00:39 / 25-06-2025
NATO: Ukraynada 250 min rus hərbçisi həlak olub
00:29 / 25-06-2025
Orban: Dörd ölkə Zelenskini NATO sammitində görmək istəmir
00:17 / 25-06-2025
İranın nüvə proqramını məhv edə bilməyiblər
00:03 / 25-06-2025
16 yaşlı qızı qaçıran axund işdən çıxarılıb
19:40 / 24-06-2025
“Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı olub - Fotolar
19:25 / 24-06-2025
Milyarderin övladını "ChatGPT" tərbiyə edir
19:17 / 24-06-2025
Vardanyan yenidən hakim qarşısına çıxarılıb - Fotolar
19:09 / 24-06-2025
İqtisadi Şuranın iclası keçirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib
18:01 / 24-06-2025
Qadın sərnişinlərə əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
17:50 / 24-06-2025
Abşeronda küçə iti nənə və nəvəyə hücum edib
17:45 / 24-06-2025
Tramp: "Ümid edirəm ki, Rusiya ilə sövdələşə biləcəyik"
17:25 / 24-06-2025
Azərbaycanla Çin arasında viza ləğvi nə vaxtdan qüvvəyə minir? - Açıqlama
17:04 / 24-06-2025
Jurnalistlərin həbs müddəti uzadılıb
17:03 / 24-06-2025
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
16:59 / 24-06-2025
Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"
16:26 / 24-06-2025
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
16:19 / 24-06-2025
Qəzzada daha 84 fələstinli həyatını itirib
16:09 / 24-06-2025
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
16:02 / 24-06-2025
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
15:50 / 24-06-2025
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
14:50 / 24-06-2025
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
14:42 / 24-06-2025
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
14:24 / 24-06-2025
QHT-lərə nəzarət artırılır
14:12 / 24-06-2025
Prezident şirkət sədrini qəbul edib
14:08 / 24-06-2025
“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir
14:06 / 24-06-2025
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
13:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

19:12 / 23-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Ölkənin baş bankiri xalqı aldadır
Tarix: 23-07-2018 17:16 | Bölmə: Slayd

2020-ci ildən Azərbaycanda tam üzən məzənnə rejimi tətbiq olunacaq. Bu barədə "Azərbaycan Respublikasında kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti"nin 2017-ci il üzrə illik monitorinq və qiymətləndirmə hesabatında qeyd edilib.
Monitorinq və qiymətləndirmə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfindən hazırlanıb.
Sənəddə qeyd edilir ki, əsas icraçı qurum olan Mərkəzi Bank tam üzən məzənnəyə keçid üçün istehlak səbətində idxalın əvəzlənməsi barədə tədbirlər planının hazırlanması ilə bağlı 2017-ci il üçün nəzərdə tutulan tədbiri qismən icra edib. Tədbirlər planı tam hazır edilmədiyindən Maliyyə Sabitliyi Şurası ötən il bu sənədi təsdiq edə bilməyib.
Hesabatda bildirilir ki, Mərkəzi Bank bu il üçün tam üzən məzənnəyə keçidlə bağlı tədbirlər planının icrasına başlamalıdır. Bu istiqamət üzrə əsas icraçı orqan olan Mərkəzi Bank tərəfindən 2019-cu ildə tam üzən məzənnə rejiminə keçid üçün tədiyyə balansında və istehlak səbətində idxalın xüsusi çəkisinin GZİT təhlilinin aparılması və tam üzən məzənnə rejiminə keçidin müddətləri müəyyənləşdirilməlidir. 2020-ci ildən isə Mərkəzi Bank tam üzən məzənnəyə keçidi təmin etməlidir.
Qeyd olunur ki, Mərkəzi Bank "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”ndə 2017-ci ildə nəzərdə tutulan tədbirləri 69 faiz icra edib.

Tanınmış iqtisadçı Natiq Cəfərli isə “Reytinq”ə deyib ki, istər Mərkəzi Bankın, istərsə də digər qurumların üzən məzənnə ilə bağlı səsləndirdikləri fikirlərin heç bir əsası yoxdur. Onun sözlərinə görə, Azərbaycanda bank-maliyyə sektoru da, pul siyasəti də, məzənnə də inzibati qaydada formalaşır və hər hansı üzən məzənnə yoxdur:
“Düz, 3 ildir Mərkəzi Bankla vuruşuram, faktlarla sübut edirəm ki, bizdə üzən məzənnə yoxdur, ola da bilməz.
Mərkəzi Bank bildirir ki, 2020-ci ildə üzən məzənnə rejiminə keçəcəklər. Nəhayət etiraf etdilər ki, bizdə üzən-müzən məzənnə yoxdur, sırf inzibati, əmrlə təyin olunan məzənnə rejimidir. İndiki sistemdə 2020-ci ildə də üzən məzənnəyə keçid mümkün deyil. Elman Rüstəmova bunu ya öz dilində, ya da hamının başa düşəcəyi sadə dildə canlı debatda sübut edə bilərəm”.
N. Cəfərlinin sözlərinə görə, 2015-ci ildə Mərkəzi Bank elan etmişdi və hər il israrla hesabat açıqlayırdı ki, Azərbaycanda tam üzən məzənnə rejimi oturuşub, yəni tam üzən məzənnə rejiminə keçid baş tutub:
“Çox qəribədir, indi məlumat yayılır ki, hələ 2020-ci ildən sonra oturuşmuş üzən məzənnə rejiminə keçid baş verəcək. Bu, artıq suallar doğurur: Mərkəzi Bank 2015-ci ildən bəri ictimaiyyətə doğru məlumat verməyib, biz ekspertlər isə üzən məzənnə rejiminin olmadığını deyəndə, bunu təkzib edirdirlər. Amma indi 2020-ci ildən sonra üzən məzənnəyə keçidlə bağlı açıqlamalar verilir”.
Ekspert nəzərə çatdırıb ki, üzən məzənnə rejimi üçün institutsional dəyişikliklər, bazar oyunçularının sayının çoxluğu lazımdır. Onun qənaətincə, Azərbaycanda valyuta satan bir oyunçu var - Neft Fondu. O da Mərkəzi Bank vasitəsilə həftədə iki dəfə formal hərrəclarda valyuta satır: “Alıcılar da bəllidir, 29-30 bank var ki, hər dəfə hamısı iştirak edir, o valyutanı alır. Öncədən hərracda da valyutanın həcmi bəlli olur. Yəni alıcıların sayı da, həcmi də bəllidir. Belə məzənnə rejimi olmur. Yəni bunun üçün valyuta alan, satan minlərlə oyunçular lazımdır. Məsələn, Rusiyada rubl çoxdandır üzən məzənnə rejimindədir və gün ərzində 11 mindən çox iqtisadi oyunçu valyuta alqı-satqısında onlayn qaydada iştirak edir və rublun məzənnəsi saniyə ərzində tələb və təklif qanunlara və yaxud da iqtisadi siyasi konyukturaya uyğun olaraq dəyişir - ya artır, ya azalır.
Türk lirəsi də eyni qaydadadır. Bu, gözümüzün qarşısında olur. Türkiyə iqtisadiyyatı ilə bağlı internet saytlarında bunu izləmək olur. Türk lirəsi də onlayın rejimdə ya bahalaşır, ya da ucuzlaşır. Yəni üzən məzənnə rejimi üçün oyunçu sayının çoxluğu və onlayın formaların olması çox vacibdir. Türkiyədə 50 minə yaxın iqtisadi oyunçu gün ərzində valyuta əməliyyatlarında iştirakçı olur.
Azərbaycanda isə valyuta satan bir oyunçu, alan 29-30 bank var. Belə bir sistemdə üzən məzənnə rejiminə nəinki 2020-ci ildə, hətta 2100-ci ildə keçmək mümkün deyil. Sistem dəyişiklikləri olmasa, oyunçuların sayı artmasa, iqtisadiyyatda liberallaşma, bazar iqtisadiyyatı qaydaları, valyuta birjasının oturuşması, onlayın qaydada alış-verişin təşkili - bu platformalar olmasa, üzən məzənnə rejiminə keçid 2020-ci ildə də mümkün olmayacaq”.
N. Cəfərli qeyd edib ki, üzən məzənnəyə keçid üçün liberal bazar iqtisadiyyatı, qiymətli kağızlar bazarı və onlayn qaydada valyuta birjası olmalı, intenet üzərindən platformlar yaradılmalı və bazar oyunçularının sayı artırılmalıdır. “Yəni valyuta əməliyyatlarını, alqı-satqını həyata keçirən şirkətlər, hüquqi şəxlsər yaranmalıdır. İndi bunun əsası Azərbaycanda yoxdur. Azərbaycanda valyuta gətirən şirkətlərin sayı barmaqla sayılası qədərdir. Bunlar da əsasən SOCAR və onun törəmə şirkətləridir. SOCAR-ın özünün də valyuta ehtiyatları kifayət qədər böyükdür. Amma qazandığı valyutanın böyük hissəsini kredit borclarının faizlərinə və onun bağlanmasına yönəldir. Yəni gələcəkdə belə birjaya valyuta çıxarıb satası deyil. Ona görə, belə iqtisadi qaydalar oturuşmasa, bazar oyunçularının sayı çoxalmasa, Mərkəzi Bankın inzibati müdaxiləsi olmadan alış-satışın həyata keçməsi baş tutmasa, üzən məzənnə rejiminə keçid sözlərdən ibarət olacaqdır. Bu isə, reallıqda təəssüf ki, öz əksinin tapmayacaq .
Məntiqlə Mərkəzi Bank üzən məzənnə rejiminə keçiddə maraqlı olmalıdır. Çünki üzən məzənnə rejimi Mərkəzi Bankın ehiyatlarına da müsbət təsir göstərə bilər. Yəni bundan sonra Mərkəzi Bank öz ehiyatlarını valyutanın inzibati qaydada tənzimlənməsinə xərcəlməyəcək. Amma Mərkəzi Bank da anlayır ki, bazarda oyunçuların sayının az olması, ümumiyyətlə, infrastrukturun, Azərbaycan iqtisadiyyatının üzən məzənnə rejiminə hazır olmaması buna imkan vermir. Mərkəzi Bank bunu açıqlamasa da, hamıdan yaxşı bilir. Ona görə də, keçidi bu qədər yubadır. Əslində, Azərbaycan əhalisində üzən məzənnəyə keçidlə bağlı fikirlər manatın ucuzlaşcağı ilə bağlı fikirlərlə paralel formalaşıb. Yəni üzən məzənnə o deməkdir ki, manat ucuzlaşacaq. Mənə elə gəlir, bu, cəmiyyətə və iqtisadiyyata psixoloji hazırlıqdır ki, manatın uzun zamandır, artıq bir ildən çoxdur inzibati qaydada dollar qarşısında məzənnəsi sabitdir. Amma bu, gələn il və yaxud 2020-ci ildə məzənnənin dəyişmə ehtimalının yüksək olduğunun ilkin işartılardır. Mənə elə gəlir ki, bu, psixoloji olaraq cəmiyyəti də, iqtisadi oyunçuları da, iqtisadiyatı da hazırlamaq məqsədi daşıyır”,- deyə N.Cəfərli fikrini tamamlayıb.

İqtisadçı Samir Əliyev də hesab edir ki, üzən məzənnəyə keçidlə bağlı səslənən fikirlərin elmi əsası yoxdur. Onun sözlərinə görə, 2015-ci ilin dekabr ayında verilmiş və manatın məzənnəsinin valyuta bazarında tələb-təklif əsasında formalaşmasını nəzərdə tutan qərarı doğru hesab etmir:
“O dövrdə də bunun mümkün və məsləhət olmadığını qeyd etmişdik. Sonrakı proseslər bu fikirləri təsdiq etdi və Mərkəzi Bank haqlı olaraq manatın məzənnəsini real olaraq əvvəlki qaydada müəyyənləşdirməyə başladı. Təsadüfi deyil ki, mart ayından bəri manatın ABŞ dollarına olan məzənnəsi 1,7000 səviyyəsində qalıb. Belə məzənnə ancaq fiksə olunmuş siyasətdə mövcuddur. Müqayisə üçün bildirim ki, bizimlə təxminən eyni dövrdə üzən məzənnəyə keçdiyini elan etmiş Rusiya və Qazaxıstanda milli valyutaların dollara olan məzənnəsi manatda olduğu kimi "daşlaşmış" deyil. 2018-ci ilin birinci yarım ilində Azərbaycanda 1 dolların manata olan rəsmi məzənnəsi 1,7000-1,7001 intervalında qaldığı halda, Rusiyada ABŞ valyutasının rəsmi məzənnəsi 56,9-64,1 rubl, Qazaxıstanda isə 318-343 tenge arasında dəyişib.
Azərbaycan iqtisadiyyatının neftdən asılılığı digər iki ölkə ilə müqayisədə daha yüksəkdir. Əgər bu ölkələrdə məzənnə hətta idarə olunan olsa belə, bu intervalda oynayırsa, Azərbaycanda daha sərt və qeyri-sabit ola bilər”.
S. Əliyev 2020-ci ildə də Azərbaycanda tam üzən məzənnəyə keçidi real saymır: “Nə qədər ki, iqtisadiyyatın neftdən asılılığı yüksəkdir, diversifikasiya olunmayıb, manatın Mərkəzi Bank tərəfindən inzibati qaydada tənzimlənməsi daha yaxşıdır. İqtisadi diversifikasiya isə zaman tələb edir. Bunun üçün rəqabət mühiti yaradılmalı, iqtisadi islahalar aparımalı, sahibkarlıq mühiti yaxşılaşdırılmalı, son dövlər müşahidə olunan dövlət sahibkarlığı yox, özəl sektor inkişaf etdirilməli və sahibkarlara dövlətin dəstəyi olmalıdır. Bütün bunlar sistemli yanaşmanı və dövlət idarəçiliyində struktur islahatlarını qaçılmaz edir”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
Dünən, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Dünən, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
23-06-2025, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
23-06-2025, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
23-06-2025, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
23-06-2025, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
23-06-2025, 14:23
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
23-06-2025, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
23-06-2025, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir