Göyçayda oğul atasını döyərək öldürüb - (Yenilənib)
Tarix: 30-04-2024 15:20 | Bölmə: Xəbərlər
Göyçayda oğul atasını döyərək öldürüb - (Yenilənib)

53 yaşlı Göyçay sakini öldürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildirilib ki, aprelin 29-u saat 21 radələrində Göyçay rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Eynulla Sahabqulu oğlunun əllə yetirilən xəsarətdən ölməsi barədə polisə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Əhmədovun oğlu Kamal Əhmədov saxlanılıb.

Araşdırma aparılır.

***

Aprelin 29-da saat 21 radələrində Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.


Bu barədə Göyçay rayon prokurorluğundan məlumat verilib.

Qeyd olunub ki, araşdırma zamanı 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndi ərazisində atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin istintaqı aparılır.

Kamal Əhmədov iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

***

Göyçay rayonunun Qaraxıdır kəndi ərazisində atasını öldürməkdə şübhəli bilinən Kamal Əhmədov saxlanılıb.

Reyting.az
xəbər verir iki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, aprelin 29-da saat 21 radələrində Göyçay rayon sakini 1961-ci il təvəllüdlü Eynulla Əhmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1989-cu il təvəllüdlü Kamal Əhmədovun rayonun Qaraxıdır kəndi ərazisində atası Eynulla Əhmədovu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirməsi nəticəsində sonuncunun almış olduğu xəsarətlərdən ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə cinayət işinin istintaqı aparılır.




Bölməyə aid digər xəbərlər
14-05-2024, 10:09 XİN İsraili təbrik edib
10-05-2024, 12:51 Sabiq rektora hökm oxunub

{sape_links}{sape_article}