Məhkəmə balıq ovlayan şəxslə bağlı qərar verəcək
Tarix: 10-10-2024 08:52 | Bölmə: Xəbərlər
Məhkəmə balıq ovlayan şəxslə bağlı qərar verəcək

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Qarabağ kanalının rayon ərazisindən keçən hissəsində Y. Əhmədovun qeyri-qanuni balıq ovu ilə məşğul olduğu müəyyən edilib.

Reyting.az
DİN-nin Mətbuat xidmətinə istinadla bildirir ki, Y. Əhmədovdan 1 rezin qayıq, 2 avar, 2 tor, 1 akkumlyator və ovladığı müxtəlif növdə balıqlar aşkarlanıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər