Türk kəşfiyyatı Uman Dərvişi aradan götürüb
Tarix: 19-09-2023 12:16 | Bölmə: Xəbərlər
Türk kəşfiyyatı Uman Dərvişi aradan götürüb

YPG/PKK terror təşkilatının Mənbic üzrə “rəhbəri” məhv edilib.

Reyting.az
xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Mənbic bölgəsində xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində terror təşkilatının Mənbic bölgəsinə məsul olduğu deyilən Uman Dərviş zərərləşdirilib.

Əməliyyatın gedişatı haqqında məlumat paylaşılmasa da, ehtimal olunur ki, türk kəşfiyyatının bölgə agentləri terrorçunun izinə düşərək onu izləyib, daha sonra isə dron hücumu ilə məhv ediblər.

Qeyd edək ki, Mənbic bölgəsində son dövrlər terrorçuların aktivəşməsi müşahidə olunurdu.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}