyətini həyata keçirmək üçün müvafiq məqam və tapşırıq gözləyib. Görünür, Mingəçevir şəhərində baş vermiş qəza ilə əlaqədar yaranmış gərginlik bunun üçün əlverişli məqam hesab edilib.
Sözügedən dairələrə yaxın xarici media və Facebook səhifələrinin hələ 2017-ci ilin əvvəllərində Gəncə İH başçısı haqqında islamofob və anti-şiə imici yaratmaq cəhdləri Azərbaycan KİV-lərində müzakirə olunmuşdu. Bu ilin əvvəllərindən isə müəyyən reket nəşrlərdə Elmar Vəliyevin kobud rəftarı haqqında dərc edilən materialların sayında kəskin artım müşahidə edilmişdi. Görünür, ölkə əhalisinin dini mövzulara o qədər də həssas olmaması səbəbindən onun barəsində “sosial zülmün səbəbkarı” imici formalaşdırmağa ehtiyac varmış”.
Ə. Həsənov qeyd edib ki, hadisə baş verdikdən dərhal sonra radikal dini səhifələr və saytlar, Vətənə xəyanət ittihamı ilə mühakimə edilmiş separatçılara bağlı KİV-lər Yunis Səfərovu yeni “gəncəbasar qisasçısı”, “qəhrəman” elan etməyə tələsiblər: “Bu dəfə də onlara Avropadakı iaşə müxalifəti və onların rəhbərlik etdiyi internet kanallarından, Leyla Yunusova kimi anti-milli ünsürlərdən kömək gəldi. Rusiyada “talış separatçısı kimi ad-san qazanmış” İsmayıl Şabanovun, Hollandiyada eyni statusla yaşayan Ələkrəm Hümbətovun çevrəsi cinayətkarın müdafiə komitəsini yaradıb xarici dövlət rəsmilərinə müraciət etdilər. 2016-cı ilin aprel döyüşləri zamanı erməni hərbi mundiri ilə ekranlardan Azərbaycanı, Azərbaycan əsgərini aşağılayan bir xain ona şeir də həsr etdi. Təsadüfi deyil ki, Azərbaycan dövləti və onun müstəqil siyasətinin əleyhinə son dövrlərdə sistemli ideoloji təxribatla məşğul olan bəzi xarici dini saytlar da bu günlərdə xüsusi canfəşanlıq göstərdilər. Kimə məxsusluğu bəlli olmayan Ru-clip.ru saytının Youtub kanalı isə “Səda HD” kimi təqdim olunan şirkətin hazırladığı və üsyana səsləyən 5 klip - çağırış yayımladı.
Beləliklə, biz dövlətçiliyimizə qarşı separatçıların, radikal dindarların, yalnız pula və məişət komfortuna işləyən “iaşə müxalifəti”nin sinxronlaşdırılmış ideoloji təxribatı faktı ilə üz-üzəyik. Xarici anti-Azərbaycan qüvvələrin bu mənfur niyyətini anlamaq olar, ancaq daxildən onlara dəstək verən, poilis əməkdaşlarına qarşı qəddar cinayətə bəraət qazandırmağa çalışan, yaxud da xaricə qaçıb erməni maliyyəsinin girovuna çevrilənlərin xain canfəşanlığını heç cür başa düşmək mümkün deyil.
Belə həssas vəziyyət cəmiyyətimizin, bütün vətəndaşlarımızın milli dövlətçilik ətrafında daha sıx birliyini tələb edir. Xüsusən ictimai rəyə təsir imkanı olan insanlar - millət vəkilləri, ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, siyasi fəallar, media və QHT təmsilçiləri daha həssas davranmalı, iqtidara və ya onun ayrı-ayrı nümayəndələrinə bəslədikləri fərdi münasibətlərlə dövlət və Vətən mənafelərini bir-birindən fərqləndirməlidirlər.
