Ermənistan XİN başçısı Türkiyəyə gedəcək
Tarix: 15-10-2024 17:27 | Bölmə: Xəbərlər
Ermənistan XİN başçısı Türkiyəyə gedəcək

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “3+3” regional platformasının İstanbulda keçiriləcək iclasında iştirak edəcək.

“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb.
Ətraflı

Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan “3+3” çərçivəsində növbəti görüşün oktyabrın 18-də İstanbulda keçiriləcəyini bildirib.

Onu da qeyd edək ki, bir müddət əvvəl sözügedən iclasın Türkiyədə keçirilməsi açıqlansa da dəqiq tarix məlum deyildi.




Bölməyə aid digər xəbərlər
18-12-2024, 12:29 Ayı ovçunu öldürüb
17-12-2024, 16:35 Ustadın ömürlük sualı

bütün xəbərlər