Şəkidə 59 yaşlı kişi iki nəfəri güllələyib
Tarix: 04-05-2024 18:00 | Bölmə: Xəbərlər
Şəkidə 59 yaşlı kişi iki nəfəri güllələyib

Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.

DİN-nin Mətbuat xidmətinin Şəki regional qrupundan Reyting.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib.

O, xəstəxanaya yerləşdirilib.

Araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}