“Bakı Marafonu”-nun qalibləri müəyyənləşib - (Yenilənib)
Tarix: 05-05-2024 14:21 | Bölmə: Xəbərlər
“Bakı Marafonu”-nun qalibləri müəyyənləşib - (Yenilənib)

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2024” start götürüb.

"Küləyə qalib gəl" şüarı ilə 7-ci dəfədir təşkil edilən tədbirdə 18 mindən çox iştirakçı qeydiyyatdan keçib.

Yarışa Azərbaycan vətəndaşları ilə yanaşı, ölkədə yaşayıb-çalışan əcnəbilər, həmçinin digər ölkələrdən də qoşulanlar var. Belə ki, qeydiyyatdan keçənlərin siyahısında Almaniya, Çin, Fransa, Gürcüstan, Hindistan, İraq, İran, İtaliya, Kanada, Qazaxıstan, Pakistan, Rusiya, Suriya, Türkiyə, Ukrayna və digər ölkələrin vətəndaşları yer alıblar.

Yarışın start və finiş nöqtələri Dövlət Bayrağı Meydanında təşkil olunub. Marafonun marşrutu Dənizkənarı Bulvarı, o cümlədən paytaxtın mərkəzi küçə və prospektlərini əhatə edir.

***

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu-2024”ün qalibləri müəyyənləşib.

Reyting.az
xəbər verir ki, “Küləyə qalib gəl” şüarı altında keçirilən Bakı marafonunda qadınlar arasında ukraynalı Nataliya Semenoviç birinci olub. Azərbaycan təmsilçisi Anna Yusupova marafonu ikinci, qazaxıstanlı Nelli Qaitova üçüncü pillədə başa vurublar.

Kişilərin mübarizəsində türkiyəli Ahmet Alkanoğlu finişə hamıdan tez çatıb. İkinci yeri ukraynalı Boqdan Semenoviç, üçüncü yeri uqandalı İsmail Senyange tutublar.

İlk 3 yerin sahiblərinə, müvafiq olaraq, 3000, 2000 və 1000 manat pul mükafatları, medal və diplomlar təqdim olunub.(APA)





Reyting.az




Bölməyə aid digər xəbərlər
16-05-2024, 13:14 Azərbaycanda əhali artıb

{sape_links}{sape_article}