00:39 / 25-06-2025
NATO: Ukraynada 250 min rus hərbçisi həlak olub
00:29 / 25-06-2025
Orban: Dörd ölkə Zelenskini NATO sammitində görmək istəmir
00:17 / 25-06-2025
İranın nüvə proqramını məhv edə bilməyiblər
00:03 / 25-06-2025
16 yaşlı qızı qaçıran axund işdən çıxarılıb
19:40 / 24-06-2025
“Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı olub - Fotolar
19:25 / 24-06-2025
Milyarderin övladını "ChatGPT" tərbiyə edir
19:17 / 24-06-2025
Vardanyan yenidən hakim qarşısına çıxarılıb - Fotolar
19:09 / 24-06-2025
İqtisadi Şuranın iclası keçirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib
18:01 / 24-06-2025
Qadın sərnişinlərə əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
17:50 / 24-06-2025
Abşeronda küçə iti nənə və nəvəyə hücum edib
17:45 / 24-06-2025
Tramp: "Ümid edirəm ki, Rusiya ilə sövdələşə biləcəyik"
17:25 / 24-06-2025
Azərbaycanla Çin arasında viza ləğvi nə vaxtdan qüvvəyə minir? - Açıqlama
17:04 / 24-06-2025
Jurnalistlərin həbs müddəti uzadılıb
17:03 / 24-06-2025
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
16:59 / 24-06-2025
Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"
16:26 / 24-06-2025
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
16:19 / 24-06-2025
Qəzzada daha 84 fələstinli həyatını itirib
16:09 / 24-06-2025
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
16:02 / 24-06-2025
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
15:50 / 24-06-2025
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
14:50 / 24-06-2025
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
14:42 / 24-06-2025
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
14:24 / 24-06-2025
QHT-lərə nəzarət artırılır
14:12 / 24-06-2025
Prezident şirkət sədrini qəbul edib
14:08 / 24-06-2025
“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir
14:06 / 24-06-2025
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
13:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

19:12 / 23-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Ölkənin ehtiyat fonduna və milli valyutasına təhlükə yaranıb - Ekspert
Tarix: 11-08-2018 12:30 | Bölmə: Slayd

Son dövrlər bir sıra ölkələrin milli valyutaları dollar qarşısında ucuzlaşmaqdadır. Xüsusən də Azərbaycanla bu və ya digər formada bağlı olan ölkələrdə baş verən bu proses ölkəmizə də təhlükə vəd edir.
Amma maraqlı odur ki, dünya maliyyə bazarında hər hansı ciddi yeri olmayan manatla bağlı sabitlik hökm sürür. Hökumət rəsmiləri, Mərkəzi Bank rəhbəri narahatlığa əsasa olmadığnı bəyan etsə də, müstəqil ekspertlər Azərbaycanı ciddi təhlükə gözlədiyini bildirirlər.

