Qəzzada yeni müharibələr ola bilər - Nazir
Tarix: 05-05-2024 22:54 | Bölmə: Siyasət
Qəzzada yeni müharibələr ola bilər

Türkiyə Yaxın Şərqdə iki dövlət probleminin həlli istiqamətində səylərini gücləndirəcək.

Reyting.az
xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Al Arabiya” telekanalına müsahibəsində bildirib.

H. Fidan deyib ki, bu faciədən dərs almadıqca və iki dövlətli həll əldə edilmədikcə, bu, Qəzzada son müharibə olmayacaq. “Bizi başqa müharibələr və göz yaşları gözləyəcək. Biz, həmçinin İsraili 1967-ci il sərhədlərinin qəbuluna dəvət etməliyik”, - H. Fidan əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}