00:39 / 25-06-2025
NATO: Ukraynada 250 min rus hərbçisi həlak olub
00:29 / 25-06-2025
Orban: Dörd ölkə Zelenskini NATO sammitində görmək istəmir
00:17 / 25-06-2025
İranın nüvə proqramını məhv edə bilməyiblər
00:03 / 25-06-2025
16 yaşlı qızı qaçıran axund işdən çıxarılıb
19:40 / 24-06-2025
“Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı olub - Fotolar
19:25 / 24-06-2025
Milyarderin övladını "ChatGPT" tərbiyə edir
19:17 / 24-06-2025
Vardanyan yenidən hakim qarşısına çıxarılıb - Fotolar
19:09 / 24-06-2025
İqtisadi Şuranın iclası keçirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib
18:01 / 24-06-2025
Qadın sərnişinlərə əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
17:50 / 24-06-2025
Abşeronda küçə iti nənə və nəvəyə hücum edib
17:45 / 24-06-2025
Tramp: "Ümid edirəm ki, Rusiya ilə sövdələşə biləcəyik"
17:25 / 24-06-2025
Azərbaycanla Çin arasında viza ləğvi nə vaxtdan qüvvəyə minir? - Açıqlama
17:04 / 24-06-2025
Jurnalistlərin həbs müddəti uzadılıb
17:03 / 24-06-2025
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
16:59 / 24-06-2025
Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"
16:26 / 24-06-2025
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
16:19 / 24-06-2025
Qəzzada daha 84 fələstinli həyatını itirib
16:09 / 24-06-2025
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
16:02 / 24-06-2025
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
15:50 / 24-06-2025
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
14:50 / 24-06-2025
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
14:42 / 24-06-2025
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
14:24 / 24-06-2025
QHT-lərə nəzarət artırılır
14:12 / 24-06-2025
Prezident şirkət sədrini qəbul edib
14:08 / 24-06-2025
“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir
14:06 / 24-06-2025
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
13:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

19:12 / 23-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Sığorta şirkəti, notariat kontoru və DYP yazıçı-tərcüməçini problemlə üzləşdirib - Müraciət
Tarix: 11-08-2018 16:09 | Bölmə: Slayd

Yazıçı-tərcüməçi Nadir Quliyev (Qocabəyli) sığorta şirkətinin, 6 saylı notariat kontorunun və DYP əməkdaşlarının məsuliyyətsizliyi, vətəndaşların şikayətlərinə laqeyd yanaşmaları səbəbindən problemlə üzə-üzə qalıb.
Nadir Quliyevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Ədliyyə naziri cənab Fikrət Məmmədova, Daxili işlər naziri cənab Ramil Usubova, “Meqa Sığorta” ASC-nin idarə heyətinin sədri xanım S. Gülmalıyevaya müraciət etməsinə də səbəb budur.
Reyting.az saytı N. Quliyevin müraciətini təqdim edir:
“Hörmətli cənablar!
2017-ci il avqust ayının əvvəlində, sığorta agenti kimi tanıdığım və 2016-cı ildə mənə məxsus 90 BR 139 nömrə nişanlı “Opel Astra” markalı avtomobili “AtaSığorta” şirkətində icbari sığorta etdirən İsmayılov Cəbrayıl İsa oğluna sığortanı yeniləmək məqsədilə 75 manat pul verdim. Bir gündən sonra “Meqa Sığorta” ASC-yə aid sığorta şəhadətnaməsini və emblemini gətirib mənə verdi. Onu tanıdığım, sığorta emblemini də sığortanın əsas atributu hesab elədiyim üçün müqaviləyə və qəbzə diqqət etmədim.
Təxminən 20 gün qabaq sükan arxasında təhlükəsizlik kəmərini taxarkən, YPX əməkdaşları məni saxlayıb, 40 manat cərimə yazdılar. Onlara kəməri taxmağı unutduğumu söyləsəm də, qulaq asmadılar. İrad bildirdim ki, sizin vəzifəniz təkcə hər şeyə, xüsusilə də, qüsurunu anlayıb onu dərhal aradan qaldıran sürücüyə cərimə yazmaq yox, qanun pozuntularını aradan qaldırmaq olmalıdır. Cəmiyyəti, insanları tərbiyə etmək, qayda-qanuna dəvət etmək ancaq cəzadan və cərimədən keçmir. Bağışlamaq, əfv etmək, güzəştə getmək, mükafatlandırmaq da lazımdır ki, vətəndaşlar dövlətə ancaq cəza aparatı kimi baxmasınlar. Nə isə, bu başqa bir söhbətin mövzusudur...
YPX əməkdaşı cərimə kağızını mənə verərkən, daha 210 manat borcum olduğunu söyləyəndə xeyli təəccübləndim. Çünki qayda-qanunlara hörmət edən bir insan olaraq, onları heç vaxt şüurlu surətdə pozmuram. Əlbəttə ki, diqqətsizlik, məlumatsızlıqla bağlı nadir hallar istisna olmaqla.
Bu ayın əvvəlində qonorarımı alan kimi, cərimələrin mahiyyətini aydınlaşdırmaq və ödəmək üçün bəzi yoldaşların məsləhəti ilə Bakı şəhər DYP idarəsinə getdim. Orada 3-4 qapıya girib-çıxandan sonra məlum oldu ki, respublika Dövlət Yol Polisinin Xırdalan şəhərində yerləşən baş idarəsinə getməliyəm.
Orada məni 403-cü otaqda çox saymazyana qarşılayan polis əməkdaşları “250 manat nədir ki, camaatın 3-4 min cəriməsi olur” dedilər. Onlara izah etdim ki, mən o adamlardan deyiləm.
Polis əməkdaşları kompüterə baxıb mənə bildirdilər ki, sizə məxsus avtomobil 2017-2018-ci illər üçün sığorta olunmayıb, bu səbəbdən də DYP-yə aid radar kameraların obyektivinə düşmüsünüz. Dəhşətə gəldim. Bu necə ola bilər axı? Mənim əlimdə müqavilə, maşınımda “MeqaSığorta”nın emblemi var. Cavab verdilər ki, olsaydı, radarlar belə səhvə yol verməzdilər.
Soruşdular ki, Baxşəliyev Tahir Tərlan oğlu kimdir?
Dedim ki tanımıram?
Bəs Mirzəyev Ağamirzə Ələmdar oğlu?
Onu da tanımıram.
Siz maşınınızı bu adamlara notarius etibarnaməsi ilə vermisiniz?
Xeyr, mən ümumiyyətlə avtomobilimi heç vaxt heç kəsə etibar etməmişəm.
Amma burada göstərilir ki, vermisiniz.
Verməmişəm!
Bunu sübut etmək lazımdır.
Necə?
Notariusdan arayış gətirməklə.
Hansı notariusdan?
Bilmirik.
Kompüterdəki məlumatların mənə verilməsini xahiş etdim, monitorun şəklini telefonla çəkə biləcəyimi söylədilər. Telefonumun girişdə müsadirə olunduğunu bildirib, print etmələrini xahiş etdim. Cavab verdilər ki, printer işləmir, ancaq yaşadığım rayonun DYP-sinə müraciət etsəm, bildirişləri ala bilərəm.
Yalnış məlumatları kompüterdən necə silməyin mümkünlüyünü soruşdum, cavab verdilər ki, yalnız sığorta idarəsindən və notariusdan gətirəcəyim arayış əsasında mümkün ola bilər.
Ertəsi gün Suraxanı bölməsinə müraciət etdim və cərimələrin bildişlərini mənə verdilər. Çox kübar qarşılamasalar da, özlərini Bakı və respublika DYP-dəkindən xeyli sadə apardılar və onlardan daha detallı məlumat ala bildim. Mənim avtomobilimə həqiqətən 250 manat cərimə yazılmışdı. 250 manatlıq cərimənin yalnız ikisi – kəmərlə bağlı yazılan 40 manat, bir də sürət həddini aşmaqla bağlı yazılan 10 manat mənim adıma rəsmiləşdirilmişdi, qalan 200 manat Bakı şəhər, Ə. Qədirli küçəsi. 3/9 ünvanında yaşayan Baxşaliyev Tahir Tərlan oğlunun (sənəddə yazıldığı kimi yazıram) adınadır.
Təəccübləndiyimi görən bu polis əməkdaşı da məndən avtomobilimi etibarnamə ilə kiməsə verib-vermədiyimi soruşdu. Cavab verdim ki, heç vaxt belə bir şey olmayıb. O bunu eşitdikdən sonra kompüterin monitorundakı yazıları oxumağımı xahiş etdi. Orada qeyd olunmuşdu ki, mənə məxsus 90 BR 139 nömrəli “Opel Astra” markalı avtomobili 2012-ci il aprel ayının 9-da Mirzəyev Ağamirzə Ələmdar oğlu etibarnamə ilə Baxşaliyev Tahir Tərlan oğluna dövr edib. Etibarnaməni Bakı şəhər 6 saylı dövlət notariusu verib.
Üz tutdum “Meqa Sığorta”ya. Məlum oldu ki, İsmayılov Cəbrayıl İsa oğlu məndən pul alsa da, sığorta şirkətinə ödəməyib və mənə saxta müqavilə, bir də emblem verib. Şirkətdə onu da dedilər, emblem sadəcə reklamdır və bundan başqa heç nə ifadə etmir! Onlara inanmadım. Mənimlə söhbət edən şirkət əməkdaşı dedi ki, hazırda İsmayılov Cəbrayıl İsa oğlu onlarla əməkdaşlıq etmir və çoxlu adamı aldadaraq ölkədən qaçıb. Ona görə də, mənə dəyən ziyanı ödəyə bilməzlər.
Soruşdum ki, bəs niyə onun haqqında hüquq-mühafizə orqanlarına məlumat vermirsiniz? Axı onun hərəkətləri şirkətinizin imicinə ziyandır. Cavab belə oldu ki, yazılı şikayət yoxdur. Əgər çox sayda adam yazılı ərizə ilə müraciət etsə, bunu edərlər. Mən onlara şikayət ərizəsi yazdım.
Yaxşı, bəs avtomobil icbari sığorta olunmadığına görə niyə 4 dəfə cərimə yazılıb? Cavab belə oldu: cərimələrlə bağlı bildirişlər Baxşəliyev Tahir Tərlan oğlunun ünvanına göndərilib və vaxtında ödənmədiyi üçün qanundakı müvafiq qaydaya əsasən yenidən göndərilib. Beləcə, 4 dəfə təkrarlanıb, cərimə də olub 200 manat.
Artıq axşam düşdüyündən və yorulduğumdan, 6 saylı notariusa getməyi növbəti günə saxladım. Ertəsi gün 6 saylı notariusun arxivindən çıxarılan sənəddən məlum oldu ki, Mirzəyev Ağamirzə Ələmdar oğlu həqiqətən 90 BR 139 nömrə nişanlı avtomobili 2012-ci il aprel ayının 9-da etibarnamə ilə Baxşaliyev Tahir Tərlan oğluna dövr edib. Etibarnamənin seriyası və nöməsi belədir: ƏN – III № 713786. Lakin avtomobil “Opel Astra” yox, “Mersedes Bens”dir. Notariusun əməkdaşları xeyli çək-çevirdən sonra, belə qərara gəldilər ki, mexaniki səhv olub və bir həftə ərzində bunu sistemdə düzəldəcəklər.
Ya da dövlət yol polisi 2018-ci ildə mənə verilən nömrə nişanının saxta dublikatını başqa maşına verib. Bu maşın oğurluq da ola bilər. Araşdırılmalıdır. Əgər belə olsa, bu çox pisdir. Deməli, ölkədə maşın oğurluğu ilə məşğul olan cinayətkar dəstə var, həm də yol polisi və notariusla əlbir işləyirlər. Bu mənim fikrimdir.
6 saylı notariat kontorunun notariusu İmanov Ərəstun Loğman oğluna bildirdim ki, sizin səhviniz ucbatından mən 150 manat əlavə cərimə ödəməliyəm. Çünki bu “xəta” olmasaydı (xəta olub-olmadığı məncə araşdırılmalıdır) icbari sığortanın ödənilməməsi haqda ilk bildiriş mənim ünvanıma gələcək və vaxtında tədbir görəcəyimdən, 4 dəfə təkrar cərimə ödəməyə məcbur olmayacaqdım. Ona görə də, cərimənin 150 manatını siz ödəməlisiniz. Dərhal cığallığa keçdi, əsəbləşib özündən çıxdı və heç bir şey ödəməyəcəyini dedi. Dedim, ödəmirsiniz-ödəməyin, onda ya səhvinizlə bağlı arayış, ya da həmin etibarnamənin surətini verin ki, DYP-yə təqdim edim. Heç nə verməyəcəyini dedi, mən də ona Ədliyyə Nazirliyinə və Prezidentə şikayət edəcəyimi, məhkəmə iddiası qaldıracağımı söylədim. İmanov Ərəstun istənilən yerə müraciət edə biləcəyimi söylədi. Ancaq məncə o, başçılıq etdiyi idarənin səhvinə görə vətəndaşdan üzr istməli və vurulan ziyanı ödəməliydi. Təəssüf ki, bu olmadı.
Bu gün məcbur qalıb, ölkədə fəaliyyət göstərən üç qurumun məsuliyyətsiz, vicdansız, qanunsuz, səriştəsiz, nadan, kobud və mənəviyyatsız hərəkətləri nəticəsində üzərimə qoyulan qanunsuz, haqsız və ədalətsiz cəriməni ödəməli oldum. 250 manat mənim ailəmin yarım aylıq dolanışıq, güzəran puludur. Mən o pulu ağır zəhmətlə, çox çətinliklə qazanıram. 250 manat mənim üçün 50 səhifə tərcümə, 10 gün gündə 10-12 saat işləmək deməkdir. Mən o pulun yerini doldurmaq üçün evimdən nəsə satmalıyam, boynumu büküb ərzaq mağazasından nisyə mal almalıyam, səsimi qısıb kimdənsə borc istəməliyəm. Mən həm də düz 3 gün idarə və müəssisələrə ayaq döydüm, 3 gün işləmədim, boş yerə yolpulu verdim.
Mən o cəriməni həm də bu gün ona görə ödədim ki, avtomobilimi satmaq istəyirəm, alan adamın əziyyət çəkməsini istəmirəm. Avtomobilimi ona görə satıram ki, artıq hər gün 10-12 saat işləməklə yaşamaq mümkün deyil, artıq o avtomobili sürmək, onun xərclərini, haqsız cərimələrini ödəmək ağır problemə çevrilib. Ona görə satıram ki, bu ölkənin ziyalısı, onun ailəsi köhnə və miskin bir avtomobilin satışından gələcək miskin bir vəsaitlə mövcudluğunu bir az uzatmaq istəyir. Mən o 250 manatı heç kəsə halal etmirəm. Üç gündə təxminən itirdiyim 100 manatı da. Onu zorla dartıb əlimdən alanların burnundan gəlsin deyirəm və əminəm o gün uzaqda deyil!
Hörmətli cənab prezident!
Hörmətli nazirlər!
Hörmətli idarə-müəssisə, şirkət rəhbərləri!
Yuxarıda haqqında yazdığım hadisə bu ölkədə təkcə mənim başıma gəlmir. Bu ölkənin hər bir vətəndaşı hər gün bundan qat-qat dəhşətli şeylərlə üzləşir. Aldadılır, təhqir olunur, soyulur, tikəsi əlindən alınır, alçaldılır. Sizdən çox xahiş edirəm, bunlara son qoyun! Bu mümkündür! Bunu etmək bu kiçik ölkədə yaşamaq üçün heç olmasa minimum şərait yaratmaq olar. Sizdən çox xahiş edirəm, xalqın qayğısına qalın. Harın, fırıldaqçı, yekəxana, nadan, kobud məmurları cilovlayın. Bu da mümkündür. Vallah, mümkündür. Onlar bu ölkəni də, bu xalqı da, onun rəhbərlərini də rüsvay edirlər. Çox xahiş edirəm, DYP-nin 403-cü otağında oturanları, 6 saylı notariusları, ərəstunlar, cəbrayılları cəzalandırın!”
Bölməyə aid digər xəbərlər

Dünən, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
Dünən, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Dünən, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
23-06-2025, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
23-06-2025, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
23-06-2025, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
23-06-2025, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
23-06-2025, 14:23
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
23-06-2025, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
23-06-2025, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir