Laçının Sus kəndinə 20 ailə köçürüləcək
Tarix: 02-05-2024 15:13 | Bölmə: Xəbərlər
Laçının Sus kəndinə 20 ailə köçürüləcək

Yaxın günlərdə Laçın rayonunun Sus kəndinə 20 ailə köçürüləcək.

Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin verdiyi məlumata görə, hazırda Sus kəndində 59 fərdi ev tam hazır vəziyyətdədir.

Bundan başqa, kənddə tam orta məktəb və bağça hazırdır. Kəndin məktəbi 15 sentyabr tarixində ilk şagirdlərini qarşılaya biləcək.

Məlumata görə, kənddə 1 ticarət mərkəzi, 1 ərzaq mağazası, qəsəbə boyu park mövcuddur. Bundan başqa, Sus kəndində bir 630 kVA-lıq kompleks transformator qurulub.

Qeyd edək ki, Laçın rayonunun Sus kəndinə ilk köçürüləcək ailələr arasında püşkatma keçirilib. Ailə tərkibinə uyğun olaraq ailələr 13-ü ikiotaqlı, 28-i üçotaqlı, 14-ü dördotaqlı, 4-ü isə beşotaqlı fərdi evə köçürüləcək.




Bölməyə aid digər xəbərlər
14-05-2024, 10:09 XİN İsraili təbrik edib
10-05-2024, 12:51 Sabiq rektora hökm oxunub

{sape_links}{sape_article}