ADR hərəkatının lideri, iqtisadçı-alim Qubad İbadoğlu bildirib ki, ölkənin maliyyə ehtiyatları, eləcə də milli valyutası təhlükə ilə üz-üzədir. İqtisadçı-alim deyib ki, son 1 ayda ABŞ dollarına nəzərən türk lirəsi 25-30 faiz, rus rublu 5,6 faiz, avro 3,3 faiz, Qazax təngəsi 2,4 faiz, Gürcüstan larisi 1,5 faiz dəyər itirib:
“Azərbaycan manatının məzənnəsinin forrmalaşması iqtisadi mahiyyətini itirdiyinə görə nə dünyada, nə də regionda gedən proseslərə reaksiya vermir, nə irəli, nə də geri gedir. Bir sözlə, "ölü" kimi tərpənmir. Ən pisi odur ki, qonşu ölkələrin valyutalarının nəinki ayda, hətta ildə itirdiyini biz 1 gündə itirək”.
Q. İbadoğlu vurğulayıb ki, Azərbaycan hökumətinin, Mərkəzi Bankın manat-dollar avantürası iqtisadiyyatı inkişafdan saxlayır:
“Əslində Elman Rüstəmovun narahatlığı başadüşüləndir. Biz dəfələrlə demişik və yenə təkrar edirəm ki, Azərbaycan Okeaniyada yalqız bir ada deyil ki, dünyada, xüsusilə də yaxın qonşularda baş verənlər ona təsir göstərməsin. Bu hakimiyyət 15 ildir ki, milli iqtisadiyyat qura bilmir. Bəlkə də onu heç istəmir. Çünki son 1 ildə baş verənlər idxala nəzarət edən məmur-oliqarxların maraqlarına xidmət edir. Baxın, bu ilin 6 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsaitlər 14,1 faiz, kredit qoyuluşları 19,3 faiz azalıb. Bu o deməkdir ki, iqtisadiyyat daxildən qidalanmır. Bununla yanaşı son 2 ayda (may və iyunda) ixracın aşağı düşməsi fonunda 2018-ci ilin yanvar-iyun ayları üzrə idxal əməliyyatları ötən ilin müvafiq dövrünə nisbətən 37 faiz artıb. Bu isə o deməkdir ki, daxildə qazanılan əlavə dəyər, kapital ölkədə qalmır, "xaricə qaçır". Son 6 ayda ixracatda xam neft, neft məhsulları və qazın birlikdə payı 90 faizə çatıb. Bütün bunlar da Azərbaycan iqtisadiyyatının xarici şoklara həssaslığını artırır”.
Ekspert qeyd edib ki, xarici ticarət tərəfdaşların, xüsusilə də Türkiyə, Rusiya və İranın valyutalarının ABŞ dollarına nisbətdə dəyərini sürətlə itirməsi manata təzyiqləri artırıb, idxalı stimullaşdırırb qeyri-neft məhsullarının ixrac rəqabət qabiliyyətini aşağı salıb. Onun fikrincə, bir ölkənin iqtisadiyyatını inkişafdan saxlamaq üçün bundan artığına gərək yoxdur:
“Arxasında heç bir iqtisadi məntiq olmadan ABŞ dollarına nisbətdə inzibati vasitələrlə sabit saxlanılması kökündən yanlış siyasəti 1 il 5 aydır ki, davam etdirirlər. Odur ki, mən Elman Rüstəmovun məntiqini başa düşsəm də, onun daşıdığı məsuliyyəti heç vaxt üzərimə götürməzdim”.
Q. İbadoğlu qeyd edib ki, “Fitch” beynəlxalq agentliyi Azərbaycanın uzunmüddətli emitent defoltu reytinqini xarici valyutada "BB+", başqa sözlə, möhtəkir xüsusiyyətləri olan riskli öhdəliklər səviyyəsində təsdiqləyib: “Bu da o deməkdir ki, bundan sonra qazanılanlar yüksək faizlərə ödəniləcək”.
Müsahibimiz başqa bir məqama da diqqət çəkib. Bildirib ki, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) cəmi investisiya portfelində rus rublu 1,1 faiz, türk lirəsi isə 1 faiz təşkil edir. Fondun vəsaitlərinin 47,1 faizi dollarla, 35,7 faizi avro ilə, 5,1 faizi isə ingilis funtu ilə saxlanılır. Onun qənaətincə, bu valyutalar arasında avro və funt sterlinqin ABŞ dollarına nəzərən ucuzlaşması fonunda itkiləri dolların möhkəmlənməsindən qazanclar kompensasiya edir: “Lakin, son zamanlar türk lirəsinin sürətlə dəyər itirməsi, rublun isə “Amerikanın təhlükəsizliyinin Kremlin aqressiyasından müdafiəsi üzrə Akt” (“Defending American Security from Kremlin Aggression Act) adlanan sənədin mətni açıqlanandan sonra ABŞ dollarına nisbətdə məzənnəsinin ucuzlaşması Fondun valyuta səbətinin gəlirliliyini azaldır. Son günlər hər iki valyutanın ABŞ dollarına nisbətdə dəyər itirməsi sürətlənib.
Son məlumata görə, artıq 6 lirə və ya 67 rubl 1 dollara dəyişdirilir. Nəzərə almaq lazımdır ki, bu son hədd deyil və bu proseslər Azərbaycanın idxalda 2 əsas ticarət tərəfdaşının iqtisadiyyatında baş verir. Odur ki, manata və bütövlükdə qeyri-neft sektoruna təzyiqlər daha da çoxalır.
Digər tərəfdən, ABŞ prezidentinin Konqresə təqdim etdiyi sanksiyaya məruz qalacaq şirkətlər arasında Azərbaycanın da sərmayəçisi olduğu “VTB bank”ın olması diqqətdən kənarda qala bilməz. Məsələ burasındadır ki, ARDNF-in bu bankda 500 milyon dollarlıq sərmayəsi var. Bundan əlavə, ARDNF Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və satış dəyəri 133 milyon ABŞ dolları təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə də sahibdir və onu idarə edir. Rusiyanın maliyyə bazarlarında başlayan ucuzlaşma bu sərmayəni də dəyərdən salmaqla yanaşı, ondan əldə edilən gəlirləri dollar ifadəsində azaldır”.
İqtisadçı-alim onu da xatırladıb ki, Azərbaycan Dövlət Neft Şirkətinin əsas sərmayələri Türkiyə iqtisadiyyatındadır. Onun fikrincə, hazırda lirənin gündə bir neçə dəfə dəyər itirməsi, Türkiyə maliyyə bazarlarında gedən proseslər ARDNŞ-nin sərmayələrini də risk altına qoyub:
“Bununla yanaşı, hər iki ölkənin iqtisadiyyatında və banklarında olan Azərbaycan mənşəli şəxsi sərmayələr də təhlükə qarşısındadır”.
Q. İbadoğlu yekun olaraq qeyd edib ki, ARDNF-in və ARDNŞ-in Rusiya və Türkiyəyə sərmayələrini siyasi investisiya adlandırmaqla, onun taleyinin belə acınacaqlı olacağını hələ devalvasiyadan əvvəl bildirib:
“Təəssüf ki, ARDNF və ARDNŞ siyasi təsirlər altında belə uğursuz layihələrə imza atıb. Amma gec olsa da, Rusiyadan və Türkiyədən sərmayələr geri çəkilməlidir. Əks təqdirdə bizim itkilərimiz daha çox olacaq və manatı qoruya bilməyəcəyik”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
Dünən, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Dünən, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
23-06-2025, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
23-06-2025, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
23-06-2025, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
23-06-2025, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
23-06-2025, 14:23
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
23-06-2025, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
23-06-2025, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir