23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Blinken: “Rusiya danışıqlara başlamaq istəsə...”
Tarix: 30-04-2024 17:09 | Bölmə: Xəbərlər
Blinken: “Rusiya danışıqlara başlamaq istəsə...”

“Rusiya danışıqlara başlamaq üçün səmimi istək nümayiş etdirən kimi ABŞ və Ukrayna da ona qoşulacaq”.

Reyting.az
xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken deyib.

Onun sözlərinə görə, müharibənin sonu əsasən, Rusiya prezidenti Vladimir Putindən və onun verəcəyi qərardan asılıdır.

Blinken əmindir ki, Putin müharibəyə Ukrayna və onun tərəfdarlarından daha uzun müddətə davam edə biləcəyinə inanıb. Eyni zamanda, o, Ukrayna üçün təqribən 61 milyard dollarlıq əlavə büdcənin təsdiq edilməsini “Ukraynanın müttəfiqlərinin yoxa çıxmayacağının nümayişi” adlandrıb.

“Düşünürəm ki, bu, doqquz aydan çox çətin keçən ukraynalılar üçün həm praktiki, həm psixoloji təkandır, həm də dəstəyin orada olduğunu və davam etdiyini açıq şəkildə göstərir”, - deyə Blinken əlavə edib.

ABŞ dövlət katibinin dediyi kimi, bir sıra hallar həyata keçirilir ki, bununla Ukraynanın tərəfdaşları onu uzunmüddətli perspektivdə hərbi, iqtisadi və demokratik cəhətdən möhkəm dayanacaq kimi görməyə çalışırlar. Bu sahələrin hər birində Ukrayna həm ABŞ, həm də avropalılardan dəstək alır.

“Bütün bunlar Putin üçün ən güclü cavabdır, çünki o, Ukraynanın nəinki sağ qalacağını, həm də gələcəkdə çiçəklənə biləcəyini görür, ona görə də ümid edirəm ki, Putin mesajı başa düşəcək və real danışıqlara hazır olduğunu nümayiş etdirəcək. Bu isə beynəlxalq ictimaiyyətin əsas prinsiplərinə və BMT Nizamnaməsinə uyğun olmalıdır: suverenlik, ərazi bütövlüyü və müstəqillik”, - Blinken bildirib.

Dövlət katibi hesab edir ki, Ukraynaya təcavüz Rusiyanın strateji uğursuzluğudur:

“Putin bir çox cəhətdən qarşısını almağa çalışdığı prosesləri sürətləndirdi. Ümid edirəm ki, bunun etirafı olacaq. Baxın, Rusiya danışıqlara səmimiyyətlə hazır olduğunu nümayiş etdirəndən sonra, əlbəttə ki, orada olacağıq və mən inanıram ki, ukraynalılar da orada olacaqlar”, - deyə Blinken yekunlaşdırıb.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}