Laçındakı qəzada iki nəfər həyatını itirib
Tarix: 19-09-2023 10:07 | Bölmə: Xəbərlər
Laçındakı qəzada iki nəfər həyatını itirib

Sentyabrın 19-da saat 09 radələrində Laçın rayonu Mollalar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az
xəbər verir ki, bu barədə DİN-nin mətbuat xidmətinin regional qrupundan bildiriblər.

“Ural” markalı avtomobilin qəzaya uğraması nəticəsində "Azərenerji"nin əməkdaşları – Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu həyatlarını itiriblər.

Araşdırma aparılır.

***

Bu gün Laçın rayonunun Mollalar kəndində ağır yol nəqliyyat hadisəsi nəticəsində həlak olmuş Məmmədov Məhəmməd Mübariz oğlu və Məmmədov Gülağa Gülməmməd oğlu “Azərenerji” ASC-nin əməkdaşları deyil.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, onlar ərazidə podrat işləri həyata keçirən Elektrikquraşdırma Müəssisəsinin əməkdaşlarıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}