Azərbaycanda yeni telekanal açılır
Tarix: 19-09-2024 19:01 | Bölmə: Xəbərlər
Azərbaycanda yeni telekanal açılır

Azərbaycanda yeni televiziya kanalı yaradılıb.

Reyting.az
xəbər verir ki, bununla bağlı "SOY production”nın bədii rəhbəri və həmtəsisçisi Sayavuş Hüseynli məlumat yayıb.

Sayavuş "Sport TV” adlanan yeni telekanalın tezliklə fəaliyyətə başlayacağını bildirib.

Sözügedən kanalın idman formatında olacağı və tezliklə yerli kabel operatorları tərəfindən yayımlanacağı diqqətə çatdırılıb.

Qeyd edək ki, ölkə ərazisində idman formatında "İdman Azərbaycan” və "CBC sport” kanalları mövcüddur.




Bölməyə aid digər xəbərlər
14-09-2024, 18:01 Hərbçimiz güllələnib