00:39 / 25-06-2025
NATO: Ukraynada 250 min rus hərbçisi həlak olub
00:29 / 25-06-2025
Orban: Dörd ölkə Zelenskini NATO sammitində görmək istəmir
00:17 / 25-06-2025
İranın nüvə proqramını məhv edə bilməyiblər
00:03 / 25-06-2025
16 yaşlı qızı qaçıran axund işdən çıxarılıb
19:40 / 24-06-2025
“Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı olub - Fotolar
19:25 / 24-06-2025
Milyarderin övladını "ChatGPT" tərbiyə edir
19:17 / 24-06-2025
Vardanyan yenidən hakim qarşısına çıxarılıb - Fotolar
19:09 / 24-06-2025
İqtisadi Şuranın iclası keçirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib
18:01 / 24-06-2025
Qadın sərnişinlərə əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
17:50 / 24-06-2025
Abşeronda küçə iti nənə və nəvəyə hücum edib
17:45 / 24-06-2025
Tramp: "Ümid edirəm ki, Rusiya ilə sövdələşə biləcəyik"
17:25 / 24-06-2025
Azərbaycanla Çin arasında viza ləğvi nə vaxtdan qüvvəyə minir? - Açıqlama
17:04 / 24-06-2025
Jurnalistlərin həbs müddəti uzadılıb
17:03 / 24-06-2025
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
16:59 / 24-06-2025
Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"
16:26 / 24-06-2025
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
16:19 / 24-06-2025
Qəzzada daha 84 fələstinli həyatını itirib
16:09 / 24-06-2025
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
16:02 / 24-06-2025
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
15:50 / 24-06-2025
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
14:50 / 24-06-2025
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
14:42 / 24-06-2025
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
14:24 / 24-06-2025
QHT-lərə nəzarət artırılır
14:12 / 24-06-2025
Prezident şirkət sədrini qəbul edib
14:08 / 24-06-2025
“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir
14:06 / 24-06-2025
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
13:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

19:12 / 23-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Qarabağ danışıqları yenə nəticəsiz bitib
Tarix: 14-07-2018 16:10 | Bölmə: Slayd

Prezident İlham Əliyevin Brüsselə səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da ATƏT üzvləri ilə bır sıra mühüm görüşlər keçirib.
Bundan başqa, Brüsseldə ATƏT Minsk Qrupu həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endryu Sxofer – ABŞ) vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının ilk rəsmi görüşü də baş tutub, tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə ediblər. Tədbirdə ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi təmsilçisi Anjey Kaspşik də iştirak edib.
Məhz bu görüş Rusiyadakı bir çox analitiklərin diqqətini çəkib.
Məsələn, ermənipərəsət “regnum.ru”da Stanislav Tarasov Məmmədyarovun erməni həmkarı ilə görüşünə diqqət çəkən yazısı yayımlanıb.
Reyting.az həmin məqləni tədim edir:
Məlum olduğu kimi Brüsseldə ATƏT Minsk Qrupu həmsədrlərinin (İqor Popov – Rusiya, Stefan Viskonti – Fransa və Endryu Sxofer – ABŞ) vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçıları Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın ilk rəsmi görüşü baş tutub, tərəflər Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini müzakirə ediblər. Habelə ATƏT-in fəaliyyətdəki sədrinin şəxsi təmsilçisi Anjey Kaspşik də iştirak edib.
Ermənistan XİN məlumat verib ki, xarici siyasət idarələri başçılarının söhbəti “tanışlıq xarakteri daşıyıb”.
Amma Azərbaycan XİN mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev önəmli bir ayrıntı haqda xəbər verib: “Söhbət dörd saata yaxın çəkib, bu da hər halda ciddi dialoq, ya da mühüm problemlər üzrə diskussiyanı nəzərdə tutur”.
Amma nələr üzrə? Heç bir məlumat verilməyib.
Bununla yanaşı, Hacıyevin “görüşün gedişində Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsi üzrə danışıqlar prosesinin dolğun müzakirə olunduğu” və “danışıqların mövcud formatda davam etdirilməsinin önəmi qeyd olunduğu” haqda sözləri mühüm bir ayrıntını aydınlaşdırır: İrəvan indiki mərhələdə qondarma “Artsax Respublikası”nı (Dağlıq Qarabağ-red.) danışıqlar prosesinə daxil etmək cəhdindən imtinaya qərar verib…
Rusiya XİN başçısı Sergey Lavrov “Moskva Qarabağın danışıqlar prosesində iştirakı haqda İrəvan və Bakının qəbul edəcəyi istənilən qərara sayğı göstərəcək”,- deyəndə ekspertlərin çoxu bunu işarə hadisəsi kimi qəbul etmişdi. Çünki Xankəndinin danışıqlar masası arxasına qayıdışı məsələsi ilk dəfə vasitəçilərin müzakirə gündəliyinə daxil olaraq faktiki institutlaşmağa başlamışdı. Lakin danışıqlar formatı əvvəlkitək qalıb ki, bunu da Azərbaycan diplomatiyasının müəyyən uğuru saymaq olar.
Eyni zamanda Bakının ATƏT MQ-nun danışıqlar gündəliyini dəyişməyə, münaqişənin tənzimlənməsində həmsədrləri BMT TŞ-nin məlum dörd qətnaməsini hüquqi əsas saymağa vadar etməyə nail olmaması onun uğursuzluğu görünür. Lavrov BMT Baş katibi Antonio Quterreşlə danışıqların nəticələri üzrə mətbuat konfransının gedişində bildirib ki, BMT TŞ-nin Dağlıq Qarabağ üzrə qətnamələri hərbi əməliyyatlar dövründə qəbul edilib.
Bu, qanaxıdıcı durumu dayandırmaq, siyasi dialoq məcrasına çevirmək imkanı verib. Sonra isə “istisnasız olaraq bütün tərəflərin razılığı ilə ATƏT Minsk Qrupu yaradılıb, bu çərçivədə Dağlıq Qarabağın qəti statusunun müəyyən olunması vasitəsilə ərazilərin azad edilməsi və siyasi tənzimləmə məsələsi daxil olmaqla qalan bütün məsələləri bu çərçivədə həll etmək razılığına gəliblər”.
Rusiyalı nazir bu zaman mühüm dəqiqləşdirmə aparıb: “İndiyədək hamımız bununla məşğuluq”, amma bunun baş verməsi üçün “münaqişə tərəfləri arasında konsensus gərəkdir”.
Konsensus yoxdur, yalnız çalarlar var. Azərbaycan XİN başçısı Brüssel danışıqları ərəfəsində deyib ki, münaqişə edən tərəflərin Qarabağ münaqişəsinin mərhələli tənzimlənməsində, guya, “yol xəritəsi” var və “2018-in əvvəlində əldə edilmiş anlaşma bundan ibarət idi ki, Ermənistan və Azərbaycanda seçkilərdən sonra mövcud gündəlik əsasında müntəzəm danışıqlar davam etdirilsin”.
Bunu Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın o zamankı prezidenti Serj Sərkisyan arasında hansısa razılaşımanın olduğu kimi qəbul etmək olar. Amma İrəvanda tezliklə siyasi böhran başlanıb, hakimiyyətə Paşinyan gəlib. Buna görə də Əliyevin “Ermənistanda Serj Sərkisyanın siyasi arenadan qovulmasında bizim də rolumuz var”,- sözləri indi necəsə qəribə qəbul edilir, lakin Azərbaycan lideri “bizim rolumuzu şişirtməmək üçün” bundan danışmaq istəməyib. O, habelə ümid ifadə edib ki, “Ermənistanın yeni hökuməti əvvəlki rəhbərliyin səhvini təkrarlamayacaq və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində konstruktiv mövqe tutacaq”.
Bakının təklif etdiyi məntiqə əsasən, İrəvan, guya, Qarabağ yönündə Azərbaycana hansısa güzəştlərə getməlidir. Əliyev öz bəyanatıyla bu qayda ilə Ermənistanda Paşinyan üçün problem yaratmağı qarşısına məqsəd qoyurmu?
Əlbəttə, çox şey Əliyevlə Paşinyanın şəxsi görüşü zamanı aydınlaşacaq, amma belə bir görüşün haçan olacağı və onu hazırlamaq üçün Minsk Qrupu, Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin başçılarına nə qədər vaxt gərək olduğunu heç kim bilmir. Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsi üzrə danışıqlar prosesində ən yaxın vaxtlarda irəliləyiş hələlik gözlənilmir, ancaq danışıqlar davam etdiriləcək.
Bölməyə aid digər xəbərlər

Dünən, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
Dünən, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Dünən, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
23-06-2025, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
23-06-2025, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
23-06-2025, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
23-06-2025, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
23-06-2025, 14:23
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
23-06-2025, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
23-06-2025, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir