00:39 / 25-06-2025
NATO: Ukraynada 250 min rus hərbçisi həlak olub
00:29 / 25-06-2025
Orban: Dörd ölkə Zelenskini NATO sammitində görmək istəmir
00:17 / 25-06-2025
İranın nüvə proqramını məhv edə bilməyiblər
00:03 / 25-06-2025
16 yaşlı qızı qaçıran axund işdən çıxarılıb
19:40 / 24-06-2025
“Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı olub - Fotolar
19:25 / 24-06-2025
Milyarderin övladını "ChatGPT" tərbiyə edir
19:17 / 24-06-2025
Vardanyan yenidən hakim qarşısına çıxarılıb - Fotolar
19:09 / 24-06-2025
İqtisadi Şuranın iclası keçirilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib
18:01 / 24-06-2025
Qadın sərnişinlərə əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
17:50 / 24-06-2025
Abşeronda küçə iti nənə və nəvəyə hücum edib
17:45 / 24-06-2025
Tramp: "Ümid edirəm ki, Rusiya ilə sövdələşə biləcəyik"
17:25 / 24-06-2025
Azərbaycanla Çin arasında viza ləğvi nə vaxtdan qüvvəyə minir? - Açıqlama
17:04 / 24-06-2025
Jurnalistlərin həbs müddəti uzadılıb
17:03 / 24-06-2025
Böyük Qayıdış Proqramı: yeni alt işçi qrupları yaradılıb
16:59 / 24-06-2025
Rəsmi Bakı: "İsrail və İran arasında atəşkəsi alqışlayırıq"
16:26 / 24-06-2025
Tramp İran və İsrail arasında vasitəçiliyi necə edib?
16:19 / 24-06-2025
Qəzzada daha 84 fələstinli həyatını itirib
16:09 / 24-06-2025
İsazadə: “Əməliyyatlar İranın nüvə texnologiyasının durumundan asılı olacaq”
16:02 / 24-06-2025
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
15:50 / 24-06-2025
Atəşkəs pozulub - İsrail İrana zərbə endirib
15:28 / 24-06-2025
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
15:05 / 24-06-2025
Dövlət informasiya ehtiyatları və sistemləri barədə qərar qəbul olunub
14:56 / 24-06-2025
Azərbaycan ilk dəfə BMT-nin Bürosuna sədr seçilib
14:50 / 24-06-2025
Fransanın müstəmləkəçilik siyasəti müzakirə olunacaq
14:42 / 24-06-2025
Beş ölkə Rusiyanın işğalından qorunmaq üçün milyonlarla mina basdıracaq
14:24 / 24-06-2025
QHT-lərə nəzarət artırılır
14:12 / 24-06-2025
Prezident şirkət sədrini qəbul edib
14:08 / 24-06-2025
“Dövlət borcu haqqında” qanuna dəyişiklik edilir
14:06 / 24-06-2025
Milli Məclisin növbəti iclasının vaxtı bəlli olub
13:56 / 24-06-2025
Ağdərə və Ağdama növbəti köç karvanı gedib - (Yenilənib)
17:28 / 20-06-2025

14:57 / 22-06-2025

14:17 / 20-06-2025

13:08 / 21-06-2025

06:06 / 22-06-2025

12:30 / 20-06-2025

15:58 / 21-06-2025

16:26 / 20-06-2025

16:45 / 21-06-2025

19:12 / 23-06-2025

08:55 / 22-06-2025

19:32 / 21-06-2025

Ölkəmizdə devalvasiya təhlükəsi artır
Tarix: 02-09-2018 10:53 | Bölmə: Slayd

İqtisadi islahatların zəif, sistemsiz getdiyi Azərbaycanın iqtisadi vəziyyəti xam neftin qiymətindən asılı qalıb
Azərbaycanın iqtisadi-siyasi əlaqələri dərin olan ölkələrdə yerli valyutaların ucuzlaşması manata təzyiqləri artırır. Son günlər dolların digər valyutalara qarşı möhkəmlənməsi manatın da ucuzlaşacağı ilə bağlı narahatlıq yaradıb.
Ölkəmizdə növbəti devalvasiyanın baş verəcəyi ilə bağlı ehtimallar, onu yaradan səbəblər və nəticələrlə bağlı müzakirələr davam edir. Mərkəzi Bank rəhbərliyi, eləcə də hökumətin digər rəsmiləri manatın ucuzlaşması ilə bağlı narahatlığa əsas olmadığını bildirsələr də, cəmiyyətdə narahatlıq artıb.
İqtisadçı-alim Teyyub Qənioğlu məsələylə bağlı “Reytinq”ə deyib ki, haqqında çox danışılan iqtisadi islahatların zəif, sistemsiz getdiyi Azərbaycanın iqtisadi vəziyyəti xam neftin dünya bazarlarındakı qiymətindən asılıdır. Onun sözlərinə görə, manatın devalvasiya riski də bu amillə əlaqəlidir:
“Milli valyutanın məzənnəsi ölkə iqtisadiyyatının vəziyyətindən asılıdır. İqtisadiyyatımızın inkişaf etdiyi deyilsə də, bu, reallıqda baş vermir. ÜDM-də cüzi artım neftin satış qiymətinin müəyyən qədər artması ilə bağlıdır. Əgər iqtisadi əsasları götürsək dolların məzənnəsinin artacağını söyləmək olar. Ancaq Mərkəzi Bank hələlik tənzimlənən üzən məzənnə siyasətini davam etdirir. Bir neçə gün əvvəl Mərkəzi Bank manatın real üzən məzənnə rejiminə keçirilməsi üçün hazırlıq işlərinin aparıldığını elan etmişdi. Bunun nə vaxt olacağı isə dəqiq bilinmir. Amma, hər halda dolların manata nisbətən məzənnəsinin cüzi faizlə, tədricən artacağı gözləniləndir”.
Bir məqamı da qeyd edək ki, artıq vətəndaşlar bəzi məmurların verdiyi bəyanatlara inanmırlar. Bu da iqtisadi təlatümlər qədər təhlükəlidir. T. Qənioğlu da bunu ciddi problem sayır: “Camaat neyləsin? Nə qədr yalan, reallığa uğun olmayan məlumatlar vermək, eyni məsələlər haqqında qısa zaman çərçivəsində bir-birini təkzib edən fikirlər söyləmək olar?
Bilirsiniz, idarəetmədə cavabdehlik prinsipi var. Bu prinsipə görə, hər kəs verdiyi qərarın, söylədiyi fikrin, etdiyi hərəkətin nəticələrinə cavab verməlidir. Azərbaycan məmurlarının mütləq əksəriyyətinin ya bu prinsipdən xəbəri yoxdur, ya da öz yanlış hərəkətləri üçün heç bir məsuliyyət daşımayacaqlarına əmindirlər. Təbii, bu, sonsuzluğa qədər davam edə bilməz. Xalqın dözümünün sonu olur - ya vəziyyət insanların istədiyi, gözlədiyi istiqamətlərdə "yuxarıdan" yaxşılığa doğru dəyişməyə başlayır, ya da insanlar bu vəziyyəti "aşağıdan" düzətməyə cəhd edirlər. Hesab edirəm ki, vəziyyətin "yuxarıdan" düzəldilməsi daha məqsədəuyğundur”.
Manatın vəziyyətinin daha çox xarici ticarətdən asılı oldugu iddia edilir. Müsahibimiz isə bu yanaşmanı yanlış sayır:
“Azərbaycanın ixracında neft və neft məhsulları üstünlük təşkil edir. Yəqin bunu əsas götürənlər qeyd etdiyiniz yanaşmanı bölüşürlər”.
Qarşıdakı dövrdə ölkənin bank-maliyyə sektorundakı vəziyyətə gəlincə, iqtisadçı-alim bunları deyib:
“Azərbaycanın bank sitemi yüksək vəzifəli məmurların nəzarətindədir. Onların əlavə "gəlir mənbələri" olduğundan bank sistemində islahatların aparılmasında maraqlı deyillər. Bu səbəbdən də problemli kreditlər artır və artmaqda davam edəcək”.
T. Qənioğlunun fikrincə, Mərkəzi Bankın kredit siyasəti - xüsusilə mərkəzləşdirilmiş uçot dərəcəsi ilə bağlı - ölkədəki mövcud duruma adekvat deyil. Ona görə də müştərilərin banklara inamı zəifləyib. Görünür, Mərkəzi Bank kredit siyasətini həyata keçirəndə ölkə iqtisadiyyatının yox, bank boslarının maraqlarını üstün tutur.
“Maliyyə Bazarlarına Nəzarət Palatası da ona olan ümidləri doğrultmadı. Əksinə, bank sistemində daha çox qarmaqarışıqlıq yaratdı. Qeyd edilənləri nəzərə alsaq, yaxın gələcəkdə bank-maliyyə sistemində hər hansı yaxşılaşmanı gözləməyə dəyməz”,- deyə iqtisadçı-alim fikrini tamamlayıb.

İqtisadçı-ekspert Rövşən Ağayev isə bildirib ki, ölkədəki iqtisadi vəziyyəti, o cümlədən milli valyutanın dayanıqlığını və onun qarşıdakı perspektivini qiymətləndirmək, daha dəqiqi, devalvasiya riskinin olub-olmadığını proqnozlaşdırmaq üçün ən yaxşı informasiya mənbəyi tədiyyə balansıdır. Tədiyyə balansının ümumi saldosu mənfidirsə, deməli, devalvasiya qaçılmazdır: “Tədiyyə balansının cari hesablar balansı var, onun da göstəricilərinə baxmaqla ümumi tendensiyaları görmək olur. Ümumilikdə isə,əsas göstərici tədiyyə balansının ümumi saldosudur. Bizim Mərkəzi Bank tədiyyə balansını çox ləng açıqlayır. Baxın, ilin 8-ci ayı başa çatmaq üzrədir, amma AMB hələ 1-ci rübün tədiyyə balansını açıqlayıb. 2-ci rübün tədiyyə balansı isə təlimata görə, yalnız sentyabrın sonunda açıqlanacaq. Bunu ona görə deyirəm ki, belə gecikmələr səbəbindən tədiyyə balansındakı məlumatlar köhnəlir və dəqiq analiz etmək mümkün olmur. Amma qonşu Türkiyədə tədiyyə balansı hər ayın sonunda, özü də çox detallı şəkildə açıqlanır. Bu da imkan verir ki, nəinki Türkiyə iqtisadçıları, hətta bizim iqtisadçılar da həmin ölkənin iqtisadiyyatını təhlil edib, fikir yürütsünlər”.
R. Ağayev qeyd edib ki, Azərbaycanın tədiyyə balansında həlledici yeri ticarət balansı tutur: “Çünki bizim ölkəyə valyuta gəlirləri əsasən xarici ticarətdən gəlir. Başqa ölkələrdə bu məsələ fərqlidir. Məsələn, Estoniyada və ya qonşu Gürcüstanda xidmətlər balansı mühüm yer tutur. Çünki həmin ölkələrin valyuta gəlirləri əsasən xidmətlərdən daxil olur. Gürcüstanın ixracı az olsa da, turizm sektorunun hesabına xidmətdən pul qazanırlar. Eləcə də son illər bu ölkəyə investisiya axını var və s. Bizim ölkədə isəəsas valyuta gəlirləri məhz ticarətin, onu da içərisində məhz neftin hesabına formalaşır. Son illərdə bizim xaricə ixracımızın azı 90 faizi, bəzən 92-94 faizi neft və neft məhsullarıdır. Bu, özünü tədiyyə balansında da göstərir. Tədiyyə balansında 3 hissə var - kapital hesabı, cari hesablar balansı və maliyyə hesabı. Bu 3 hissəyə baxsanız görərsiniz ki, ölkəyə gələn pulun 60 faizi ticarət xətti ilə daxil olur”(fed.az).
Manatın vəziyyətinin daha çox xarici ticarətdən asılı olmasına gəlincə, ekspert deyib ki, bizdə manatın vəziyyəti, devalvasiya olub-olmayacağı ilə bağlı məsələlər ən çox, yəni həlledici dərəcədə xarici ticarət balansından asılıdır:
“İlk 6 ayın nətiələrinə baxanda görürük ki, xarici ticarətdə 6 milyard dollara yaxın müsbət saldo var. Bildiyiniz kimi, 2017-ci ildən başlayaraq Cənub Qaz Dəhlizi və digər layihələrlə bağlı ölkəyə kreditlər şəklində böyük investisiya axınları başlayıb. Bunun hesabına 2017 və 2018-ci ilin ilk rübündə bizim maliyyə hesabımızda müsbət saldo yaranıb.
Müqayisə üçün bildirim ki, bizdə devalvasiya olan 2015-ci ildə tədiyyə balansının ümumi saldosu mənfi idi – 11,3 milyard dollar. Ona görə, həmin il manat iki dəfədən çox dəyərdən düşdü. Halbuki bizdə 2003-cü illərdən sonra tədiyyə balansında mənfi saldo yaranmamışdı. Bu da manatın ən sabit olduğu illər idi. Çünki ölkəyə gələn valyuta çıxan valyutadan çox idi. 2015-də isə qəflətən bu nisbət dəyişdi və devalvasiya oldu. 2016-cı ildə də gərginlik yaşandı, həmin il tədiyyə balansında 1 milyard 190 milyon dollarlıq mənfi saldo vardı və nəticədə, xatırlayırsınızsa, manat sabitləşə bilmirdi. Yalnız 2017-ci ildə tədiyyə balansı sabitləşdi, 2,2 milyard dollarlıq müsbət saldo yarandı. Manat da aprel ayından etibarən sabitləşərək 1,7 manat ətrafında möhkəmləndi”.
Azərbaycanda devalvasiya riskinə gəlincə, R. Ağayev bildirib ki, bu risk Azərbaycandan kapital axınının baş verməsi zamanı gerçəkləşə bilər: “Mən bir siyasi risk gözləyirəm. Ümid edirəm ki, bu baş verməz, çünki xeyrimizə deyil. Rusiya və Türkiyə ilə bizim münasibətlərimiz həddən artıq siyasiləşib və sıx siyasi maraqlar üzərində qurulub. Bu mənada, məsələn, Türkiyə və ya Rusiya hökuməti bizim hökuməti dəvət edə bilər ki, gəlib bu ölkəyə iri sərmayə qoysunlar. Eyni zamanda bu ölkələrlə bizim biznesimiz də sıx dərəcədə çuğlaşıb. Bizim xeyli insanlarımız Rusiya və Türkiyədə biznes qurublar. Türkiyənin rəsmi statistikasından da görünür ki, Türkiyədə həm investisiya qoyuluşları, həm də alınan əmlakların sayına görə, Azərbayanlılar öndə gedirlər. Həm hökumətin, həm də biznesin Türkiyə və Rusiya ilə bu qədər yaxın olması ölkədən kapital axınına səbəb ola bilər”.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Dünən, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
Dünən, 12:51
“Qiyamət planı” üzə çıxıb - Fotolar
Dünən, 07:09
İran və İsrail atəşkəsə razılaşıblar?
23-06-2025, 19:12
Cəlaloğlu: "İranı əvvəlki məcrasına qaytarmaq istəyirlərsə, onda hakimiyyətdə Qacarlar oturmalıdır” - Müsahibə
23-06-2025, 18:53
Yeni dünya düzəni Yaxın Şərqin simasını dəyişir
23-06-2025, 15:14
İran MAQATE ilə əməkdaşlığı dayandırmaq istəyir
23-06-2025, 14:49
Neftin qiyməti son beş ayda ən yüksək həddə çatıb
23-06-2025, 14:23
İlham Əliyev Goranboyda müəssisənin açılışını edib - (Yenilənib)
23-06-2025, 13:56
Prezident Yevlaxa gedib - (Yenilənib) - Fotolar
23-06-2025, 11:57
Xüsusi karantin rejiminin müddəti uzadılıb
22-06-2025, 08:55
Tehran geri çəkilmək istəmir
21-06-2025, 19:32
DTX-nın saxladığı sabiq icra başçısı həbs edilib
21-06-2025, 18:12
“Real Ermənistan” erməniləri niyə qorxudur?
21-06-2025, 16:45
Dövlət qulluqçuları təltif edilib - (Siyahı)
21-06-2025, 15:58
Prezident icra başçısını vəzifədən azad edib
21-06-2025, 13:08
İranın ən böyük nüvə mərkəzinə zərbə endiriblər
21-06-2025, 12:54
Naxçıvanın Konstitusiyası dəyişir
21-06-2025, 11:50
NATO-nun mövcudluğu sual altına düşüb
20-06-2025, 16:26
Professor: İraq ssenarisi İranda təkrar olunur
20-06-2025, 12:30
İsrail-İran davası: Münaqişənin sonu necə görünür?
20-06-2025, 11:08
Paşinyan Türkiyədə sülh sazişini müzakirə edəcək
20-06-2025, 09:12
DTX-nın saxladığı vitse-prezidentin məhkəməsi başlayıb
19-06-2025, 13:36
NATO-da böyük dəyişiklik olacaq
19-06-2025, 12:38
Fordo tilsimi: İsrail bu obyekti necə məhv edəcək?
19-06-2025, 11:32
Rusiya ikinci strateji müttəfiqini itirmək riski ilə üzləşib
19-06-2025, 09:57
Sabah daha bir şəhidimizin dəfn mərasimi olacaq - Foto
19-06-2025, 09:12
Rusiya ilə Azərbaycan Xəzərdəki problemin həllinə çalışırlar - Foto
18-06-2025, 16:25
Trampın İrana hücumunu dayandırmaq istəyirlər
18-06-2025, 13:18
Müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılıb - (Yenilənib)
18-06-2025, 12:34
İsrailin raketdən müdafiə vasitələri tükənir - Foto
18-06-2025, 11:30
Çindən Tehrana qeyri-müəyyən yükü olan təyyarələr uçur
18-06-2025, 10:52
İranın qonşuları çətin vəziyyətdədir
18-06-2025, 08:30
Günəşdə güclü partlayış baş verib
17-06-2025, 18:48
Rusiya Ayda hərbi təyinatlı obyekt tikəcək
17-06-2025, 17:42
İrandakı rejimi dəyişirlər?
17-06-2025, 16:03
Mollazadə: İrana qarşı hərbi əməliyyat məcburiyyətdən irəli gəlir
17-06-2025, 13:26
Professor: İranı beş yerə bölmək istəyirlər
17-06-2025, 11:19
Ərdoğan İranı niyə dəstəkləyir?
17-06-2025, 08:11
Vaşinqton Tehranla danışıqlara tələsir