00:39 / 25-06-2025
NATO: Ukraynada 250 min rus hərbçisi həlak olub
00:29 / 25-06-2025
Orban: Dörd ölkə Zelenskini NATO sammitində görmək istəmir
00:17 / 25-06-2025
İranın nüvə proqramını məhv edə bilməyiblər
00:03 / 25-06-2025
16 yaşlı qızı qaçıran axund işdən çıxarılıb
19:40 / 24-06-2025
“Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı olub - Fotolar
19:25 / 24-06-2025
Milyarderin övladını "ChatGPT" tərbiyə edir
19:17 / 24-06-2025
Vardanyan yenidən hakim qarşısına çıxarılıb - Fotolar
19:09 / 24-06-2025
İqtisadi Şuranın iclası keçirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib
18:01 / 24-06-2025
Qadın sərnişinlərə əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
17:50 / 24-06-2025
Abşeronda küçə iti nənə və nəvəyə hücum edib
17:45 / 24-06-2025
Tramp: "Ümid edirəm ki, Rusiya ilə sövdələşə biləcəyik"
17:25 / 24-06-2025
Azərbaycanla Çin arasında viza ləğvi nə vaxtdan qüvvəyə minir? - Açıqlama
17:04 / 24-06-2025
Jurnalistlərin həbs müddəti uzadılıb
17:03 / 24-06-2025
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
16:59 / 24-06-2025
Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"
16:26 / 24-06-2025
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
16:19 / 24-06-2025
Qəzzada daha 84 fələstinli həyatını itirib
16:09 / 24-06-2025
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
16:02 / 24-06-2025
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
15:50 / 24-06-2025
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
14:50 / 24-06-2025
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
14:42 / 24-06-2025
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
14:24 / 24-06-2025
QHT-lərə nəzarət artırılır
14:12 / 24-06-2025
Prezident şirkət sədrini qəbul edib
14:08 / 24-06-2025
“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir
14:06 / 24-06-2025
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
13:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

19:12 / 23-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Hökumətimiz inhisarçılara məğlub olub - Ekspert
Tarix: 22-07-2018 09:06 | Bölmə: Slayd

Yeni dövlət qurumunun haqsız rəqabətlə ciddi mübarizə apara biləcəyi şübhə doğurur
Əlverişli biznes mühitinin yaradılmasında hökumətin aparıcı rolunun daha da gücləndirilməsi sahəsində bir sıra ölkələrin qanunvericiliyi araşdırılıb və nəticədə "Azərbaycan Respublikasının Rəqabət Agentliyinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin fərman layihəsi hazırlanıb.
Bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib. Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.
Sənəddə qeyd edilir ki, ölkədə biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı Komissiya çərçivəsində Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb.
"Səmərəli vergi sisteminin təşviq edilməsi istiqamətində araşdırmalar aparılıb. Dövlət xidmətlərinin çevikliyi və səmərəliliyinin artırılması məqsədilə "Dövlət xidmətlərinin təşkilində DATA analizi”, "Açıq hökumət məlumatlarından istifadə edilməsi” və "Elektron hökumət həlləri” kimi araşdırmalar aparılıb. Bu zaman bir sıra ölkənin təcrübəsi öyrənilib, eyni zamanda, Dünya Bankının "Dövlət orqanlarının fəaliyyətinin ölçülməsində "Yaxşı idarəçilik” prinsipləri: şəffaflıq, səmərəlilik, cavabdehlik və effektivlik” prinsipləri təhlil edilib. Dövlət xidmətlərinin təşkilində "Açıq hökumət məlumatları”ndan istifadə, qabaqcıl texnologiyaların və elektron həllərin tətbiqi ilə bağlı araşdırmalar aparılıb, səfərlər təşkil edilib. Azad ticarət sazişlərinin bağlanması məqsədilə bir sıra ölkənin təcrübəsi öyrənilib, həmin ölkələrin bağladığı analoji sazişlər və onların ticarətə qarşılıqlı təsiri ətraflı təhlil edilib. 31 oktyabr 2017-ci il tarixində Bakı şəhərində "Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında preferensial ticarət sazişinin imzalanmasına dair Anlaşma Memorandumu” imzalanıb. Texniki tənzimləmə və milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğun formalaşdırılması məqsədilə müvafiq qanun layihələri hazırlanıb", - deyə məlumatda vurğulanıb.
Maraqlıdır, görəsən, yeni yaradılan Rəqabət Agentliyi ölkə iqtisadiyyatına nə verəcək? Ölkədə rəqabət mühiti yaradıb, inhisarçılığı aradan qaldıra biləcəkmi?
Təkamül Patiyasının sədri, iqtisadçı-alim Teyyub Əliyev “Reytinq”ə deyib ki, son illər Azərbaycan iqtisadiyyatının inkişafının sürətləndirilməsi, bu sahədəki problemlərin aradan qaldırılması məqsədi ilə Milli Məclisdə mütəmadi olaraq müzakirələr aparılıb. Bu müddət ərzində müxtəlif təkliflər irəli sürülüb, bir neçə Strateji Yol xəritələri, Prezident fərmanları qəbul edilib, bir sıra yeni dövlət qurumları yaradılıb. Ancaq bu müzakirələrin, qəbul edilmiş Strateji Yol xəritələrinin, yaradılmış yeni qurumların ölkənin iqtisadi inkişafına əsaslı şəkildə təsiri hələlik hiss olunmur:
“Bəzi dövlət qurumlarının, xüsusilə də Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyəti isə bir çox istiqamətlərdə əks nəticələr verib. Səbəblərdən biri kimi eyni istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının mövcud olmasına baxmayaraq, yenilərinin yaradılması, buna görə də onların açıq və ya gizli şəkildə bir-birinin fəaliyyətinə maneələr törətməsini göstərmək olar.
Məlumdur ki, uzun müddət Rəqabət Məcəlləsinin qəbul edilməsinin zəruriliyi müzakirə olunub. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə rəqabət mühitinin təkmilləşdirilməsi prioritet istiqamətlərdən biri olaraq təsbit edilib və Rəqabət Məcəlləsinin qəbulu qarşıya məqsəd kimi qoyulub. Bu məqsədlə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində Rəqabət Məcəlləsi layihəsi hazırlanıb və müzakirəyə çıxarılıb.
KİV-də yayılan məlumatlara görə, əlverişli biznes mühitinin yaradılmasının təmin edilməsi üçün Azərbaycan Respublikasının Rəqabət Agentliyinin yaradılması nəzərdə tutulur”.
T. Əliyev hesab edir ki, Rəqabət Məcəlləsinin tezliklə qəbulu məqsədəuyğundur. Ancaq bir sıra hallarda Azərbaycan qanunlarına riayət edilmədiyini əsas götürsək, yeni Məcəllənin də müddəalarının lazımınca həyata keçiriləcəyinə inanmaq olmur. Məsələn, 4 mart 1993‐cü ildə “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu (№ 526) qəbul edilib və qüvvədədir. Qanunun bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri‐qanuni fəaliyyətinə aid "Təsərrüfat subyektlərinin inhisarçılığı" adlanan 8-ci madəsinnin 3-cü bəndində "... digər təsərrüfat subyektlərinin bazara daxil olmasına və ya bazarı tərk etməsinə əsassız maneələr yaradılması" rəqabətin məhdudlaşdırılması və inhisarçılıq hesab edilir. Həmin qanunun "Maliyyə‐kredit inhisarçılığı" adlanan 9-cu maddəsinin 2-ci bəndində "... kommersiya bankları arasında vahid faiz dərəcəsi siyasəti yeritmək haqqında sazişlər bağlanması" da (bu gizli şəkildə həyata keçirilsə də, hər kəsə gün kimi aydındır) maliyyə‐kredit təşkilatlarının rəqabətin məhdudlaşdırılmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri‐qanuni fəaliyyəti hesab edilir və s.
Ekspert daha sonra qanunvericiliyə əməl olunmaması ilə bağlı problemə də toxunub. Onun fikrincə, qanunlar olsa da, ona əməl edən yoxdur:
“Qanunun 14 və 15-ci maddələri inhisarçılıq fəaliyyətinin məhdudlaşdırılması və inhisarçılıq fəaliyyətinin aradan qaldırılması üçün müvafiq icra hakimiyyəti orqanlarına lazımı səlahiyyətlər verir. İndiyədək qeyd edilən qanunun hansı maddələrinə əməl edilib ki? Bunun nəticəsi deyilmi ki, ölkə iqtisadiyyatının bütün sahələrində inhisarçılıq mövcuddur, azad rəqabətə yer yoxdur?!
İqtisadiyyat Nazirliyi nəzdində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nə ilə məşğuldur? İnhisarçılıqla, haqsız rəqabətlə mübarizə aparmalı olan bu qurum mövcud ola-ola yeni Rəqbət Agentliyinin yaradılması nəyi dəyişəcək?”
İqtisadçı-alim hesab edir ki, Rəqabət Məcəlləsinin qəbulu tezləşdirilməli, onun maddələrində nəzərdə tutulacaq istiqamətlərə nəzarətin həyata keçirilməsi Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə (hüquqları genişləndirilərək) həvalə edilməlidir. “Ancaq bununla da Azərbaycanda azad rəqabət mühitinin formalaşacağına ümid etmirəm. Nə qədər ki, Azərbaycanda qanunlara zidd olaraq məmur sahibkarlığı mövcuddur, inhisarçılığı aradan qaldırmaq, iqtisadiyyatda azad rəqabət mühitini formalaşdırmaq çətin olacaq”,- deyə T.Əliyev sözlərini tamamlayıb.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
Dünən, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Dünən, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
23-06-2025, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
23-06-2025, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
23-06-2025, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
23-06-2025, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
23-06-2025, 14:23
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
23-06-2025, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
23-06-2025, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir