Nəhəng gəmidə vəba həyacanı yaranıb
Tarix: 26-02-2024 14:19 | Bölmə: Xəbərlər
Nəhəng gəmidə vəba həyacanı yaranıb

Sərnişinlər arasında mədə xəstəliyi yarandığına görə nəhəng kruiz gəmisi “Norwegian Dawn” Mavrikiy sahillərində karantinə götürülüb.

Reyting.az
xəbər verir ki, fevralın 13-də “Norwegian Dawn”ın Cənubi Afrikaya səyahəti zamanı az sayda qonaqda yüngül mədə-bağırsaq simptomları müşahidə olunub. Port-Luis şəhərinə qayıtdıqdan sonra gəminin idarə heyəti yerli hakimiyyət orqanları ilə görüşərək sağlamlığın təmin edilməsi üçün görülən tədbirləri müzakirə ediblər.

Beynəlxalq ictimaiyyət gəmidə vəba epidemiyasının baş verdiyini bildirsə də, şirkət bunu təkzib edir.

Qeyd olunur ki, giriş icazəsi verilməzdən əvvəl Mavrikiyin hakimiyyət orqanları tərəfindən əlavə testlər tələb olunduğundan, yerli hökumət sərnişinlərin sahilə çıxmasını, eləcə də növbəti iki gün ərzində ona minməyi təxirə salıblar. Amerika mediası isə gəmidə vəba epidemiyasının yayıldığını iddia edir.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}