Sabunçuda 50 yaşlı kişi öldürülüb
Tarix: 04-05-2024 19:04 | Bölmə: Xəbərlər
Sabunçuda 50 yaşlı kişi öldürülüb

Mayın 4-də 1974-cü il təvəllüdlü Roman Əsgərov aldığı xəsarətdən müalicə olunduğu Bakının Sabunçu rayonundakı xəstəxanada ölüb.

Reyting.az
Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, aparılmış istintaqla 1966-cı il təvəllüdlü Rəşid Babayevin mayın 3-də rayonun Maştağa qəsəbəsi ərazisində Roman Əsgərova kəsici-deşici alətlə xəsarətlər yetirməsi və nəticədə sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işinin istintaqı aparılır. R.Babayev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}