Erməni jurnalistin adı "terrorçu siyahısı"na salınıb
Tarix: 01-10-2024 17:50 | Bölmə: Xəbərlər
Erməni jurnalistin adı "terrorçu siyahısı"na salınıb

Rusiyanın tələbə onlayn-nəşri - DOXA-nın sabiq redaktoru Armen Aramyan ekstremistlər və terrorçular reyestrinə daxil edilib.

Bu barədə Maliyyə Monitorinqi üzrə Federal Xidmət məlumat yayıb.

Daha əvvəl o, beynəlxalq axtarışa verilib.

Məlumata görə, 2022-ci ildə Moskvada məhkəmə DOXA nəşrinin redaktorları - Armen Aramyan, Natalya Tışkeviç, Alla Qutnikova və Vladimir Metelkini yetkinlik yaşına çatmayanlar arasında təbliğat aparmaqda təqsirli bilib və onları iki il islah işlərinə məhkum edib.

İş materiallarına görə, onlar yetkinlik yaşına çatmayanları icazəsiz aksiyalarda iştirak etməyə çağırıb və bununla onların həyatını təhlükəyə atıblar(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}