00:39 / 25-06-2025
NATO: Ukraynada 250 min rus hərbçisi həlak olub
00:29 / 25-06-2025
Orban: Dörd ölkə Zelenskini NATO sammitində görmək istəmir
00:17 / 25-06-2025
İranın nüvə proqramını məhv edə bilməyiblər
00:03 / 25-06-2025
16 yaşlı qızı qaçıran axund işdən çıxarılıb
19:40 / 24-06-2025
“Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı olub - Fotolar
19:25 / 24-06-2025
Milyarderin övladını "ChatGPT" tərbiyə edir
19:17 / 24-06-2025
Vardanyan yenidən hakim qarşısına çıxarılıb - Fotolar
19:09 / 24-06-2025
İqtisadi Şuranın iclası keçirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib
18:01 / 24-06-2025
Qadın sərnişinlərə əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
17:50 / 24-06-2025
Abşeronda küçə iti nənə və nəvəyə hücum edib
17:45 / 24-06-2025
Tramp: "Ümid edirəm ki, Rusiya ilə sövdələşə biləcəyik"
17:25 / 24-06-2025
Azərbaycanla Çin arasında viza ləğvi nə vaxtdan qüvvəyə minir? - Açıqlama
17:04 / 24-06-2025
Jurnalistlərin həbs müddəti uzadılıb
17:03 / 24-06-2025
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
16:59 / 24-06-2025
Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"
16:26 / 24-06-2025
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
16:19 / 24-06-2025
Qəzzada daha 84 fələstinli həyatını itirib
16:09 / 24-06-2025
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
16:02 / 24-06-2025
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
15:50 / 24-06-2025
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
14:50 / 24-06-2025
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
14:42 / 24-06-2025
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
14:24 / 24-06-2025
QHT-lərə nəzarət artırılır
14:12 / 24-06-2025
Prezident şirkət sədrini qəbul edib
14:08 / 24-06-2025
“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir
14:06 / 24-06-2025
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
13:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

19:12 / 23-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Ölkənin qida bazarında təhlükəli vəziyyət hökm sürür
Tarix: 18-07-2018 14:58 | Bölmə: Slayd

Ekspertlər həyəcan təbili çalır: Azərbaycanın istehlak bazarında normal məhsul yoxdur. Əksər qidaların, xüsusilə də tərəvəzlərin geni modifikasiya olunub. Bu məhsullar insanın DNK-sını dəyişir
Məlum olduğu kimi, Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (QTA) 1 iyul 2018-ci il tarixindən qida zəncirinin bütün mərhələlərində, o cümlədən idxal-ixrac əməliyyatlarında dövlət nəzarətini həyata keçirməyə başlayıb.
Həmin tarixdən də QTA sahibkarlıq subyektlərinin qida təhlükəsizliyinin təmin olunması prosesində iştirakına yüksək qiymət verir, sahibkarlara qida zəncirinin bütün mərhələlərində müasir tələblərə uyğun fəaliyyətlərini təşkil etmələri üçün hərtərəfli dəstək göstərəcəyini bəyan edir. Agentlik idxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlıq subyektlərini ilk növbədə qanunvericiliyin tələblərinə uyğun olaraq, qarşılıqlı etimad şəraitində aşağıdakı qaydalara əməl etməyə çağırır.
Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalına dair tələblər bunlardır:
- İdxal-ixrac əməliyyatları ilə məşğul olan sahibkarlar dövlət baytarlıq nəzarətində olan yükləri ölkəyə idxal etməzdən öncə idxal tələbləri barədə məlumatlı olmalı, baytarlıq nəzarətində olan yüklər ölkəmizə göndərilməmişdən əvvəl ixrac edən ölkə tərəfindən Azərbaycan Respublikasının idxal tələbləri nəzərə alınmalıdır. Yüklərə Beynəlxalq Heyvan Sağlamlığı Təşkilatının baytarlıq sahəsində təklif etdiyi müvafiq nümunələrə uyğun ixrac və idxal edən, lazım gələrsə, tranzit ölkələrin birgə seçdiyi dildə beynəlxalq baytarlıq sertifikatı tərtib edilməlidir. Dövlət baytarlıq nəzarətində olan yüklərin idxalını həyata keçirən sahibkarlar Azərbaycan Respublikasında qüvvədə olan süd və süd məhsullarına, ət vəət məhsullarına, konservlərə, ərzaq balıqları, dəniz məhsulları, habelə kəsim üçün iribuynuzlu heyvanlara, quş ətinə və digər baytarlıq nəzarətində olan məhsulların idxalına dair baytarlıq tələbləri ilə Agentliyin rəsmi veb-səhifəsində tanış ola biləcəklər.
Azərbaycan Respublikasında qüvvədə olan baytarlıq-sanitariya tələblərinə uyğun olmayan dövlət baytarlıq nəzarətindəki yüklərin ölkəyə idxalı yolverilməzdir.
Emal olunmuş məhsulların idxalına dair tələblər isə bunlardır:
- Azərbaycan Respublikasına idxal olunan qida məhsullarının hər partiyasının daşıdığı risk səviyyəsinə uyğun olaraq ekspertizaları aparılır və nəticələrinə uyğun olaraq qida təhlükəsizliyi sertifikatı verilir. Sertifikatın verilməsi üçün sertifikatlaşdırılacaq məhsulun mənşə sənədi, alqı-satqı müqaviləsi, idxal ediləcək məhsula dair hesab-faktura (invoys) və idxal olunan məhsulun növündən asılı olaraq ixracatçı ölkənin səlahiyyətli dövlət qurumu tərəfindən verilmiş yeyinti məhsulunun təhlükəsizliyini təsdiq edən sənədlər tələb edilir.
Baytarlıq preparatlarının idxalına, pestisidlərin, bioloji preparatların və aqrokimyəvi maddələrin idxalına dair tələblər də müəyyənləşib:
- Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmış, sertifikatlaşdırılmış, qeydiyyat şəhadətnaməsinə malik və keyfiyyət sertifikatı (şəhadətnaməsi) ilə təmin edilmiş baytarlıq preparatlarının idxalına icazə verilir.
- Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən dövlət qeydiyyatına alınmış, istifadəsinə icazə verilmiş preparatlar siyahısına daxil edilmiş, mənşəyi və keyfiyyəti barədə sertifikatları olan və müvafiq qaydada qablaşdırılmış və etiketləşdirilmiş pestisidlər və bioloji preparatların idxalına icazə verilir.
QTA bəyan edir ki, əhalinin sağlam qida məhsulları ilə təmin olunması üçün daxili və beynəlxalq bazarlarda istehlakçıların ehtiyaclarına cavab verən yüksək keyfiyyətli və təhlükəsiz məhsulların idxalı əsas amillərdən biridir.
Görünən odur ki, bu günə kimi sözügedən sahəyə nəzarət edən və bu funksiyaları yerinə yetirən Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi üzərlərinə düşən öhdəlikləri yerinə yetirə bilməyiblər. Bunun nəticəsidir ki, bu sahəyə nəzarət edəcək ayrıca qurum yaradılıb və bütün səaliyyətlər həmin quruma verilib. Görəsən, yeni qurum həmin missiyanı yerinə yetirə biləcəkmi?
Məsələylə bağlı bağlı fikirlərini “Reytinq”lə bölüşən ADP sədrinin müavini, həkim-ekspert Həsrət Rüstəmov deyib ki, yeni dövlət qurumlarının yaranması ilə problemləri həll etmək ənənəsi bu hakimiyyətin təcrübəsində əvvəllər də olub və problemi həll etmək əvəzinə, bürokratik zənciri daha da uzadıblar. Bu səbəbdən də, müsahibimizin yeni yaranmış qurumun effektiv olacağına inamı azdır:
“Təbii ki, istənilən sahənin effektiv idarə olunmasında təkcə mexanizmlər deyil, həm də kadrlar, insan potensialı mühüm rol oynayır. Yəni bir normal təfəkkürə malik rəhbər və bacarıqlı heyət olarsa, bu və ya digər sahədə irəliləyişə nail olmaq mümkündür. Amma iqtidarın kadrları bu perspektivi də şübhə altında qoyur.
Digər tərəfdən, qida təhlükəsizliyinin özü bir problem kimi ağır, ciddi və məsuliyyətli sahədir. Bu sahəyə kənardan müdaxilə cəhdləri, formalaşmış və möhkəmlənmiş problemin həllini daha da çətinləşdirir. Bir sözlə, qida təhlükəsizliyi kimi mühüm məsələni formal olaraq yeni bir qurum yaratmaqla həll etmək mümkün deyil. Bunun üçün çox iş görmək lazımdır. Bu işləri görərkən bürokratik əngəllərin aradan qaldırılması, yeni qurumlar yaranarkən, köhnə aparatların ləğvi də nəzərdə tutulmalıdır”.
Altay Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin sədri, əmtəəşünas Elçin Bayramlı isə fikirlərini “Reytinq”lə bölüşərkən ilginc məqamlara toxunub. Müsahibimiz öncə qida sahəsinə nəzarətlə bağlı ciddi boşluqların olduğunu bildirib. Onun sözlərinə görə, rəsmi məlumatlara əsaslansaq, guya ölkəyə gətirilən məhsullar gömrükdə laboratoriyalarda yoxlanılırdı:
“Düzü, mən buna inanmıram. Əgər bu cür yoxlamalar olsaydı, məhsulların gigiyenik fitosanitar və kimyəvi tərkibi ilə bağlı hansısa məlumatlar verilərdi. Halbuki son dövrlərə qədər belə məsələ ilə bağlı hansısa rəsmi məlumata rast gəlinməmişdi. Ona görə də düşünürəm ki, heç biri yoxlanılmır, heç elə bir texniki imkan da yoxdur. Çünki bu, çox çətin işdir. Minlərlə növ məhsul var. GMO-nu yoxlamaq da çətindir. Bunun üçün müvafiq laboratoriya yoxdur. Bunu yoxlamaq vaxt cəhətdən də çətindir.
Qida Təhlükəsizliyi Agentliyi sərhəddə güclü və böyük müasir laboratoryalar qurmalı, bütün məhsullar yoxlanmalıdır. Əks halda, ermənilər istənilən zəhərli malları ölkəmizə göndərib kütləvi qırğınlar təşkil edə bilərlər”.
Ekspert ölkənin qida bazarında və qida emalı sahəsindəki problemlərə diqqət çəkərək, hazırda vəziyyətin kritik həddə olduğunu bildirib. Onun sözlərinə görə, yaranmış kritik vəziyyətdən ya cəmiyyətin xəbəri yoxdur, ya da təhlükəni anlamır:
“Azərbaycanın istehlak bazarında qida adına bir dənə də normal məhsul yoxdur. Əksər qidaların, xüsusilə də tərəvəzlərin geni modifikasiya olunub. Bu məhsullar da insanın DNK-sını dəyişir. Həmin məhsullara siçovul genindən tutmuş hər şey vururlar. Ona görə də, bunu qlobal terror kimi qiymətləndirirəm. Biz bu qlobal terrordan özümüzü qoruya bilmirik”.
Onkoloji xəstəliklərin artdığını bildirən E. Bayramlının sözlərinə görə, Türkiyədə ekspertlər hesablayıb ki, əhalinin 35 fazi hepatit, 30 fazi şəkər, 30 faizi də xərçəng xəstəsidir: “Bu aqibət tezliklə bizi də gözləyir. Hazırda iki istiqamətdə terror gedir.
Birincisi, emal sənayesi məhsullarıdır. Bu məhsullar qida deyil, tullantıdır. Qida - təbiətdə yetişən və birbaşa süfrəyə gətirilən, genetik dəyişikliyə uğramamış, konservant əlavə edilməmiş natural məhsullara deyilir.
Amma bizim bazarlarda satılan tərəvəzlərin 90 faizindən çoxu GMO-dur.
Meyvələrin də 70 faizi artıq “həll olunub”. Bu məhsulların tərkibində konserigen var ki, bu, xərçəng xəstəliyinin törədicisidir.
Çörəyə vurulan ultrakimyəvi maya var ki, dəhşətli dərəcədə konserigendir”.
Nəzərə çatdıraq ki, heyvan mənşəli qida məhsullarının istehlakı qida zəncirinin yüksək risk dərəcəsinə malik olan sahəsidir. Bu məqsədlə əhalinin sağlam ət məhsulları ilə təmin olunması üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə və gigiyenik normalara uyğun fəaliyyətinin təşkili vacib şərtlərdəndir. Bununla əlaqədar olaraq Qida Təhlükəsizliyi Agentliyi müasir standartlara cavab verən qida təhlükəsizliyi nəzarəti məntəqələrinin formalaşdırılması istiqamətində işləri davam etdirir.
Hazırda Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ölkə üzrə mövcud olan 111 Baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının bazasında monitorinqlər, maddi-texniki bazanın yaxşılaşdırılması və ixtisaslı kadrların cəlb edilməsi işləri həyata keçirilir. Həmin laboratoriyaların 31-i Bakı şəhərində, digərləri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir.
Aparılan ilkin monitorinqlər və təkmilləşdirmə işləri nəticəsində onlardan 39-nun fəaliyyəti qənaətbəxş hesab olunub və onların bazasında Qida təhlükəsizliyi nəzarəti məntəqələri yaradılıb. Həmin məntəqələrin bazasında qalan digər Baytarlıq-sanitariya ekspertiza laboratoriyalarının da maddi-texniki bazasının yaxşılaşdırılması, avadanlıq və ləvazimatlarla təmin olunması, infrastruktur və digər zəruri tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Qeyd olunan təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra həmin məntəqələr də tam gücü ilə fəaliyyətə başlayacaq.
Qeyd edək ki, qida təhlükəsizliyi nəzarəti məntəqələrində kəsim üçün nəzərdə tutulan heyvanlara ilkin baxışdan başlayaraq bakterioloji müayinələrə qədər heyvanların kliniki baxışı, termometrik və orqanoleptik müayinəsi, habelə süd və süd məhsullarının, quşçuluq və arıçılıq məhsullarının müayinəsi aparılacaq.
H. Rüstəmov nəzərə çatdırıb ki, heyvan mənşəli qida məhsullarının istehlakı ciddi məsələdir və buna həssas yanaşmaq lazımdır. Onun sözlərinə görə, ət, süd, yağ və digər məhsulların satışına nəzarət elə həyata keçirilməlidir ki, insan sağlamlığına zərərli olan mallar insanların süfrələrinə gedib çıxmasın: “İndi bu sahəyə nəzarəti də yeni agentliyə veriblər. Belə çıxır ki, bu qurum əvvəl adıçəkilən sahələrlə məşğul olan müvafiq komitə və nazirliklərin səlahiyyətlərini həyata keçirəcək. Hansı qarantiyalı mexanizm və ya yeni bir kodeks var ki, bu qurum əvvəlkilərdən yaxşı fəaliyyət göstərsin? Məncə, bu, yoxdur. Bir problemi həll etmək üçün maneələri aradan qaldırmaq lazımdır. Yeni yarandılmış hər yeni qurum isə sahibkarlara, istehsalçılara çox böyük ehtimalla yeni problemlər yaradacaq. Ərzaq məhsullarına nəzarət, idxal olunan məhsulların keyfiyyət məsələsində nəzarəti gücləndirmək üçün yeni komitəyə gərək yoxdur, sadəcə, bu sahədə şəffaflığı artırmaq, ictimaiyyətə bu qurumların qapılarını açmaq lazımdır. Bürokratik əngəllər istehsalçının və ticarətçinin işini çətinləşdirəcək və güman ki, məhsullar bahalaşacaq. Əksinə, nazirlik və komitələrin sayı azaldılmalı, bir-birini təkrarlayan qurumlar ləğv edilməlidir. Qurumların effektiv işləməsi üçün ciddi struktur islahatları aparılmalı, hökumətin işində şəffaflıq artırılmalı, məmurun iqtisadi cəhətdən asılılığı azaldılmalı və ölkədə ədalətli, müstəqil məhkəmə formalaşdırılmalıdır”.
Mütəxəssis Elçin Bayramlı da kənd təsərrüfatı, eləcə də heyvan mənşəli məhsulların satışına nəzarət məsələsinə toxunub. Onun fikrincə, bu sahədə vəziyyət acınacaqlıdır. Qanunvericiliyə görə, genetikası modifikasiya olunmuş (GMO) kənd təsərrüfatı məhsullarının əkini, becərilməsi, ölkəyə gətirilməsi, satışı qadağandır: “Amma bu qanuna əməl olunmur. Ölkəyə istənilən qədər GMO məhsul gətirilir, istənilən qədər əkilir və satılır.
Bu gün süd, yağ bazarında faciəvi vəziyyətdir. Fabriklərin emal etdiyi süd homogenizə prosesindən keçir. Qəflətən temperaturu 170 dərəcəyə qaldırır, həmin an palma yağını ona püsgürdürlər. Tez bir zamanda da dondururlar. O zaman bərkliyini qoruyur və kərə yağına oxşayır. Bu zaman orada təhlükəli konserigen maddə yaranır. Ona görə də bu gün Azərbaycan bazarında normal kərə yağı yoxdur. Hamısı palma yağları, bitki yağları, müxtəlif kimyəvi madələrlə düzəlib.
Əmtəəşünasın fikrincə, 22 litr süddən bir kq kərə yağı əmələ gəlir. Əgər süd yüksək yağlılıqda deyilsə, 30 litrdən əmələ gəlir:
“Südün litri 1 manatdır, o zaman bazardakı qiymətlərlə tutuşdurub özünüz qənaətə gəlin. Üstəlik, bu südlərə saxlama müddətini artırmaq üçün dərmanlar vurulur ki, bu da ciddi fəsadlara yol açır. Bu səbəbdən hesab edirəm ki, ət, süd, yağ və sair qida məhsullarının emalına da, satışına da ciddi nəzarət olmalıdır”.
E. Bayramlı sonda “hər halda, ümid edək ki, Qida Təhlükəsizliyi Agentliyi bu işin öhdəsindən gələ biləcək. Əgər tezliklə bu terrorun qarşısı alınmasa, ölkəəhalisi dəhşətli vəziyyətlə üz-üzə qala bilər”,- deyib.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
Dünən, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Dünən, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
23-06-2025, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
23-06-2025, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
23-06-2025, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
23-06-2025, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
23-06-2025, 14:23
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
23-06-2025, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
23-06-2025, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir