Hücumdan sonra ilk peyk görüntüləri yayılıb - Fotolar
Tarix: 02-05-2024 16:49 | Bölmə: Xəbərlər
Hücumdan sonra ilk peyk görüntüləri yayılıb

Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Cankoydakı hərbi aerodromuna hücumu ilə bağlı ilk peyk görüntüləri ortaya çıxıb.

Reyting.az
xəbər verir ki, söhbət “Sxemlər” layihəsinin dərc etdiyi kadrlardan gedir.

Obyektin kosmosdan görüntüsü Planet Labs cihazı tərəfindən çəkilib.



Fotoda Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın hava hücumundan müdafiə sistemlərinə və silah-sursat anbarına endirdiyi dəqiq zərbələr göstərilir.

“Şəkillərdə hava hücumundan müdafiə sistemlərinə hədəflənmiş zərbələri görürük ki, bu da onları sıradan çıxarır. Düşmənin silah-sursat anbarının dağıdılmasındən sonra təyyarələrin böyük hissəsi yenidən yerləşdirilib”, - deyə aviasiya eksperti Anatoli Xrapçinski bildirib.



Xrapçinskinin sözlərinə görə, peyk görüntüləri Ukrayna Silahlı Qüvvələrinin zərbəsinin, ehtimal ki, Rusiyanın elektron müharibəsi və hava hücumundan müdafiə sistemlərinə də düşdüyünü göstərir.

Aviasiya eksperti xatırladıb ki, rusların Cankoydakı aerodromu Rusiyanın Krımdakı ən böyük helikopter bazalarından biri olub. Bu, həm də Rusiyanın Ukrayna ilə müharibədə texnika, sursat və şəxsi heyətin daşınması üçün istifadə etdiyi mühüm hərbi nəqliyyat qovşağıdır.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Cankoy ərazisində baş verən partlayışlarla bağlı rəsmi açıqlama verməyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
14-05-2024, 10:09 XİN İsraili təbrik edib
10-05-2024, 12:51 Sabiq rektora hökm oxunub

{sape_links}{sape_article}