15:41 / 18-04-2025
Sabahdan bu yollar bağlancaq
İspaniya klubları türk oyunçunu transfer etmək istəyir
Tarix: 03-05-2024 15:51 | Bölmə: İdman
İspaniya klubları türk oyunçunu transfer etmək istəyir

"Fənərbağça"nın ulduz futbolçusu İrfan Can Kahvaçiyə transfer təklifləri gəlir.

Reyting.az
Türkiyə mətbuatına istinadla xəbər verir ki, artıq İspaniyanın əzəli rəqibləri “Sevilya” və “Real Betis” ona rəsmi təklif göndərib.

Məlumata görə, mövsüm bitər-bitməz onlar futbolçu ilə masaya oturacaqlar.

Bu mövsüm 45 matça çıxan və 2807 dəqiqə meydanda olan İrfan Can Kahveci 18 qol vurub, 12 məhsuldar ötürmə edib.

"Fənərbağça" 28 yaşlı futbolçunu 2020-21 mövsümündə "RAMS Başakşehir"dən 7 milyon avroya transfer edib.

Əgər “Fənərbaxça” İrfan Can Kahvecini 11 milyon avrodan baha satarsa, şərtə görə məbləğin 20 faizini “RAMS Başakşehir”ə ödəyəcək.

Azər
Reyting.az




Bölməyə aid digər xəbərlər
23-03-2025, 00:24 Azərbaycan millisi uduzub