16:53 / 21-10-2025
Əliyev və Tokayev "Alem.ai" Beynəlxalq Süni İntellekt Mərkəzində olublar
16:50 / 21-10-2025
Ali Məhkəməyə iki hakim təyinatı olacaq
16:36 / 21-10-2025
“Ulduz” jurnalının oktyabr sayı işıq üzü görüb - Foto
16:26 / 21-10-2025
Ən maraqlı yeddi körpü - Fotolar
16:23 / 21-10-2025
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
16:21 / 21-10-2025
Milli Məclis daha 17 məsələyə baxacaq
16:05 / 21-10-2025
Akademikin armudu stəkanındakı limon
15:54 / 21-10-2025
Azərbaycanda SSRİ və imperiya maraqlarına xidmət xülyası ilə yaşayanlar var
15:41 / 21-10-2025
Deputat: "Ramiz Mehdiyev də, mən də sovet adamlarıyıq"
15:34 / 21-10-2025
"Qarabağ” azarkeşlərə müraciət edib
14:55 / 21-10-2025
Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olunub - (Yenilənib) - Fotolar
14:50 / 21-10-2025
İlham Əliyev Qazaxıstanın milli geyimində - Video
14:40 / 21-10-2025
Hikmət Hacıyev: "Qazax qardaşlarımız hörmət nümunəsi olaraq..."
14:12 / 21-10-2025
İlham Əliyev: "Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb"
14:08 / 21-10-2025
Azərbaycan və Ermənistan spikerləri görüşüblər
13:59 / 21-10-2025
Ukrayna parçalana bilər
13:25 / 21-10-2025
Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçirilib - Fotolar
13:21 / 21-10-2025
"Space TV"-yə xəbərdarlıq edilib
13:12 / 21-10-2025
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
12:48 / 21-10-2025
Sabah yağış yağacaq - Proqnoz
12:38 / 21-10-2025
Qafqazda və Orta Asiyada sabitlik yaratma cəhdləri güclənir
12:36 / 21-10-2025
Ramiz Mehdiyevin cinayət işi üzrə yeni faktlar məlum olub
12:24 / 21-10-2025
Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib
12:00 / 21-10-2025
Xankəndi: böyük qələbəmiz - Rauf Rəcəbov yazır
11:48 / 21-10-2025
İsa Həbibbəyli: "Qızımın seyfindən 1 milyon avronun oğurlanması..."
11:37 / 21-10-2025
Astanada Əliyevlə Tokayevin təkbətək görüşü olub - (Yenilənir) - Fotolar
11:34 / 21-10-2025
Yeni "Odisseya" filmi "Avatar 3" vasitəsilə tanıdılacaq - Fotolar
11:20 / 21-10-2025
Yavər Camalovun ailəsinə ağır itki üz verib
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

15:51 / 20-10-2025

16:01 / 18-10-2025

16:07 / 20-10-2025

16:15 / 18-10-2025

14:28 / 20-10-2025

18:38 / 17-10-2025

19:14 / 18-10-2025

12:00 / 21-10-2025

14:39 / 19-10-2025

00:02 / 17-10-2025

Tramp Qarabağdan danışır, Putin Bakıya gəlir
Tarix: 22-09-2018 10:10 | Bölmə: Slayd

Rusiyalı ekspert işğaldakı beş rayonun qaytarılmasını vacibliyini deyir, ABŞ prezidenti Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni imkanların açıldığını bildirir
Sentyabrın 25-də Rusiya prezidenti Vladimir Putin Bakıya səfər edəcək.
“Reytinq” qəzetinin məlumatına görə, Putinin Bakıya gəlişi ərəfəsində Qarabağla bağlı müzakirələr yenidən qızışıb. Bir çox ekspertlər Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra yaşanan vəziyyəti, erməni iqtidarının Rusiya ilə münasibətlərini kəskinləşdirməsi və digər faktorları nəzərdə tutaraq, Rusiyanın Azərbaycanın haqlı mövqeyinə uyğun siyasət yeridəcəyini dilə gətirməyə başlayıblar. Hətta bəzi ekspertlər bir qədər də irəli gedərək, Putinin yaxın aylarda ən azı işğaldakı rayonlarımızdan beşinin Azərbaycana qaytarılması üçün daha radikal mövqe sərgiləcəyini iddia edirlər.
Ermənistan dərhal beş rayonu Azərbaycana qaytarmalıdır

İqor Korotçenko
"Milli müdafiə” nəşrinin baş redaktoru, Dünya Silah Ticarətinin Analiz Mərkəzinin rəhbəri, rusiyalı hərbi-ekspert İqor Korotçenko deyib ki, Dağlıq Qarabağla yanaşı, ətrafındakı rayonlar da işğal altındadır:
"Ermənilər bu əraziləri "təhlükəsizlik zonası” adlandırır. Bu faktı dəyişdirməyə heç kimin gücü çatmaz. Bu, Ermənistanın işğal etdiyi Azərbaycan ərazisidir”.
Rusiyalı ekspert qeyd edib ki, Ermənistan dərhal işğal altındakı rayonların beşini Azərbaycana qaytarmalıdır: “Bu kiminsə xoşuna gəlməyə bilər, lakin vəziyyət belədir".
Hərbi-ekspertin bu sözlərinin Rusiyanın ikili mövqeyini dəyişəcəyinə inananlar azdır. Politoloq Elxan Şahinoğlu da Putinin Bakıya səfəri ərəfəsində Qarabağla bağlı səslənən gəlişigözəl bəyanatlara inanmır.
Ekspertlərin Qarabağla bağlı fikirləri reallığı əks etdirmir

Elxan Şahinoğlu
E. Şahinoğlu deyib ki, Rusiyada hansısa ekspert “Ermənistan Dağlıq Qarabağ ətrafındakı 5 rayonu boşaltmalıdır”,- deyirsə, bundan Rusiya hakimiyyətinin də belə düşündüyü qənaətinə gəlmək olmaz: “Yaxud Rusiya prezidenti Vladimir Putinin Azərbaycana hər gəlişini “münaqişənin həllində sona yaxınlaşıldı”,- kimi başlıqlarla süsləmək də ictimaiyyəti yanlış ümidləndirmək deməkdir”.
Şahinoğlunun sözlərinə görə, Rusiyadan olan ekspertlərin Qarabağla bağlı səsləndirdiyi fikirlər reallığı əks etdirmir:
“Biz belə olmasını istəyiriksə, bu, heç də o demək deyil ki, Rusiya da belə istəyir. Putin hakimiyyətə gəldiyi gündən bu yana Rusiyanın Qarabağla bağlı son qərar verəcəyi haqqında ümid dolu xeyli başlıqlar oxudum, heç biri reallaşmadı”.
ABŞ tərəfləri intensiv danışıqları bərpa etməyə çağırır

Maykl Pompeo
Diqqətçəkən odur ki, Putinin Bakıya səfəri ərəfəsində ABŞ Dövlət katibi Maykl Pompeo Ermənistanın müstəqillik günü ilə bağlı müraciətində bu ölkədə baş verən son dəyişikliklərə də toxunub:
“Demokratik institutların möhkəmlənməsi, korrusiyaya qarşı mübarizə və iqtisadiyyatın artımının tənzimlənməsində Ermənistan xalqı və hökuməti ilə birgə fəaliyyət göstərəcəyimizi səbirsizlikə gözləyirik”.
Pompeo müraciətində Qarabağ probleminə də toxunub. Əlavə edib ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə sadiqdir: “ABŞ tərəfləri tezliklə intensiv danışıqları bərpa etməyə çağırır”.
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni imkanlar açılır

Donald Tramp
ABŞ prezidenti Donald Tramp isə Ermənistanın müstəqillik günü münasibətilə baş nazir Nikol Paşinyana göndərdiyi məktubda daha böyük prosesə işarə edib.
Tramp bildirib ki, qarşıdan gələn aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılır: "ATƏT-in Minsk qrupunun həmsdər dövləti kimi ABŞ münaqişənin uzun müddətə dinc yolla həlli üçün sizinlə işləməyə hazırdır”.
Trampın Putinin Qafqaza gəlişinə bir neçə gün qalmış “Qarşıdan gələn aylarda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açılır”,- sözləri, razılaşaq ki, mühüm proseslərin anonsudur.
Prezidentlər Bakıdan dünyaya Qarabağ mesajı verib

Əliyev-Ərdoğan
Diqqət edirsinizsə, son aylar Azərbaycan diplomatiyası Qarabağ düyünü ilə bağlı səylərini daha da artırıb. Diplomatlarımız bir-birinin ardınca beynəlxalq tədbirlərdə, ikitərəfli görüşlərdə Qarabağ probleminə toxunur, Ermənistanın işğalçılıq siyasətini daha geniş müstəvidə qabardırlar. Digər yandan, sentyabrın 15-də Bakının işğaldan azad olunması ilə bağlı keçirilən paradda həm Azərbaycan, həm də Türkiyə prezidentlərinin dünyaya verdiyi birlik mesajları, Ərdoğanın bir neçə gün əvvəl Soçidə Putinlə görüşdə işğal olunan ərazilərimizlə bağlı məsələni müzakirə edəcəyini deməsi və s. problemin həllini gündəmə gətirib.
Söz yox ki, hər keçən gün dalana sıxılan Ermənistanın yeni iqtidarının pozucu və təxribatçı hərəkətləri də durmadan artır. Lakin rəsmi Bakı son qətiyyətli addımları ilə göstərir ki, artıq düşmənin nazı ilə uzun müddət oynamaq niyyətində deyil.
Bunu bir neçə gün əvvəl prezident İlham Əliyevin Biləsuvar sakinləri ilə görüşündə verdiyi bəyanat da təsdiqləyir.
Prezident İlham Əliyev Biləsuvar sakinləri ilə görüşdə deyib ki, bu gün Ermənistan ordusu bizimlə rəqabət apara bilməz:
“Ermənistan indi çox ağır vəziyyətə düşüb. İyirmi il Ermənistana rəhbərlik etmiş kriminal diktatura rejimi çöküb. Mən dəfələrlə demişdim ki, Ermənistanı quldur dəstə idarə edir və bu gün bunu erməni xalqı deyir. Ancaq əfsuslar olsun ki, Ermənistanda rəhbərliyə gəlmiş yeni simalar da öz məsuliyyətini dərk etmir, sarsaq bəyanatlar verirlər və təmas xəttində, Ermənistan-Azərbaycan sərhədində gərginliyə rəvac verən addımlar atırlar. Azərbaycan Ordusu onlara layiqli cavabını verir, verəcək, necə ki, 2016-cı ilin aprel döyüşlərində onları yerinə oturtdu, torpaqlarımızın bir hissəsini azad etdi, bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazi nəzarətimizə keçdi".
Dövlət başçısı bildirib ki, bundan sonra da biz onlara tutarlı cavablar verəcəyik:
"Düşmən bilir ki, bizim qarşımızda duruş gətirə bilməz. Baxın, bir neçə gün bundan əvvəl onların silahlı təxribatı nəticəsində Ermənistan-Azərbaycan sərhədində atışma olub və əsgərlərimiz onlara elə dərs veriblər ki, çətin ki, yaxın günlərdə özlərinə gəlsinlər.
Biz bu istiqamətdə siyasətimizi ardıcıl olaraq aparacağıq, ordumuzu daha da gücləndirəcəyik, daha da böyük vəsait ayıracağıq və ordumuzun döyüş qabiliyyətini daha da möhkəmləndirəcəyik.
Nümayiş etdirilən paradda bizim texniki imkanlarımız, əsgər-zabitlərimizin hazırlığı düşmənə yaxşı bir siqnaldır ki, otursun yerində, yoxsa, axırı pis olar”.
Nazirin çoxsaylı görüşləri nəzərdə tutulub

Elmar Məmmədyarov
Bir neçə gün əvvəl Davos forumunda keçirdiyi çoxsaylı görüşlərində Qarabağ problemini, Ermənistanın işğalçılıq siyasətini tərəflərə bir daha xatırladan Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə sentyabrın 21-də Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.
XİN-in mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsində E. Məmmədyarovun BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı, BMT-nin cari sessiyasının gündəliyinin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirakı və ikitərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub.
Yada salaq ki, Azərbaycanın Xarici işlər nazirinin müavini Xələf Xələfov BMT-nin İnsan Hüquqları Şurasının 39-cu sessiyasında iştirak üçün orada səfərdədir. Nazir müavini həmin sessiyada Ermənistana mesaj da verərək, Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırıb.
Nazir müavini qeyd edib ki, artıq 30 ildir Ermənistandan olan azərbaycanlı qaçqınların və Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkünlərin əsas hüquq və azadlıqları pozulub. Bu da BMT sistemi və onun insan hüquqları üzrə mexanizmi üçün ciddi çağırışdır: “Bununla əlaqədar olaraq, Azərbaycan İnsan Hüquqları Şurasını, həmçinin onun xüsusi mexanizmlərini, insan hüquqları üzrə ali komissarını BMT Təhlükəsizlik Şurasının və Baş Assambleyasının müvafiq qətnamələrinin tələb etdiyi kimi, azərbaycanlı qaçqınların vəməcburi köçkünlərin pozulmuş hüquqlarının bərpasına yönəlmiş səmərəli addımlar atmağa çağırır”.
Gözlər Putinin Bakı səfərinə dikilib

Əliyev-Putin
Bəli, indi gözlər Putinin Bakı səfərinə dikilib. Görəsən, təxminən 10 gün əvvəl Paşinyanla Moskvada görüşən Putinin aldığı sərt cavabdan sonra nələr olacaq?
Yada salaq ki, Paşinyan Moskvada Putin ilə görüşərkən Ermənistanın daxili işlərinə qarşımamağı istəyib. Həmin görüşdən yayılan fotolardan da aydın hiss olunur ki, Putin bu görüşdə çox gərgin və əsəbi formadaydı. Həm bu, həm də görüşlə bağlı verilən açıqlamalar göstərir ki, Ermənistanın siyasi hakimiyyəti ilə Rusiya rəhbərliyi arasında iplər qırılma nöqtəsinə yaxınlaşır. Belə bir ərəfədə ABŞ prezidenti Trampla Dövlət katibinin bir günün içində Paşinyana göndərdikləri iki məktub vəziyyəti bir qədər də gərginləşdirir. Azərbaycan isə Ermənistandan fərqli olaraq, balanslı siyasətini davam etdirir. Söz yox ki, son aylar Rusiya ilə münasibətlər son 28 ildə ən yüksək səviyyəyə çatıb. Bu və digər məqamlara görə Ermənistana daha güclü təsir etmək imkanlarına sahib olan Putinin Paşinyan iqtidarını cəzalandırmaq üçün Bakıya vacib dəstəyi verəcəyini düşünmək olar. Ən azı işğaldakı 5 və ya 7 rayonumuzun müharibəsiz geri qaytarılması üçün erməni iqtidarına çox ciddi təzyiq rıçaqları işə salına bilər. Amma Putin bunu edəcəkmi?
Gözləyək, az da olsa ümid edək ki, Putin, nəhayət, haqqın – Azərbaycanın yanında olacaq.
Reyting.az
Bölməyə aid digər xəbərlər

Bu gün, 13:59
Ukrayna parçalana bilər
Bu gün, 08:24
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
Dünən, 16:39
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
Dünən, 15:51
Ramiz Mehdiyev dövlətə təhlükə yaradıb - Professor
Dünən, 14:28
ANAMA əməkdaşı Xocavənddə minaya düşüb
Dünən, 11:59
Prezident 10 məmuru təltif edib - Siyahı
Dünən, 00:01
Zəngilanın azad edilməsindən 5 il ötür
19-10-2025, 09:43
Pakistanın qara səhifəsi - Fotolar
18-10-2025, 16:37
Vatikan zəfəri - Foto
18-10-2025, 16:15
ANAMA sədrinə I müavin təyin olunub
18-10-2025, 16:01
Ramiz Mehdiyev Təhlükəsizlik Şurasının üzvlüyündən azad edilib
17-10-2025, 13:17
Dövlət qulluğuna qəbul qaydaları dəyişəcək
17-10-2025, 12:43
Paşinyan katolikosun ailəsinə hücum edir
17-10-2025, 12:11
Professor: Ramiz Mehdiyev yüksək vəzifələrə 900-dən çox kadr yerləşdirib
17-10-2025, 11:17
Bir qrup QHT rəhbəri cinayət məsuliyyətinə cəlb olunub
16-10-2025, 15:17
Avropanın müharibəyə hazırlaşmaq üçün beş il vaxtı var
16-10-2025, 14:10
“Ramiz Mehdiyev anti-milli ünsürdür” - DQC sədri
16-10-2025, 12:02
Rusiya təcavüzün ikinci mərhələsinə hazırlaşır
16-10-2025, 11:33
Ramiz Mehdiyevlə əlaqəli şəxslər həbs edilə bilər
16-10-2025, 11:16
Çin Britaniyanın məxfi kompüter sistemlərinə daxil olub
15-10-2025, 13:28
Zülfüqarov: Yaxın Şərq probleminin həlli uzaqdadır
15-10-2025, 11:59
Ərdoğan Netanyahunu zirvəyə buraxmayıb
15-10-2025, 09:39
Süni intellekt təhlükəyə çevrilir - Xəbərdarlıq
14-10-2025, 22:14
Ramiz Mehdiyevə 4 aylıq ev dustağı cəzası verilib - (Yenilənib)
14-10-2025, 13:01
ABŞ psevdo-vətəndaş müharibəsinə doğru gedir - Proqnoz
14-10-2025, 08:30
Liderlər sülh sazişini imzalayıblar - (Yenilənib) - Foto
13-10-2025, 21:18
Donald Tramp: İlham Əliyev çox güclü liderdir
13-10-2025, 12:32
Rəhmon varisini təqdim edib
13-10-2025, 11:39
ABŞ Çinlə müharibəyə hazırlaşır - Foto
13-10-2025, 10:12
Girovların dəyişdirilməsinə başlayıblar - Canlı yayım
13-10-2025, 08:06
Yer kürəsində gözlənilməz hadisə qeydə alınıb
12-10-2025, 09:24
Yarım əsrin ən ağır təyyarə qəzaları…
10-10-2025, 14:36
Professor: Düşənbə görüşü Azərbaycan üçün kifayət qədər uğurludur
10-10-2025, 13:54
İsrailin İranla müharibəyə marağı niyə itib?
10-10-2025, 11:37
Azərbaycan-Rusiya münasibətləri normallaşır
10-10-2025, 09:42
Xəbərdarlıq: kiberdələduzluq halları artır
9-10-2025, 17:26
Avropa Parlamenti Rusiya təyyarələrinin vurulmasını tələb edir