ABŞ Rusiyadan izahat tələb edir
Tarix: 25-05-2024 20:17 | Bölmə: Xəbərlər
ABŞ Rusiyadan izahat tələb edir

ABŞ Baltik dənizindəki vəziyyətlə bağlı Rusiya Federasiyasından izahat tələb edib. Söhbət Litva və Finlandiya ilə sərhədlərin “dəyişməsi” məsələsindən gedir.

Reyting.az
xəbər verir ki, ABŞ Rusiya Federasiyasının hərəkətləri və Baltikyanı region ölkələri ilə sərhəddə törətdiyi təxribatlarla bağlı NATO və Avropa İttifaqındakı (Aİ) tərəfdaşları ilə həmrəy olduğunu elan edib.

Eyni zamanda ABŞ Moskvadan izahat istəyir.

“Rusiya hazırda NATO/Aİ sərhədlərində çaşqınlıq yaradır. Biz son təxribatlar qarşısında Baltik dənizi ölkələrindəki müttəfiqlərimizlə həmrəyik və Rusiyanı öz hərəkətlərini izah etməyə çağırırıq”, - Dövlət Departamentinin spikeri Metyu Miller bildirib.

Onun sözlərinə görə, Vaşinqton vəziyyəti diqqətlə izləyir.

Qeyd edək ki, Litva Xarici İşlər Nazirliyi Rusiyanın Baltik dənizində ərazi sularını genişləndirmək planlarını “qonşu ölkələri və onların cəmiyyətlərini qorxutmağa yönəlmiş düşünülmüş, məqsədyönlü təxribat” adlandırıb.

Öz növbəsində Finlandiyanın baş naziri Petteri Orpo bildirib ki, Rusiya NATO-ya üzv ölkələri sərhədlərinin demarkasiyası ilə bağlı son hərəkətləri ilə “sınaya bilər”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
25-07-2024, 12:24 İqbal Əbilov həbs olunub
25-07-2024, 10:09 Bəzi rayonlarda sel olub
23-07-2024, 14:09 Bakıda evə basqın olub

{sape_links}{sape_article}