12 yaşlı uşağı döyən polis sistemdən qovulub
Tarix: 03-12-2023 22:51 | Bölmə: Xəbərlər
12 yaşlı uşağı döyən polis sistemdən qovulub

Dekabrın 2-də Qəbələ rayonu Vəndam qəsəbəsində S. Ağayev sərxoş vəziyyətdə avtomobil idarə edərək ictimai yerdə təhlükəli vəziyyət yaradıb.

DİN-nin mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, o saxlanılan zaman onunla birlikdə olan onun yaxın qohumları və yanlarında olan yetkinlik yaşına çatmayan şəxs polis əməkdaşlarına müqavimət göstərərək daşla xəsarət yetirməyə və xidməti avtomobilə zərər vurmağa cəhd ediblər.

Fakta görə cinayət işi qaldırılıb və iki nəfər həbs edilib.

Eyni zamanda yetkinlik yaşına çatmayan şəxsə qarşı səlahiyyət həddini aşan polis əməkdaşı barəsində xidməti yoxlama aparılaraq o daxili işlər orqanlarından xaric edilib.

Xatrıladaq ki, adı açıqlanmayan polis 12 yaşlı uşağı təpikləyib.




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}