14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ruslar Xarkovdakı teleqülləni dağıdıb - Foto
Tarix: 22-04-2024 21:32 | Bölmə: Xəbərlər
Ruslar Xarkovdakı teleqülləni dağıdıb

Rusiya hərbçiləri Xarkovda televiziya qülləsini dağıdıblar. Teleqüllə raket atəşi nəticəsində yarıya bölünüb.

Reyting.az
xəbər verir ki, Xarkov şəhərinin meri Oleq Sinequbov “televiziya infrastrukturu obyektinə” hücumu təsdiqləyib. Mer "Facebook"-da yazıb:

“Həyəcan siqnalı zamanı işçilərin hamısı sığınacaqda olublar. İnsan tələfatı olmayıb. Hazırda rəqəmsal televiziya siqnalında fasilələr var”.



Rusiya Müdafiə Nazirliyi endirilən zərbə ilə bağlı şərh verməyib. Rusiyanın dövlət agentliyi "RİA Novosti"-nin yaydığı məlumatda isə iddia olunur ki, Xarkov televiziya qülləsində Ukrayna hava hücumlarından müdafiə qüvvələri üçün rabitə antennası quraşdırılıbmış.

Qeyd edək ki, Xarkov teleqülləsi şəhərin ən hündür binası idi. Onun hündürlüyü 240,7 metrə çatırdı.

Oqtay QORÇU





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}