Rusiyada yaranmış vəziyyət SSRİ-nin son illərini xatırladır - Politoloq
Tarix: 17-03-2023 14:25 | Bölmə: Slayd
Rusiyada yaranmış vəziyyət SSRİ-nin son illərini xatırladır

"Rusiyada spirtli içkilər istisna olmaqla bütün istehlak mallarının satışında azalma qeydə alınıb. Ərzaq məhsullarının və qeyri-ərzaq mallarının satışında önəmli azalma qeydə alındığı halda spirtli içkilərin satışının həcmi 11,2 faiz artıb. Rusların müharibədən öncə ilə müqayisədə aşağı qiymətli spitli içkilərdən daha çox istifadə etdikləri də məlum olub".

Bunu Reyting.az-a politoloq Xəqani Cəfərli deyib.

Onun sözlərinə görə, bir milyona yaxın insanın hərbi xidmətə səfərbər edildiyi və bir milyondan artıq insanın ölkədən qaçdığını da nəzərə aldıqda bəlli olur ki, Rusiyada spirtli içkilərdən istifadə kəskin artıb: "İstehlak mallarının satışının azaldığı bir zamanda spitli içkilərin satışındakı artım cəmiyyətdəki depressiyadan, ümidsizlikdən xəbər verir. Son zamanlar sadə ruslarla yanaşı, yüksək vəzifəli məmurların da içkiyə qurşanmaları haqqında məlumatlar yayılır. Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev və “Sberbank”ın prezidenti German Grefin də içki aludəçisi olduqları məlumdur”.


X. Cəfərli

X. Cəfərli diqqətə çatdırıb ki, hazırda Rusiyadakı vəziyyət Sovet İttifaqının son illərini, xüsusilə 1991-ci ildəki vəziyyəti xatırladır. “Sovet İttifaqının son illərində də bütün istehlak mallarının satışı azaldığı halda, spirtli içkilərin satışı artmışdı. İçki mağazalarının önündə uzun növbələr yaranardı. Cəmiyyətdəki depresiya, gələcəyə ümidin olmaması dövlətin çöküşünü qaçılmaz edən əsas şərtdir",- deyə X. Cəfərli əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}