XIX əsr Rusiyasında Vera Zasuliç adlı qadın ilk terror aktını həyata keçirəndə rus ziyalılarının müəyyən kəsimi onu qəhrəman kimi təqdim etməyə çalışmışdı və buna qismən nail də olmuşdular. Həmin terrorun mifləşdirilməsi ilə başlayan hadisələr sonrakı dövrdə Rusiyada üç inqilaba, milyonlarla insanın vətəndaş savaşında həlak olmasınadək inkişaf etmişdir.
İdeoloji təxribat deyəndə bir məqamı da yada salmaq yerinə düşərdi. Yaxın tariximizdə Azərbaycan əsilli xarici vətəndaşın törətdiyi ilk terror aktı Azərbaycan Dövlət Neft Akademiyasındakı hadisəsidir. Amma həmin terror öz hədəfinə çatmamış, terror aktı, onu törədən şəxs və arxasındakı qüvvələr cəmiyyət tərəfindən birmənalı olaraq lənətlənmişdilər. Bu dəfə də terror Azərbaycan əsilli xarici vətəndaş tərəfindən törədilib. Amma qeyd etdiyim kimi, ona ictimai bəraət qazandırmaq üçün uzunmüddətli iş aparılıb. Bəzi sosial səhifələrdə “qalxın, digər şəhərlərdə də bunu təkrar edin”,- çağırışları terrorun yeni dalğasına çağırış kimin qiymətləndirilə bilər. Çünki bu, aksiyalarda Azərbaycan vətəndaşlarının kütləvi iştirakını təmin etmək məqsədi güdülür.
1970-ci illərin ikinci yarısında Türkiyədə solçular və sağçılar öz aralarındakı gərginliyi və dövlətlə anlaşılmazlıqları silah, “devrim”(əslində terror) gücünə həll etməyə başlayanda Süleyman Dəmirəlin dediyi məşhur bir ifadə yadıma düşdü:
“Cümhuriyyət polisinə güllə atan əllər kəsilməlidir”. Əlbəttə ki, bununla müasir Türkiyədə heç də Osmanlı dövlətinin tarixinə aid olan sərt cəzanın birbaşa tətbiqi nəzərdə tutulmurdu, dövlətin məmurunu terror edənlərin sərt şəkildə cəzalandırlmasınin vacibliyinə diqqət çəkilirdi.
Əminliklə deyə bilərəm ki, Azərbaycanda qarşıdurma, xaos yaratmaq istəyənlər qanunun sərt üzünü görəcəklər və ən ciddi şəkildə cəzalandırılacaqlar. Bununla yanaşı, təsadüfən, hadisə ictimai maraq kəsb etdiyinə görə, öz iradələrinin əleyhinə olaraq bu əməlin iştirakçısına çevrilmiş hər kəsi bu yanlış addımlardan çəkinməyə dəvət edirəm. Azərbaycan dövləti, dövlətçiliyi, milli maraqlarımız heç vaxt müzakirə mövzusu olmamalıdır və bu dəyərlərə təhlükə yarandıqda hər bir vətəndaş, hər bir azərbaycanlı öz qəti mövqeyini ortaya qoymalı, milli iradəsini nümayiş etdirməlidir. Buna görə də Azərbaycan dövlətinin terror və terror çağırışlarına qarşı atacağı sərt addımların ziyalılar, tanınmış ictimaiyyət nümayəndələri, vətəndaş cəmiyyəti təmsilçiləri tərəfindən düzgün anlaşılmalı, geniş kütlələrə düzgün mesajlar verilməlidir. Hər hansı səbəb və ya bəhanə ilə terrora bəraət qazandırmaq cəhdləri yolverilməzdir, sosial səhifələrin aktiv iştirakçıları və KİV nümayəndələri yazı, rəy və şərhlərində müvafiq qanunvericiliyin tələblərini və dövlət maraqlarını unutmamalı, hadisələrə daha peşəkar və obyektiv yanaşmalıdırlar".
Bölməyə aid digər xəbərlər

Dünən, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
Dünən, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Dünən, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
23-06-2025, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
23-06-2025, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
23-06-2025, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
23-06-2025, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
23-06-2025, 14:23
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
23-06-2025, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
23-06-2025, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir