00:39 / 25-06-2025
NATO: Ukraynada 250 min rus hərbçisi həlak olub
00:29 / 25-06-2025
Orban: Dörd ölkə Zelenskini NATO sammitində görmək istəmir
00:17 / 25-06-2025
İranın nüvə proqramını məhv edə bilməyiblər
00:03 / 25-06-2025
16 yaşlı qızı qaçıran axund işdən çıxarılıb
19:40 / 24-06-2025
“Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı olub - Fotolar
19:25 / 24-06-2025
Milyarderin övladını "ChatGPT" tərbiyə edir
19:17 / 24-06-2025
Vardanyan yenidən hakim qarşısına çıxarılıb - Fotolar
19:09 / 24-06-2025
İqtisadi Şuranın iclası keçirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib
18:01 / 24-06-2025
Qadın sərnişinlərə əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
17:50 / 24-06-2025
Abşeronda küçə iti nənə və nəvəyə hücum edib
17:45 / 24-06-2025
Tramp: "Ümid edirəm ki, Rusiya ilə sövdələşə biləcəyik"
17:25 / 24-06-2025
Azərbaycanla Çin arasında viza ləğvi nə vaxtdan qüvvəyə minir? - Açıqlama
17:04 / 24-06-2025
Jurnalistlərin həbs müddəti uzadılıb
17:03 / 24-06-2025
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
16:59 / 24-06-2025
Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"
16:26 / 24-06-2025
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
16:19 / 24-06-2025
Qəzzada daha 84 fələstinli həyatını itirib
16:09 / 24-06-2025
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
16:02 / 24-06-2025
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
15:50 / 24-06-2025
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
14:50 / 24-06-2025
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
14:42 / 24-06-2025
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
14:24 / 24-06-2025
QHT-lərə nəzarət artırılır
14:12 / 24-06-2025
Prezident şirkət sədrini qəbul edib
14:08 / 24-06-2025
“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir
14:06 / 24-06-2025
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
13:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

19:12 / 23-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Sahil Babayev və təcrübəsiz komandası nazirlikdə narazılıq yaradıb
Tarix: 30-07-2018 12:05 | Bölmə: Slayd

ƏƏSMN-in yeni rəhbəri vakant vəzifələri dövlətdən gizlədir və dövlət qulluqçuları qanunsuz olaraq işdən qovulur; Anar Əliyev yeni naziri iki qurumla üz-üzə qoyub
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev artıq bir neçə dövlət qurumu ilə yanaşı, rəhbərlik etdiyi nazirlikdə də ciddi narazılıqla üzləşib.
“Reytinq”ə verilən məlumata görə, təyinatından 3 ay ötən yeni nazir Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mərkəzi aparatı və strukturlarına daxil olan qurumlarda indiyədək 100-dən çox şəxsi vəzifədən uzaqlaşdırıb:
“Düzdür, bunların arasında vəzifədən getməyi haqq edənlər də kifayət qədərdir. Elə nazirliyin sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin, Səlim Müslümovun əmisi oğlu, nazirin müşaviri Yalçın Müslümovun, bacısının həyat yoldaşı olan DSMF-nin Nəsimi şöbəsinin müdiri Əsgər Əsgərovun, dayısının kürəkəni olan Əmək müfəttişliyinin rəisi Fuad Əlizadənin, həmçinin ƏƏSMN-in Daxili nəzarət, Kadrlarla bağlı şöbə müdirlərinin və daha bir neçə şəxsin işdən çıxarılması ictimaiyyətin böyük kəsimi kimi, daxildə də alqışlandı. Lakin keçmiş zabit Sahil Babayevin “ayaq səsləri”nin vahiməsi bundan o yana gedə bilmədi. O, nazirlikdə “güclü şəxslərə” nəinki nüfuz etməyi bacardı, əksinə, kənardan nazirliyə gətirdiyi təcrübəsiz kadrlarla “qaş düzəltdiyi yerdə, göz çıxarmağa” başlayıb”.
Yüksək vəzifələri kimlər icra edir?
Nazirlikdən verilən məlumata görə, aprelin 21-də nazir təyin edilən Sahil Babayev hələ bu gündək Aparat rəhbəri başda olmaqla bir çox vəzifələrə kadr təyin edə bilməyib:
“O, Aparat rəhbəri vəzifəsini kənardan müşavir postuna gətirdiyi, hələ də ƏƏSMN-in strukturunu mənimsəməmiş Anar Əliyevə həvalə edib. Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri vəzifəsini Sabir Qocayevə, Əmək siyasəti şöbəsinin müdiri vəzifəsini Əbülfət Məhərrəmova, Daxili nəzarət şöbəsinin müdiri vəzifəsini sektor müdiri Heybət İmanova, Kadr və kadr hazırlığı şöbəsinin müdiri vəzifəsini sektor müdiri Nərmin Bayramova, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsini kənardan gətirdiyi və müqavilə ilə həmin şöbəyə müavin təyin etdiyi Fazil Talıbova həvalə edib. Nazirliyin və DSMF-nin digər çoxsaylı şöbələrində də eyni vəziyyətdir. Hətta elə anlar olub ki, nazir əvəzediciləri belə vəzifədən çıxarıb və onların da yerinə təyinat aparılmayıb. İndi elə şöbələr var ki, orada sektor müdiri həm müavin, həm də müdir vəzifələrini icra edir. Çox maraqlıdır ki, nazir boşalan və vacib vəzifələrə təyinat apara bilməsə də, kənardan nazirliyə topladığı təcrübəsiz kadrları vasitəsi ilə bir ucdan hələ də dəyişiklikləri davam etdirir”.
Bir gündə dağılan iki şöbə və işdən uzaqlaşdırılan 8 nəfər
Nazir ötən həftə mərkəzi aparatdan daha 8 nəfəri işdən çıxarıb. Bununla yanaşı, o, nazirliyin ən böyük şöbələrindən sayılan İqtisadiyyat şöbəsini də ləğv edib: “Ləğv edilən İqtisadiyyat şöbəsinin 5 əməkdaşı - 3-ü qadın, 2-si kişi olmaqla işdən çıxarıldılar. Həmin şöbə ilə yanaşı, Kadrlar şöbəsindən Leyla, Nəzrin və Xatirə adlı xanımlar da ötən gün işdən azad olundular. Bununla yanaşı, nazir yalnız ləğv edilən İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovaya yeni vəzifə verib. Hansı ki, nazirin digər əmri ilə ləğv edilmiş İqtisadiyyat şöbəsinin bazasında iki yeni şöbə - Maliyyə və icmal büdcə şöbəsi və Uçot siyasəti və Satınalmaların təşkili şöbəsi yaradılıb. Şəlalə Cəfərova da yeni yaradılan bu şöbələrdən birinə - Maliyyə və icmal büdcə şöbəsinin müdiri vəzifəsinə təyin edilib. Lakin Sahil Babayev digər yeni şöbənin müdiri vəzifəsini də boş saxlayıb”.
Mənbəmiz bildirib ki, Şəlalə Cəfərova Səlim Müslümov hələ DSMF-nin sədri olarkən irəli çəkilib.
Müşavir, Aparat rəhbəri, yoxsa...
Məlumat üçün bildirək ki, Sahil Babayevin vəzifədən müxtəlif iddia və bəhanələrlə uzaqlaşdırdığı şəxslərin çoxu dövlət qulluqçusudur: “Onların böyük əksəriyyəti məhz müşavir Anar Əliyevin təqdimatı ilə vəzifələrindən çıxarılıblar. Bəli, bu cavan oğlan, yaxud onun naziri qanunla belə şəxslərin vəzifədən kənarlaşdırılması üçün ciddi səbəb axtarmalıdır. Amma bu səbəbi tapmaq çətin olduğundan Aparat rəhbəri vəzifəsini icra edən Anar Əliyev işdən uzaqlaşdırmaq istədikləri şəxslərin bəzilərindən ilk növbədə könüllü “istefa ərizəsi” almaq istəyir. Hətta çoxlarını yeni vəzifə vədi ilə aldadıb, ərizə alıb, hətta bəzilərini təhdid ediblər. İndi bu səbəbdən hamı nazirlikdə maraqla soruşur: axı bu Anar Əliyevin vəzifəsi müşavir, Aparat rəhbəri əvəzi, yoxsa kadrlar üzrə təqdimatçıdır? Kimdir axı o? Sahil Babayevlə bunu hansı gizlinlər birləşdirir?”.
Məleykə Abbaszadəyə, yoxsa qanunlara sayğısızlıq?
Məlumata görə, aldadıqlarını sonradan anlayan bəzi işçilər artıq birgə hərəkət üçün təşkilatlanmağa başlayıblar. Onlar məhkəməyə və aidiyyatı orqanlara, həmçinin ölkə rəhbərliyinə müraciət etmək istəyirlər. Qanunsuz azad edildiklərini əsas gətirən "Dövlət qulluqçusu” statusu olan bəzi sabiqlər hesab edir ki, Sahil Babayev-Anar Əliyev tandemi son addımları ilə "Dövlət qulluğu haqqında" qanunu da kobud şəkildə pozur. Üstəlik, kənar sahələrdən ƏƏSMN-ə yeni vəzifəyə təyin edilənlərin çoxu da dövlət qulluqçusu deyil, onlar yalnız daxili müqavilələrlə işə qəbul edilib, “köhnələr” üzərində təzyiqə çevrilirlər.
Məlumtada qeyd olunur ki, S. Babayev vakant vəzifələrlə bağlı (Hansı ki, bu vəzifələrin tutulması üçün mütləq dövlət qulluqçusu status olmalıdır) indiyədək mütləq Dövlət İmtahan Mərkəzinə (DİM) məlumat verməli idi: “Lakin DİM-in son 3 gündə məmur olmaq istəyənlər üçün yaydığı rəsmi məlumatlarda göstərilən vakant vəzifə siyahılarında ƏƏSMN-dən bir vəzifə belə göstərilməyib. Bu isə o deməkdir ki, yeni nazir həm qanunları, həm də DİM-in direktoru Məleykə Abbaszadəni saymır. Açıq görünür ki, Sahil Babayev DİM-ə və qanunlara məhəl qoymadan dövlət qulluqçularını işdən qovur, üstəlik, qanuna uyğun olaraq, bu barədə vakansiya elan etmir. Bu azmış kimi, daxili müqavilələrlə kənardan gətirdikləri təcribəsiz işçiləri ƏƏSMN-ə toplayırlar. Bu gün ƏƏSMN-də belə şəxslər xeyli saydadır. Bir sözlə, indi ƏƏSMN-də bir çox vəzifələrə gətirilənlər “qalib ordunun fərariləri”ni xatırladır”.
Babayev Qurbanovun qardaşını işdən azad edə bilməyib
Məlumatlı şəxs deyir ki, hazırda nazirin bir neçə yaxını mərkəzi aparatda tez-tez görünür: “Nazirliyin qarşından keçəndə diqqət edin, 150-300 minlik maşınlar ƏƏSMN-in qarşında göz oxşayır. Onlar yeni nazirdən yeni vəzifə gözləyənlərdir. Maraqlıdır, maksimum maaşı 1000 manat olan bu vəzifələrə iddialı şəxslər nazirliyə hansı gözlə baxırlar? Axı bu maaş heç onların sürdüyü avtomobillərin aylıq yanacaq xərcini ödəməyəcək”.
Hazırda nazirlikdə bir neçə vəzifəli şəxsin də “yol üstə” olduğunu deyən mənbəmizin sözlərinə görə, bunlardan biri də ƏƏSMN yanında Tikilməkdə Olan obyektlərtin Müdriyyətinin baş direktoru Natiq Əzizovdur. Onun nazirin yaxın dostlarından biri ilə əvəz ediləcəyi bildirilir. Bundan başqa, DSMF və məşğulluq sistemində də yaxın zamanlarda yeni dəyişikliklər gözlənilir. Ən maraqlı dəyişiklik isə böyük ehtimalla ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin rəisi İlqar Qurbanovla bağlı ola bilər. O, "Azərbaycan Dövlət Dəmir Yolları" QSC-nin rəhbəri Cavid Qurbanovun qardaşıdır, 7-8 aydır səhhəti ilə bağlı işə çıxa bilmir. Nazir bir neçə dəfə onu vəzifədən azad etmək istəsə də, səhhəti ilə bağlı bülletendə olduğundan bunu həyata keçirə bilməyib.
Əlbəttə, bütün bunlar yeni nazirə əlavə problemlər də yaradacaq. Zatən nazir hazırda DİM və Səhiyyə Nazirliyi ilə konfliktdədir, digər yandan Cavid Qurbanovla da qarşıdurma yaratmaq yeni naziri çətin vəziyyətlə üzləşdirə bilər”.
Babayev digər nazirliyin səlahiyyətinə müdaxilə edir
Yeni nazirin saxta pensiya adı ilə pensiyaçılara qarşı fəaliyyəti onu Səhiyyə Nazirliyi ilə üz-üzə qoyub. Belə bir iddia ilə çıxış edən nazirlik əməkdaşının sözlərinə görə, S. Babayev iki həftə əvvəl bununla bağlı İşçi Qrupu yaradıb: “Həmin İşçi Qrup ünvanlı sosial yardımları araşdırmaqda bəlkə də tamam ilə haqlıdır. Amma onların əlil və digər pensiya hüquqlu şəxslərin sənədlərinə məhəl qoymadan araşdırmaq, hətta bu zaman bəzi xəstələrlə kobud davranmağa nə hüquqları, nə də mənəvi haqları var. Yəqin ki, bir neçə gün əvvəl saytlarda telejurnalistlərdən birinin xərçəng xəstəsi olan bacısının başına açılan oyundan xəbəriniz var. Bəli, həmin xəstəyə Əlillərin Bərpa Mərkəzindən zəng edib, çox kobud danışaraq təhdid ediblər. Deyiblər ki, dərhal mərkəzə gəlməsən, əlilliyə görə ödəniş (pensiya) dayandırılacaq. Bu fakt göstərir ki, ƏƏSMN tamamilə qanunsuz bir addım atmaqla kifayətlənməyib, eyni zamanda, digər nazirliyin saləhiyyətinə də kobud müdaxilə edib. Əvvəla, prezident İlham Əliyevin də hər dəfə dediyi kimi, heç bir məmur xəstə və ya adi vətəndaşla kobud danışa, onu təhdid edə bilməz.
İkincisi, hamı əla bilir ki, pensiya təyinatları Səhiyyə Nazirliyinin müvafiq epiqrizləri əsasında təyin edilir. Yəni bunu dəyişdirmək və ya ona düzəliş etmək səlahiyyəti də ƏƏSMN-in rəhbəri Sahil Babayevin işi deyil. ƏƏSMN yalnız onu təsdiqləməklə görəvlidir.
Üçüncüsü, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin kurasiyasında onkoloji xəstələrə aid heç nə yoxdur. Belə olan halda, təhdid dolu zənglər tamamilə qanunsuz olmaqla yanaşı, həm də hüquqi məsuliyyət yaradır.
Ancaq son həftələr xəstəlik sənədinə baxmadan belə zənglər ucdantutma çox adama edilib. Təkrar edirəm, bu, sadəcə, dərəbəylikdir, qanuni deyil və birmənalı olaraq, nazir Sahil Babayevin qanunsuz tələbindən qaynaqlanır.
Çox yaxşı olardı ki, Nazirlər Kabineti ƏƏSMN-in strukturlarında dəyişiklik edib, “VTEK”-ləri də Səhiyyə Nazirliyinin tabeliyinə versin. Əgər xəstəni xəstəxanalar müayinə edib, onunla bağlı qərar verirsə, o zaman əlillik qruplarını digər nazirliyin müəyyənləşdirməsi məntiqli deyil. Yaxşı olardı ki, bu, elə ilk andan müayinə və müalicə edən səhiyyə sisteminin kurasiyasına verilsin. Yoxsa, əvvəl-axır Sahil Babayev təcrübəsizlikdən ölkədə çox ciddi səs-küy yaradacaq”.
Son…
Son olaraq bildirək ki, işdən qanunsuz azad olunduqlarını iddia edən bir neçə nəfər “Reytinq”ə müraciət edib. Həm bu, həm də Sahil Babayevin ƏƏSMN və onun strukturlarından anlayışı olmayanları hansı səbəbdən, özü də müqavilə əsasında nazirliyə toplaması ilə bağlı araşdırmalarımız davam edəcək. O zaman S. Babayevin vakant vəzifələrlə bağlı Dövlət İmtahan Mərkəzinə niyə məlumat verməməsinin də gizlinlərini öyrənməyə cəhd edəcəyik.
Redaksiya nazirliyin də məsələyə münasibətinə yer ayırmağa hazırdır.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
Dünən, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Dünən, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
23-06-2025, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
23-06-2025, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
23-06-2025, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
23-06-2025, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
23-06-2025, 14:23
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
23-06-2025, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
23-06-2025, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir